Betuni

Paylaş:

Ətraflı

Tərkibi: hər 10 ml siropa daxildir:
Beta Qlükan (Beta Glucan).................... 150 mq
Vitamin C ( L-Askorbin turşusu)............ 500 mq
Vitamin E (Alfa-tokoferol as)................... 80 mq
Sink (Sink oksid)....................................... 20 mq
Selen (Natrium selenit)............................ 15 mkq
Beta Qlükan - Çörək mayası hüceyrə divarından ekstraksiya edilərək hazırlanan, təbii mənşəli uzun zəncirli polisaxariddir. Həzm sistemi tərəfindən heç bir parçalanmaya məruz qalmadığından, yüksək biomənimsənilməyə malikdir. Yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin kompleks müalicəsində Beta Qlükanın istifadəsi ilkin olaraq yüksəlmiş IgG səviyyəsinin normallaşmasına gətirib çıxarır. Sekretor İgA-nın səviyyəsini yüksəldir. Orqanizmin infeksiyalara qarşı müdafiəsinə cavabdeh olan hüceyrələri aktivləşdirdiyi üçün yad hüceyrələri əhatə edərək məhv edir. Bunun nəticəsində də güclü bir müdafiə sistemi formalaşır. Beta Qlükan virus, bakteriya, göbələk və parazit infeksiyalarına qarşı orqanizmin müqavimətinin artmasına səbəb olur. İmmun cavabı artıraraq orqanizmin müdafiə hüceyrələrinin patogenlərə qarşı daha effektiv şəkildə mübarizə aparmasına səbəb olur. Makrofaq membranlarında β-qlükanı bağlamaq üçün reseptorlar var. Polisaxarid hüceyrəyə yapışdıqda aktivləşir, patogenləri aşkar edir və onları bədəndən çıxarır. Həm yerli, həm də sistem immuniteti gücləndirir. Beta Qlükan insan qanında iltihabi sitokinlərin istehsalını artırmadan leykositlərin infeksiyaya qarşı aktivliyini artıraraq bir çox xəstəliklərə qarşı müqaviməti artırır.
Patogenlərə qarşı ümumi müqavimət səviyyəsini artırmaq və infeksiya riskini azaltmaq xüsusiyyətinə malikdir. Maya beta-qlükan faqositozu və sonradan patogen bakteriyaların məhvini təşviq edir. Beta-qlükan bir çox xərçəng növlərinə və yoluxucu xəstəliklərə qarşı təsirlidir.
Vitamin C - Metabolik təsir göstərir. İnsan orqanizmində əmələ gəlmir, ancaq qida ilə qəbul olunur. Bir çox oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir. İmmun sistemi hüceyrələrin (anticismlər, leykositlər) əmələ gəlməsini stimullaşdırır. İmmun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq, virus və bakteriyaya qarşı immun cavabı təmin edərək, orqanizmin infeksiyalara və allergenlərə qarşı olan davamlılığını artırır. Güclü antioksidant, antiaqreqantdır.
Vitamin E - Orqanizmi oksidləşmə nəticəsində hüceyrələrin zədələnməsindən və sərbəst radikalların hüceyrələrə mənfi təsir göstərməsindən qoruyan güclü antioksidandır. Hüceyrə quruluşunun pozulmasının qarşısını alır, yaraların yaxşılaşmasını sürətləndirir, xərçəngə qarşı qoruyucu təsirə malikdir. Damar sərtliyinə və laxtalanmaya mane olur. İmmun sistemini gücləndirir. Xüsusilə cinsi inkişafın sürətləndiyi yetkinlik dövründə E vitamininə olan təlabat tam ödənməlidir.
Sink - Bədən tərəfindən istehsal olunmadığı üçün xaricdən qəbulu vacibdir. Sink böyümə və inkişaf mərhələlərində ən vacib mikroelementlərdən biridir. İmmuniteti möhkəmləndirir. Güclü antioksidantdır. Bir sıra hormonların sintezində, qanyaranmada, zob hormonlarının hasilində iştirak edir. Bağırsaq divarını bərpa edir, bu da digər vitaminlərin sorulması uçun vacibdir.
Selen - Zülalların və nuklein turşularının mübadiləsində iştirak edir, fermentlərin və hormonların tərkibinə daxildir. İmmunitet, iltihab və regenerasiya proseslərində iştirak edir. Qavrama funksiyanı yaxşılaşdırmağa kömək edir. Antioksidant təsiri var.
İstifadəsinə göstərişlər:
- Qrip, KRVİ zamanı müalicə və profilaktika məqsədi ilə
- Aşağı və yuxarı tənəffüs yollarının iltihabi-infeksion xəstəlikləri zamanı
- Xroniki infeksiyalarda
- Uzun müddətli antibiotikoterapiya zamanı
- Onkoloji xəstəliklər zamanı əməliyyat önü və əməliyyatdan sonra radio və kimya terapiya zamanı
- Müxtəlif xəstəliklər zamanı immun sistemin zəifləməsi hallarında
- Təhsil müəssələri və işyerləi kimi qapalı yerlərdə sürətlə yoluxan infeksiyalarda
- Gərgin iş rejiminin (iş, imtahan, səyahət) səbəb olduğu stress vaxtlarında
- Xroniki yorğunluq sindromu, əqli və fiziki yüklənmə
- Qeyri müntəzəm və sağlam olmayan qidalanma zamanı
- Təkrarlanan herpes virusu zamanı (uçuqlamalar)
İstifadə qaydası və dozalanması:
Profilaktik məqsədlə: 4 yaşa qədər uşaqlara həkim məsləhətiylə, 4-6 yaş * 2,5 ml gündə 1 dəfə, 6-14 yaş * 5 ml gündə 1 dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə * 1 dəfə Sirop yeməkdən sonra qəbul olunur
Əks göstərişlər: Məhsulun tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.
Buraxılış forması: BETUNİ 150 ml şüşə flakonda, içlik vərəqəsi ilə birlikdə karton qutu qablaşdırmada.
İstehsalçı: FİTO LAB MMC