Haqqımızda

UNITY COMPANY MMC yüksək keyfiyyətli Avropa və Türkiyə istehsalı olan  dərmanları idxal edərək  fəaliyyət göstərən yerli bir şirkətdir.

Onun əsas fəaliyyəti dərman preparatlarının Azərbaycana idxalı, marketinqi və satışından ibarətdir. Şirkət 2011-ci ildən rəsmi fəaliyyətə başlamışdır.  

UNİTY COMPANY Bir preparatla fəaliyyətə başlayan  hal hazırda isə  Azərbaycanda ən geniş yayılmış xəstəlikləri əhatə etmək üçün öz dərman siyahısını daima  artırmağa davam edən bir şirkətdir.

Bizim məqsədimiz - İnsanların sağlamlığı üçün, öz elmi və tədqiqat potensialımızı hər zaman təkmilləşdirərək və bu minvalla əhalini müasir, yüksək keyfiyyətli və effektli müalicə metodları üçün vacib olan dərmanlarla təmin edərək, bütün dünyada öz keyfiyyətli preparatlarıyla tanınan bir şirkət olmaq.

Unity Company şirkəti öz fəaliyyətində minimum qiymət, maksimum keyfiyyət prinsipini əsas tutaraq dünya standartlarına cavab verən məhsulların idxal və satışını təmin edir.