AMİNOSTYL (AMİN TURŞULARI DAMCI FORMASINDA)

Paylaş:

Ətraflı

Hər 2 ml damcının tərkibi:

                                                                                             

L-Arginin                              1.2   mq                                             L-Alanin                                1.0 mq

L-Histidin                              0.7   mq                                             L-Asparagin                         1.0 mq                                                                                                       

L-İzoleysin                             1.18 mq                                             L-Aspartat turşusu              1.0 mq

L-Leysin                                3.66 mq                                             L-Cystein                              1.0 mq

L-Lizin Hidroxlorid             5.0   mq                                             L-Glutamin turşusu             1.0 mq

L-Metionin                            1.84 mq                                             L-Glutamin                           1.0 mq           

L-Fenilalanin                        1.0   mq                                             Glycine                                  2.0 mq

L-Treonin                             0.85 mq                                             L-Serin                                  1.0 mq

L-Triptofan                          1.0   mq                                             L-Tirozin                               1.0 mq

L-Valine                                1.34 mq                                             L-Prolin                                 1.0 mq           

Vitamin C                              100 mq

 

Farmakoloji xüsusiyyətləri:

L-ARGİNİN - Boy hormonunun əmələ gəlməsinə kömək edir. İmmun sistemini gücləndirir. Piylərin metabolizmini sürətləndirir, qanda xolesterinin miqdarını azaldır. Qırmızı və ağ qan hüceyrələrinin əmələ gəlməsində iştirak edərək, anemiya yaranmasının qarşısını alır. Xoş və bəd xassəli şişlərin inkişafını ləngidir.

L-HİSTİDİN - Zülal hemoqlobin sintezində əsas rol oynayır. Qanın laxtalanmasında vacib requlyatorlardan biridir. Revmatoid artrit, anemiya və allergiyalar zamanı istifadə olunur.

L-İZOLEYSİN - Əzələ toxumasının formalaşmasında əsas rol oynayır. Əsəbi və iştahasız insanlara təyin olunur. Qanda qlükozanın səviyyəsini tənzimləyir.

L-LEYSİN - Protein sintezində və immun sistemin möhkəmlənməsində böyük rol oynayır. Yaraların sağalmasına, sümüklərin möhkəmlənməsinə kömək edir.

L-LİZİN hidroxloridBöyümə və inkişaf üçün çox əhəmiyyətlidir. Orqanizmdə sümük və əzələ böyüməsi üçün lazımi kalsium sorulmasını təmin edir. Eyni zamanda yağların enerjiyə çevrilməsi prosesində iştirak edir. Kollagen, testosteron, insulin, antikor kimi hormonlar istehsal edərək, zədələnmiş toxumaları bərpa edir.

L-METİONİN - Saç, dəri və dırnaqların formalaşmasında əsas rol oynayır. Xolesterinin qaraciyərdə miqdarını azaldır.

L-FENİLALANİN - Sinir hüceyrələrindən beyinə siqnal ötürür. Yaddaşı gücləndirir. İnsulin, papain və melanin zülallarının sintezində böyük rol oynayır. 

L-TREONİN - İmmunoqlobulinlərin və antitellərin sintezi üçün vacibdir. Qaraciyərdə piylərin yığılmasının qarşısını alır. Beyində sinir impulslarının ötürülməsini təmin edir. Yenidoğulmuşlarda immun sistemin qorunması üçün qan plazmasında böyük miqdarda toplanır.

 L-TRİPTOFAN - İştahı artırır. Yuxusuzluğu aradan qaldırır, immun sistemi gücləndirir. Ürək əzələsini gücləndirir. Damar spazmını azaldır.

L-VALİN - Boy artımında rolu olan əsas kompanentlərdən biridir. Əzələ hüceyrələrini enerji ilə təmin edir. Əzələ toxumasının böyüməsində və bərpasında əhəmiyyətli rol oynayır.

L-ALANİN - Əzələlər tərəfindən karnozin maddəsinin sintezi üçün istifadə olunur. Karnozin əzələlərdə süd turşusunun yığılmasını ləngidir və bununla da əzələlərin yorğunluğunun qarşısını alır. Əzələlərin vaxtından əvvəl gücdən düşməsinin qarşısını alır.

L-ASPARAGİN - Mərkəzi sinir sisteminin tarazlığının qorunması üçün vacibdir. Əsəb və gərginliyin qarşısını alır.

L-ASPARTAT turşusu - Bir çox hormonların (lütein artırıcı hormon, yumurtalıq  hormonu  və böyümə hormonu) sintezini sürətləndirir. Daha çox testosteron sintez edən hormonların işini sürətləndirir.

L-CYSTEİN - bədəndən toksiki maddələrin xaric olunmasında və hüceyrələrin qorunmasında vacib rol oynayır.

L-GLUTAMİN turşusu - Sürətli çəki itkisi, HİV və AİDS xəstəliyi olan insanlarda bağırsaq problemləri zamanı, kimya terapiya zamanı yaranan ağrı və ağız şişlərinin yaranmasının qarşısını alan vacib elementdir.

L-GLUTAMİN - Əzələ zülallarının sintezində iştirak edir. Qlükoza ilə yanaşı enerji mənbəyidir. Məşqlərdən sonra bərpanı sürətləndirir, fiziki tükənmənin qarşısını alır.

L-TİROZİN - ağrını idarə edən bir çox beyin neyronlarının sintezində iştirak edir. Duyğu orqanlarının sürətli işləməsində iştirak edir.

L-PROLİN - Hidrofobik yan zəncirə sahib olaraq immunoqlobulin daşıyan sümük, qığırdaq və ürək əzələsini gücləndirir.

GLYCİNE - Mərkəzi sinir sistemində tormozlayıcı funksiyaları stimulyasiya edən vacib neyromediatordur.Yaddaşı gücləndirir, metabolizmi tənzimləyir, antidepressant və sakitləşdirici təsir göstərir. Psixoemosional gərginliyi azaldır, əqli iş qabiliyyətini artırır.

L-SERİN  B-6 vitaminindən və niasindən əldə edilir (yağların metabolizmi, əzələlərin inkişafı və immun sistemi gücləndirmək üçün ehtiyac duyulur).

VİTAMİN C - İmmun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq, virus və bakteriyaya qarşı immun cavabı təmin edərək, orqanizmin infeksiyalara və allergenlərə qarşı olan davamlılığını artırır. Güclü antioksidant, antiaqreqantdır.

AMİNOSTYL (aminturşular) orqanizmdə çatışmadıqda nə baş verir: qanda xolesterinin miqdarının artması, eşitmə zəifliyi, əzələ kütləsinin itkisi, qanda şəkərin miqdarının azalması, yorğunluq, əsəbilik, anemiya, saç tökülməsi, göz damarlarının zədələnməsi, böyrək və sidik sisteminin pozulması, insulin sintezi pozğunluğu,  sinir impulslarının ötürülməsi pozğunluğu, iştahsızlıq və yuxusuzluq,  B qrup vitaminlərin və zülalların defisitinin yaranması.

AMİNOSTYL orqanizmdə kollagen və yeni zülalların yaranması vasitəsilə vaxtından əvvəl doğulmuş, inkişafdan geri qalmış və digər çatışmazlıqları olan körpələrin inkişafını effektiv sürətdə təmin edir. Orqanizmin tərkib hissəsi olan hüceyrələrin təməl daşı aminturşularından yaranan proteinlərdir. Hüceyrə sitoplazmasında həll olmuş vəziyyətdə olan proteinlər böyüməni, inkişafı, bədəndə əzələlərin yaranmasını, yaraların sağalmasını, qidaların həzmini, zehni inkişafını, xəstəliklərə qarşı qorunmağı və vacib olan azot balansını təmin edir.

 

Göstərişlər:

 

    - Nevroloji statuslu uşaqlar                                   - Timomeqaliya

    - Əsəbilik. Yuxusuzluq.                                         - Yeni doğulmuşların hipotrofiya və hipotoniyası

    - Vaxtından əvvəl doğulmuş uşaqlar.                    - İştahanın zəifləməsi, zülalla yetərsiz qidalanma.

    - Boydan geri qalan uşaqlar.                                  - İmmun sistemin zəifləməsi

    - Malabsorbsiya sindromu.                                    - Yaddaş zəifliyi

    - Hipovitaminoz və Avitaminozlar.                       - Çəki defisiti olan uşaqlar

    - Nitqin gecikməsi və kəkələmə.                           - Yeni doğulmuşların respirator distress sindromu                                                                        

    - Xroniki xəstəliklər keçirmiş uşaqlarda.              - Uşaqlarda doğuş travmaları                                                                         

    - Toxumaların bərpası və yenilənməsi.                 - Yara və yanıqların müalicəsində

    - Cərrahi müdaxilələrdən əvvəl və sonra.              - Ürək qüsurlarının kompleks müalicəsində

    - Kəskin hepatit A və B virusu zamanı.

    - HİV və QİÇS xəstəliyi zamanı yaranan bağırsaq problemi.

    - Kimyaterapiyadan əvvəl və sonrakı dövrdə.

    - Tam parenteral qidalanmada olan yarımçıq, yenidoğulmuşlara qulluq zamanı.   

    - Xərçəng xəstəliyinin müalicəsində yaranan qida çatışmazlığı zamanı.

    - Piylənmə.

 

Əks göstərişlər: Tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq.

İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL YAXŞI ÇALXALANMALIDIR.

İstifadə qaydası və dozalanma: 

Profilaktik məqsədlə:

4 yaşa qədər uşaqlar həkim məsləhəti ilə, 4-14 yaş 30-40 damcı gündə 1 dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər 40-45 damcı gündə 1 dəfə.

Buraxılış forması: AMİNOSTYL damcı 50 ml şüşə flakon.             

İstehsalçı:  Grikar Chemical İtaliya.