AMİNOSTYL (AMİN TURŞULARI DAMCI FORMASINDA)

Paylaş:

Ətraflı

AMİNOSTYL, damcı formasında olub bədəndə kollagen və yeni zülalların yaradılması vasitəsilə vaxtından əvvəl doğulmuş, inkişafdan geri qalmış və digər çatışmamazlıqları olan  körpələrin böyüyüb inkişaf etməsini effektiv sürətdə təmin edir. Bədənin tərkib hissəsi olan hüceyrələrin təməl daşı amin turşularından yaranan proteinlərdir.Hüceyrə stoplazmasında həll olmuş vəziyyətdə olan proteinlər böyüməni, inkişafı, bədəndə əzələlərin yaranmasını, yaraların sağalmasını, bəzi qidaların həzmini, zəkanın inkişafını, xətəliklərə qarşı qorunmağı və vacib olan azot balansını təmin edir.

 

Tərkibi: Hər 2ml-nin tərkibində:

 

L-Arqinin                              1.2   mq                                              L-Alanin                                1.0 mq

L-Histidin                              0.7   mq                                              L-Asparagin                          1.0 mq

L-İzoleysin                             1.18 mq                                              L-Aspartic acid                     1.0 mq

L-Leysin                                3.66 mq                                              L-Cysteine                             1.0 mq

L-Lizin Hidroxlorid             5.0   mq                                              L-Glutamin acid                   1.0 mq

L-Metionin                            1.84 mq                                              L-Glutamin                           1.0 mq

L-Fenilalanin                        1.0   mq                                              Glycine                                  2.0 mq

L-Treonin                              0.85 mq                                              L-Serine                                 1.0 mq

L-Triptofan                           1.0   mq                                              L-Tyrosin                              1.0 mq

L-Valine                                1.34 mq                                              L-Prolin                                 1.0 mq

Vitamin C                             100 mq

 

Farmakoloji təyinatı:L-ARGİNİN Xoş və bəd xassəli şişlərin inkişafının sürətlənməsini azaldır.Boy hormonunun əmələ gəlməsinə kömək edir, immun sistemini gücləndirir. Orqanizimdə piylərin metabolizmini sürətləndirir və qanda xolestirinin miqdarını azaldır.L-HİSTİDİN Zülal hemoqlobin sintezində əsas rol oynayır.Qan laxtalanmasında vacib requlyatorlardan biridir.Revmatoid artriddə, anemiya və allergiyalarda istifadə olunur. L-İZOLEYSİN Əzələ toxumalarının formalaşmasında əsas rol oynayır.Əsəbi və iştahasız insanlara təyin olunur. L-LEYSİN Orqanizmin protein sintezində və immun sistemin möhkəmlənməsində böyük rol oynayır.Yara və sümüklərin sürətlə sağalmasına kömək edir.L-LİZİN HİDROXLORİD Lazımı miqdarda kalsiumu təmin edir. Karnitinin sintezində istifadə olunur.L-METİONİN Saç, dəri və dırnaqların formalaşmasında əsas rol oynayır. Xolesterinin qara ciyərdə miqdarını azaldır.L-FENİLALANİN Sinir hüceyrələrindən beyinə siqnal ötürür. Yaddaşı gücləndirir, ağrını aradan qaldırır. İnsulin, papain və melanin zülallarının sintezində böyük rol oynayır.  L-TREONİN İmmunoloqobinlərin və antitellərin sintezi üçün vacibdir. Qara ciyərdə piylərin yığılmasının qarşısını alır. Beyində əsəb impulslarının ötürülməsini təmin edir. Yenidoğulmuşlarda immun sistemin qorunması üçün qan plazmasında böyük miqdarda toplanır. L-TRİPTOFAN İştahı və yuxunu idarə edir, yuxusuzluğu aradan qaldırır, immun sistemi gücləndirir.Ürək əzələsinin və arteriya spazmasının riskini azaldır. L-VALİN Bədən hüceyrələrinin sintezində və boy artımında rolu olan əsas kompanentlərdən biridir. Əzələ hüceyrələrini enerji ilə təmin edir.L-ALANİN Qaraciyər, ürək  və skelet əzələlərində geniş yayılmışdır. Az miqdarda mədəaltı vəz, dalaq və ağciyərlərdə mövcuddur.Qaraciyərin ağır zədələnmələrində fermentin qanda miqdarının azalması və ya artmaması alanin sintez edən hüceyrələrin sayının azalması ilə əlaqədardır.L-ASPARAGİN mərkəzi sinir sisteminin tarazlığının qorunması üçün vacibdir. Hədsiz dərəcədə əsəbiliyi və gərginliyin qarşısını alır.L-ASPARTİC acid bir cox hormonların (lütein artırıcı hormon, yumurtalık  hormonu  ve böyümə hormonu ) sintezini sürətləndirir. Daha cox testosteron sintez edən hormonların işini sürətləndirir.L-CYSTEİNE bədəndən toksiki maddələrin xaric olunmasında və hüceyrələrin qorunmasında vacib rol oynayır.L-GLUTAMİC acid sürətli çəki itkisi, HİV və AİDS xəstəliyi olan insanlarda bağırsaq problemləri zamanı, kimya terapiya zamanı yaranan ağrı və ağız şişlərinin yaranmasının qarşısını alan vacib elementdir. L-GLUTAMİN Orqanizmdə əzələ hüceyrələrinə, su və yağların sürətli şəkildə metobolizmini asanlaşdırır və əzələ kütləsinin artmasını sürətləndirir.

 

GLYCİNE MSS (Mərkəzi sinir sistemi) də tormozlayıcı funksiyaları stimulyasiya edən vacib neyromediatordur.Yaddaşı gücləndirir, metabolizmi tənzimləyir, antidepressant və sakitləşdirici təsir göstərir.Psixoemosional gərginliyi azaldır, əqli iş qabiliyyətini artırır. L-SERİNE  B-6 vitaminindən və niasindən əldə edilir (yağların metabolizmi, əzələlərin inkişafı və immunə sistemi gücləndirmək üçün ehtiyac duyulur). L-TYROSİN ağrını idarə edən bir çox beyin neyronlarının sintezində iştirak edir. Duyğu orqanlarının sürətli işləməsində iştirak edir. L-PROLİN Hidrofobik yan zəncirə sahib olaraq imunoqlobulin daşıyan sümük, qığırdaq və ürək əzələsini gücləndirir. VİTAMİN C Ən güclü antioksidantdır.

      

AMİNOSTYL (amin turşuları) orqanizimdə çatışmadıqda nə baş verir : (qanda xolesterinin miqdarı artması, eşitmə zəifləməsi, əzələ kütləsinin itkisi, qanda şəkərin miqdarının azalmas, B6 vitamininin çatışmamazlığı, yorğunluq, əsəbilik, anemiyaya, saç tökülməsi, göz damarlarının zədələnməsi böyrək və sidik sisteminin işinin pozulması, beyin hüceyrələri passivliyi, insulin sintezi pozğunluğu,  sinir impulslarının ötürülməsi pozğunluğu, iştahsızlıq və yuxusuzluq,  B qrup vitaminlərin və zülalların defisitinin yaranması)

 

Göstərişlər:

 

    -     Nevroloji statuslu uşaqlar                                 -  Timomeqaliya

    -     Əsəbilik.Yuxusuzluq                                        -  Yeni doğulmuşların hipotrofiya və hipotoniyası

    -    Vaxtından əvvəl doğulmuş uşaqlar                    -  İştahanın zəifləməsi

    -    Boydan geri qalan uşaqlar                                  -  İmmunitet zəifliyi

    -    Malabsorbsiya sindromu                                    -  Yaddaş zəifliyi və allergiyalar

    -    Hipovitaminoz və Avitaminozlar                       -  Çəki defisiti olan uşaqlarda

    -    Nitqin gecikməsi və kəkələmə                           -  Yeni doğulmuşların respirator distress sindromu                                                                        

    -    Xroniki xəstəliklər keçirmiş uşaqlarda              -  Uşaqlarda doğuş travmaları                                                                        

    -    Toxumaların bərpası və yenilənməsi                 - Yara və yanıqların müalicəsində

    -    Əməliyyat sonrası sağalma müddətində             - Ürək qüsurlarının kompleks müalicəsində

    -    Xərçəng xəstəliyinin müalicəsindən yaranan qida çatışmazlığı

    -    Kəskin  hepatit A və B virusu zamanı virus hepatitləri, sarılıq

    -    Hiv və aids xəstəliyi zamanı yaranan bağırsaq problemi

    -    Kimyaterapiya zamanı yaranan ağrı və  ağız içi şişmələrdə.

    -    Tam parenteral qidalanmada olan yarımçıq, yenidoğulmuşlara qulluq zamanı.

    -    Obesity adı verilən həddindən artıq  kökəlmə.

 

Əks göstərişlər: Tərkibindəki kompanentlərdən hər hansi birinə həssaslıq və ya doza həddinin aşılması.

 

İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL YAXŞI ÇALXALANMALIDIR.

     

İstifadə qaydası və dozalanma: 

Profilaktik məqsədlə:

4 yaşa qədər uşaqlara həkim məsləhətiylə, 4-14 yaş 30-40 damcı gündə  1 dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər 40-45 damcı gündə 1 dəfə.

Buraxılış forması:  AMİNOSTYL  damcı  50 ml tutumlu şüşə flakon.             

 

İstehsalçı;  Grikar Chemical İtaliya