Aminobol 250 ml

Paylaş:

Ətraflı

 

Farmakoterapevtik qrupu: Parenteral qidalanma üçün kombinəolunmuş preparat.

 

ATC kodu B05BA10

Farmakoloji xüsusiyyəti:

Aminobol - optimal nisbətdə əvəzolunan və əvəzolunmayan amin turşularını ehtiva edən parenteral qidalanma üçün kombinə edilmiş preparatdır. Bütün amin turşuları L şəklindədir, bu da onların zülal biosintezində birbaşa iştirakını mümkün edir.

Aminobolun tərkibində L-izoleysin, L-leysin, L-lizin, L-metionin, L-fenilalanin, L-treonin, L-triptofan, L-valin əvəzolunmayan amin turşusulardır (insan orqanizmində sintez olunmur), L-arginin, L-histidin isə şərti əvəzolunanlardır. Şərti əvəzolunanlar orqanizmdə sintez olunur, lakin bəzi patofizioloji şəraitdə (məsələn, böyrək və qaraciyər çatışmazlığı) və uşaqlarda onların konsentrasiyası lazımi səviyyəyə çatmır.

L-arginin qaraciyərdə protein katabolizmi zamanı əmələ gələn toksiki ammonium ionlarını bağlayaraq, ammonyakın karbamidə (sidik cövhəri, karbon turşusunun diamidi) çevrilməsinə kömək edir.

Aminobolun tərkibindəki L-izoleysin, L-leysin və L-valin - bədənin enerji ehtiyaclarını ödəyir, bu da əməliyyatdan sonrakı dövrdə xüsusilə vacibdir. Periferik toxumalar tərəfindən birbaşa sorulur (metabolizmi qaraciyərin zədələnmə dərəcəsindən asılı deyil), aromatik amin turşularının udulmasını və mərkəzi sinir sisteminə daxil olmasını azaldır, qaraciyər ensefalopatiyasının təzahürlərini azaldır və qanda enerji və azot balansını normallaşdırır.

Aminobol qaraciyər çatışmazlığında amin turşusu pozğuntusunu bərpa edir, həmçinin qaraciyər serrozu, hepatiti olan xəstələrdə protein tolerantlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa və qaraciyər ensefalopatiyasının simptomlarının şiddətini azaltmağa imkan verir.

Bədənə infuziya yolu ilə daxil olan amin turşuları iki mümkün metabolik yoldan birindən keçir: amin turşularının peptid bağları ilə bağlandığı və xüsusi zülallar əmələ gətirdiyi anabolik yol və amin turşularının transaminasiyasının baş verdiyi katabolik yol.

Amin turşularının mübadiləsi bədənin bütün toxumalarında baş verir. Onların parçalanma dərəcəsi bədənin məruz qaldığı stressin şiddətindən asılıdır. Stress, sepsis amin turşularının mübadiləsini sürətləndirir və qaraciyər funksiyasının pozulmasını artırır, bu da öz növbəsində amin turşularının mübadiləsini azaldır.

Istifadəsinə göstərişləri:

  • Həzm sistemində pozğunluq olan və yemək qəbul edə bilməyən pasientlər üçün, distrofiya və irsi immunoloji funksiya nəticəsində zülal az olan pasientlər üçün istifadə edilir.

  • Mədə-bağırsaq traktında aparılan əməliyyatlardan əvvəl və ya sonra.

  • Bədənin böyük bir sahəsində yanıq, travma, zədələnmə olan və yüksək katabolizmi olan, zülal itkisi və mənfi azot disbalansı olan pasiyentlər üçün istifadə olunur.

  • Kimya, şua terapiyadan sonra bərpa dövründə.

  • Anoreksiya, kaxeksiya.

  • Ağır, üz-çənə travmaları, geniş əməlliyatdan əvvəl və sonra qida rasionu yaxşılaşdırmaq, fəsadları və ölüm səviyyəsini azaltmaq üçün.

  • Yataq yaraları, qanqrena zamanı regenerasiyanı sürətləndirmək və yüksək katabolizmi azaltmaq üçün.

  • Hipermetabolizmlə müşayiət olunan kritik vəziyyətlər (baş beyin travmaları)

  • Bağırsağın iltihabi prosesinin aktiv fazası (Kron xəstəliyi, qeyri spesifik kolit, ileus)

  • Kəskin və xroniki qaraciyər çatışmazlığı (həmçinin ensefalopatiya ilə müşahidə olunarsa)

  • İnfeksion və toksik hepatit

  • Qaraciyər serrozu və ya piy distrofiyası

  • Yüksək invaziv infeksiya ilə generalizə olunmuş irinli-destruktiv proses

  • Kəskin və xroniki böyrək çatışmazlığında qismən və ya tam parenteral qidalanma üçün; peritoneal və ya hemodializ nəticəsində amin turşularının itkisini kompensasiya etmək.

  • Durğunluq ürək çatışmazlığın distrofik forması.

Əks göstərişlər

Ağır qaraciyər çatışmazlığı olan, ağır böyrək çatışmazlığı olan/amin turşularının metabolik pozğunluqları olan pasientlərdə, ağır asidozu və hiperemiya ürək çatışmazlığı olan pasientlərdə istifadə üçün tövsiyə edilmir.

İstifadə qaydası və dozası

Damcı üsulu ilə infuziya şəklində (flebokliz) istifadə edilir.

Uşaqlar: 1 flakon 250 ml gundə 1-4 dəfə və ya hər 1 kq çəkiyə 1.5-2.5 mq amin turşusu nəzərə alaraq vena daxili 40-50 damcı /dəqiqə sürətlə yeridilir 

Böyüklər: 1 flakon 500 ml gundə 1-4 dəfə vena daxili 40-50 damcı /dəqiqə sürətlə yeridilir

Buraxılış forması

500 ml: 25q (amin turşunun ümumi miqdarı) və ya 250 ml : 12.5 q (amin turşusunun ümumi miqdarı) məhlul, şüşə flakonda. Flakon rezin tıxacla kip bağlanmış və flip off qapaqla sıxılmışdır. Şüşə flakon içlik vərəqi ilə birlikdə karton qutuda qablaşdırılır.

Saxlanma şəraiti

300C temperaturdan yüksək olmayan, işıqdan qorunan, yaxşı bağlanmış konteynerdə və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlıq müddəti

Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı

Kratos Pharma İlaç Sanaye ve Ticeret A.Ş., İstanbul-Türkiyə