BUTSİN

Paylaş:

Ətraflı

Bir tabletin tərkibi:

QAYT (Qamma-amino-beta-phenylbutirate hydrochlorid).........150 mq

Qlisin…………………………………….....................................150 mq

Maqnezium sitrat……………………….......................................100 mq

B6 vitamini ……………………………….................................. .…2 mq

Farmakoloji xüsusiyyətləri:

QAYT - mərkəzi sinir sistemində sinir impulslarının ötürülməsini asanlaşdırır (QAYT reseptorlarına birbaşa təsir).Toxumaların metobolizminin normallaşması və beyin qan dövranına təsiri sayəsində beynin funksional vəziyyətini yaxşılaşdırır.Trankvilizator təsiri aktivləşdirici təsirlə uyğunlaşır. Preparat nootrop.həmçinin antiaqreqant, antioksidant və bəzi qıcolma əleyhinə təsirlərə malikdir. Beynin funksional vəziyətini onun metobolizminə və beyin qan dövranının təsiri hesabına yaxşılaşdırır (həcm və xətti sürəti yüksəldir, damarların müqavimətini azaldır, mikrosilkulyasiyanı yaxşılaşdırır). Nistaqmın latent dövrünü uzadır, sürəkliliyini və ifadəliyini azaldır.Vazovegetativ simptomları azaldır (o cümlədən baş ağrısını, başda ağırlıq hissini, yuxunun pozulmasını, qıcıqlanmanı, emosianal labilliyi).Kurs şəklində qəbul edildikdə fiziki və əqli qabiliyyəti artırır.Sedasiya və oyanıqlıq olmadan asteniyanın əmələ gəlməsini, əhval ruhiyyəni yaxşılaşdırır, maraq və təşəbbüsü, həyacan, gərginlik və narahatçılıq hisslərini azaldır, yuxunu normallaşdırır.Yaşlı nəslin nümayəndələrində mərkəzi sinir sisteminə mənfi təsir etmir, əzələ boşalması halları baş vermir.Etanolun mərkəzi sinir sisteminə təsirini azaldır.

Qlisin - MSS (Mərkəzi sinir sistemi) də tormozlayıcı funksiyaları stimulyasiya edən vacib neyromediatordur.O neyronların qıcıqlandırıcı aminturşularının ayrılmasını ləngidir. QAYT - ın sintezini artırır, metobolizmi tənzimləyir, antidepressant və sakitləşdirici təsir göstərir.Psixoemosional gərginliyi azaldır, əqli iş qabiliyyətini artırır.

Maqnezium - Bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib elementdir.Fizioloji baxımdan maqnezium hüceyrə daxili kationdur. Maqnezium ionları neyronların oyanıqlığını azaldır, sinir-əzələ ötürücülüyünü tənzimləyir.Əzələlərdə ion balansını bərpa edərək, bir sıra reaksiyalarda iştirak edir. Maqnezium defisiti orqanizimdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaqların motorika pozğunluğu və diareya kimi patalogiyaların əmələ gəlməsinə səbəb olur.

B6 vitamini - maddələr mübadiləsində aktiv iştirak etməklə beyin toxumasında metabolizmi yaxşılaşdırır, sinir sistemində neyromediatorların sintezini stimullaşdırır, əqli və fiziki əmək qabiliyyətini artırır, yaddaşı və əhval-ruhiyyəni yaxşılaşdırır.

İstifadəsinə göstərişlər:

  • Astenik və həyacanlı-nevrotik hallar. Narahatlıq. Qorxu. Nevroz.
  • Kəkələmə. Uşaqlarda tiklər və enurezlər. Psixopatiya.
  • Yuxusuzluq və gecə həyacanı.Yaddaş, nitq, diqqət pozğunluğu.
  • İnsultun və kəllə beyin travmalarının fəsadları. Vegetativ damar distoniyası.
  • Eplepsiya xəstəliyinin kompleks müalicəsi. Uşaq serebral iflici.
  • Beyin qan dövranı pozğunluğu. Yüksək sinir oyanıqlığı. Uşaqlarda kəllə beyin travması.
  • Uşaqlarda əqli geriləmə (o cümlədən daun xəstəliyinin kompleks müalicəsində)
  • Menyer xəstəliyi, ginetozlarda ürəkbulanmanın və baş gicəllənmənin profilaktikası.
  • Vestibulyar analizatorun müxtəlif mənşəli disfunksiyası ilə əlaqədər olan baş gicəllənmə.
  • Alkoqolizimin müalicəsi zamanı yardımçı təsir göstərən vasitələr kimi.

İstifadə qaydası və dozalanma: 

Profilaktik məqsədlə:

14 yaşa qədər həkim məsləhətiylə təyin olunur.

14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 tablet gündə 1 dəfə

Əks göstərişlər: Preparatın hər hansı kompanentinə qarşı hiperhəssaslıq.

Saxlanma qaydası: Preparat quru, qaranlıq, uşaqlar ücün əlçatmaz olan yerdə, 20 C dərəcə arası şəraitdə  saxlanılmalıdır.

Buraxılış forması: BUTSİN karton qutuda 20 ədəd tablet.

İstehsalçı: Grikar İtaliya.