ALMUN

Paylaş:

Ətraflı

Tərkibi:                                                               

Hər 5 ml siropa daxildir:

Ənginar yarpağının ekstraktı (Cynara scolymus leaf extract) ..................150 mq                           

Südlü qanqal toxumunun ekstraktı (Silybum marianum seeds extract......175 mq

 

Farmakoloji təsiri: ALMUN-mədə bağırsaq traktının bir çox xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunur. Almunun tərkibində olan Ənginar və Südlü qanqal güclü hepotoprotektordur.Tərkibindəki aktiv maddələr (sinarin, karotin, kinin və kofeol turşusu) qaraciyər hüceyrələrini toksinlərin təsirindən qoruyur. Ənginarın tərkibində olan sinarin əsasən ödün əmələ gəlməsini və xaric olmasını asanlaşdırmağa təsir göstərir. Hepatositlər tərəfindən kofermentlərin ifrazını artıraraq lipidlərin və xolesterinin metobolizmini yaxşılaşdırır və qaraciyərin antitoksik funksiyasını gücləndirir. Tərkibindəki flavonoidlər antioksidant təsirinə malik olduğundan qaraciyər, böyrək, plasenta və beyin hüceyrələrini sərbəst radikalların dağıdıcı təsirindən qoruyur. Flavonoidlər hüceyrələri oksigenlə təmin edirlər. Sekviterpenlakton - böyrəklərdə yumaqcıq filtirasiyasını yaxşılaşdırır, diurezi artırır. Azot, yağ və karbohidrat mübadiləsinin yekun məhsullarının orqanizimdən xaric edilməsini təmin edir. Böyrəklə əlaqəli hipertoniyanın müalicəsində istifadə olunur. Sinarin kaffeol və kinin turşusu xolerezi artırır. Südlü qanqal (Silybum marianum L.) qaraciyərin fəaliyyətinə faydalı təsir göstərir və həmçinin qaraciyərin detoksikasiya xüsusiyyətlərini artırmağa kömək edir. Hepatoprotektiv funksiyaya malikdir və qaraciyər hüceyrələrinin bərpasında iştirak edir. Südlü qanqal antioksidant xüsusiyyətlərə malik flavonoidlər kompleksidir. Sərbəst radikallarla və onların orqanizmə təsiri ilə mübarizə aparır. Antioksidant xüsusiyyətlərinə görə sərbəst radikallarla qarşılıqlı əlaqədə olur və bununla da onların qaraciyər hüceyrələrinə zərərli təsirlərini azaltmağa kömək edir.Südlü qanqal artıq zədələnmiş hüceyrələrdə lazımi zülalların sintezini aktivləşdirir ki, bu da onların bərpası prosesinin yaxşılaşmasına səbəb olur. Bundan əlavə, onun bioloji funksiyalarına yağ mübadiləsinin normallaşdırılması və qan lipid səviyyəsinin bərpası daxildir.

ALMUN orqanizimdən sidik cövhərinin, kreatinin və bir sıra digər toksiki təsirli maddələrin xaric olmasını asanlaşdıraraq, qaraciyərin öz funksiyasını tam yerinə yetirməsini təmin edir.

 

Göstərişləri:

  1. Helmintoz zamanı
  2. Öd çıxarıcı yolların hipokinetik tipli diskineziyası.
  3. Xroniki hepatit
  4. Xroniki xolesistit
  5. Fizioloji sarılıq
  6. Antibiotik terapiya zamanı
  7. Qaraciyər serrozu
  8. Xroniki qəbizlik
  9. Qaraciyərin piy distirofiyasında
  10. Xroniki nefrit
  11. Öd kisəsi və öd yolları xəstəliklərində.

 

İstifadə qaydası və dozalanma: 

 

Profilaktik məqsədlə: 18 yaşa qədər həkim məsləhətiylə, 18 yaşdan yuxarı şəxslər 5  ml gündə 3 dəfə.

 

Əks göstərişləri: Tərkibindəki komponentlərə qarşı həssaslıq. 

 

Buraxılış forması: Almun sirop 100 ml flakon.

İstehsalçı: Zeyus ilac Türkiyə