Videolar

Mayın 13-də Yeni Azərbaycan Partiyasının təşəbbüsü və “Unity Company” şirkətinin təşkilati dəstəyi ilə Vətən müharibəsi şəhidlərinin övladlarının - Əliyeva Dəniz İmran qızı, Əziz Səma Elgün qızı, Əzizli Yusif Elçin oğlu, Qasımov Əlirza Abbas oğlu, Nəbiyev Ayxan Çilingir oğlu, Kəlbəliyeva Banu Mirkazım qızı, Şükürlü Dilək Anar qızının doğum günləri ilə əlaqədar ilə görüş keçirildi.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev, sədr müavini Zərifə Arzumanova və YAP Binəqədi rayon təkilatının əməkdaşları iştirak edirdilər.

Fikrət Əliyev Şəhid övladlarını təbrik etdi, öz ürək sözlərini bildirdi. Şəhid övladlarının bizlərə əmanət olduğunu qeyd edərək doğum günləri münasibətilə təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzu etdi.

YAP Binəqədi rayon təkilatının sədri Vüsar İsmayılov bildirdi ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək tarixi torpaqlarımızı işğaldan azad etdilər.

Sonda xatirə şəkli çəkdirildi.
Allahdan şəhidlərimizə bir daha rəhmət diləyirik.