Aminobol 500 ml

Paylaş:

Ətraflı

                        Aminturşu kompleksi (parenteral qidalanma)

Hər 250 ml-nin tərkibi (5% infuziya üçün məhlul):

L-Arginin hidroxlorid    ...........................1250 mq

L-Histidin hidroxlorid     ............................625 mq

L-Prolin     ..................................................250 mq

L-Serin       .................................................250 mq

L-Alanin     .................................................500 mq

L-Aspartat turşusu      .................................625 mq

L-Tirozin     ...............................................62.5 mq

L-Qlutamin turşusu     .............................187.5 mq

L-Sistin    .................... ............................187.5 mq

Qlisin    .....................................................1900 mq

L-Izoleysin    ...............................................880 mq

L-Leysin    .................................................1225 mq

L-Fenilalanin    .......................................1332.5 mq

L-Lizin hidroxlorid    .................................1075 mq

L-Valin    ......................................................900 mq

L-Treonin     .................................................625 mq

L-Triptofan    ...............................................225 mq

L-Metionin    .............................................562.5 mq

 

 

Hər 500 ml-nin tərkibi (5% infuziya üçün məhlul):

L-Arginin hidroxlorid    .............................2500 mq

L-Histidin hidroxlorid     ............................1250 mq

L-Prolin     ....................................................500 mq

L-Serin       ...................................................500 mq

L-Alanin     .................................................1000 mq

L-Aspartat turşusu      .................................1250 mq

L-Tirozin     ..................................................125 mq

L-Qlutamin turşusu     ..................................375 mq

L-Sistin    ......................................................50 mq

Qlisin    ......................................................3800 mq

L-İzoleysin    .............................................1760 mq

L-Leysin    .................................................2450 mq

L-Fenilalanin    ..........................................2665 mq

L-Lizin hidroxlorid    .................................2150 mq

L-Valin    ...................................................1800 mq

L-Treonin     ..............................................1250 mq

L-Triptofan    ...............................................450 mq

L-Metionin    .............................................1125 mq

Farmakoterapevtik qrupu: Parenteral qidalanma üçün kombinə olunmuş preparat.

ATC kodu B05BA10

Farmakoloji xüsusiyyətləri:

Aminobol - optimal nisbətdə əvəzolunan və əvəzolunmayan aminturşulardan ibarət parenteral qidalanma üçün kombinə edilmiş preparatdır. Bütün aminturşular L şəklindədir, bu da onların zülal biosintezində birbaşa iştirakını mümkün edir.

Aminobolun tərkibində L-izoleysin, L-leysin, L-lizin, L-metionin, L-fenilalanin, L-treonin, L-triptofan, L-valin əvəzolunmayan aminturşulardır (insan orqanizmində sintez olunmur), L-arginin, L-histidin isə şərti əvəzolunanlardır. Şərti əvəzolunanlar orqanizmdə sintez olunur, lakin bəzi patofizioloji şəraitdə (məsələn, böyrək və qaraciyər çatışmazlığı) və uşaqlarda onların konsentrasiyası lazımi səviyyəyə çatmır.

L-arginin qaraciyərdə protein katabolizmi zamanı əmələ gələn toksiki ammonium ionlarını bağlayaraq, ammonyakın karbamidə (sidik cövhəri, karbon turşusunun diamidi) çevrilməsinə kömək edir.

Aminobolun tərkibindəki L-izoleysin, L-leysin və L-valin – orqanizmin enerji ehtiyaclarını ödəyir, bu da əməliyyatdan sonrakı dövrdə xüsusilə vacibdir. Periferik toxumalar tərəfindən birbaşa sorulur (metabolizmi qaraciyərin zədələnmə dərəcəsindən asılı deyil), aromatik aminturşuların udulmasını və mərkəzi sinir sisteminə daxil olmasını azaldır, qaraciyər ensefalopatiyasının təzahürlərini azaldır və qanda enerji və azot balansını normallaşdırır.

Aminobol qaraciyər çatışmazlığında aminturşu pozğunluğunu bərpa edir, həmçinin qaraciyər sirrozu, hepatiti olan xəstələrdə protein tolerantlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa və qaraciyər ensefalopatiyasının simptomlarının şiddətini azaltmağa imkan verir.

Bədənə infuziya yolu ilə daxil olan aminturşuları iki mümkün metabolik yoldan birindən keçir: aminturşuların peptid bağları ilə bağlandığı və xüsusi zülallar əmələ gətirdiyi anabolik yol və aminturşuların transaminasiyasının baş verdiyi katabolik yol.

Aminturşuların mübadiləsi bədənin bütün toxumalarında baş verir. Onların parçalanma dərəcəsi bədənin məruz qaldığı stressin şiddətindən asılıdır. Stress, sepsis aminturşuların mübadiləsini sürətləndirir və qaraciyər funksiyasının pozulmasını artırır, bu da öz növbəsində aminturşuların mübadiləsini azaldır.

İstifadəsinə göstərişlər:

  • Həzm sistemində pozğunluq olan və qida qəbul edə bilməyən, distrofiya və irsi immunoloji funksiya nəticəsində zülal defisiti olan pasiyentlər üçün istifadə edilir
  • Mədə-bağırsaq traktında aparılan əməliyyatlardan əvvəl və ya sonra
  • Yanıq, travma, zədələnmə olan və yüksək katabolizmi olan, zülal itkisi və mənfi azot disbalansı olan pasiyentlər üçün istifadə olunur
  • Kimya, şüa terapiyasından sonra bərpa dövründə
  • Anoreksiya, kaxeksiya
  • Ağır üz-çənə travmaları, geniş əməliyyatlardan əvvəl və sonra qida rasionunu yaxşılaşdırmaq, fəsadları və ölüm səviyyəsini azaltmaq üçün
  • Yataq yaraları, qanqrena zamanı regenerasiyanı sürətləndirmək və yüksək katabolizmi azaltmaq məqsədilə
  • Hipermetabolizmlə müşayiət olunan kritik vəziyyətlər (baş beyin travmaları)
  • Bağırsağın iltihabi prosesinin aktiv fazası (Kron xəstəliyi, qeyri spesifik kolit, ileus)
  • Kəskin və xroniki qaraciyər çatışmazlığı (həmçinin ensefalopatiya ilə müşahidə olunarsa)
  • Qaraciyər koması
  • İnfeksion və toksik hepatit
  • Qaraciyər sirrozu və ya piy distrofiyası
  • Yüksək invaziv infeksiya ilə generalizə olunmuş irinli-destruktiv proseslər
  • Kəskin və xroniki böyrək çatışmazlığında qismən və ya tam parenteral qidalanma üçün; peritoneal və ya hemodializ nəticəsində aminturşu itkisini kompensasiya etmək məqsədilə
  • Durğunluq ürək çatışmazlığının distrofik forması.

Əks göstərişlər:

Ağır qaraciyər çatışmazlığı, ağır böyrək çatışmazlığı, ağır ürək çatışmazlığı, aminturşuların metabolik pozğunluqları və asidozu olan pasiyentlərdə istifadə üçün tövsiyə edilmir.

İstifadə qaydası və dozası:

Damcı üsulu ilə infuziya şəklində (flebokliz) istifadə edilir. Böyüklər üçün ümumi doza aşağıdakı kimidir. İnfuziya yolu ilə istifadə, hər gün 1-4 dəfə hər dəfə 250-500 ml, dəqiqədə  40-50 damcı  sürətlə yeridilir.

Buraxılış forması:

500 ml: 25q (aminturşunun ümumi miqdarı) və ya 250 ml : 12.5 q (aminturşunun ümumi miqdarı) məhlul, şüşə flakonda. Flakon rezin tıxacla kip bağlanmış və flip off qapaqla sıxılmışdır. Şüşə flakon içlik vərəqi ilə birlikdə karton qutuda qablaşdırılır.

Saxlanılma şəraiti:

300C temperaturdan yüksək olmayan, işıqdan qorunan, yaxşı bağlanmış konteynerdə və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

İstehsalçı:

Kratos Pharma İlaç Sanaye ve Ticeret A.Ş., İstanbul-Türkiyə.