Videolar

Bakı Konqres Mərkəzində Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin II Beynəlxalq Elmi-Praktik Konqresi keçirilib. Konqres Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Ulu Öndərin 100 illik yubileyinə həsr olunan konqres səhiyyə sahəsində keçirilən tədbirlər arasında ən irimiqyaslılardandır. Qeyd olunub ki, 30-dan çox ölkədən tanınmış məruzəçilərin qatıldığı tədbirin elmi proqramı ağız və üz-çənə cərrahiyyəsi ixtisası ilə yanaşı, qonşu peşə sahələrini də əhatə edir. Bunlara stomatologiya, üzün plastika və rekonstruksiya cərrahiyyəsi, baş-boyun onkologiyası, otorinolarinqologiya və kosmetologiya aiddir. Tədbirin məqsədinin bu sahədə tibbi xidmətin daha yüksək səviyyələrə qaldırılması üçün ən yeni texnologiyaların tətbiqinin müzakirəsi və təcrübə mübadiləsinin aparılması olduğu vurğulanıb. Konqres “Əməkdaşlıq sərhədlərimizi genişləndirək” şüarı altında keçirilir.
Unity Company şirkəti 12-14 oktyabr tarixlərində keçirilən Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin II Beynəlxalq Elmi-Praktik Konqresinə sponsorluq etmişdir.