Paylaş:
Tərkibi: hər 1 ml-də (25 damcı):                                                                                                      
Simetikon -------------------------------- 30 mq
Farmakoloji xüsusiyyəti: 
COLİFREE - mədə-bağırsaq traktının funksional pozuntularının müalicəsi üçün istifadə edilən suspenziyadır. 
Simetikon – mədə-bağırsaq traktında baş verən pozuntular zamanı istifadə olunan vasitədir. Köpüksöndürücü 
təsirə malikdir, habelə diaqnostik müayinələr zamanı köməkçi vasitə qismində istifadə olunur. Bütün yaş 
qruplarında istifadə etmək olar. Təsiredici maddə olan simetikon qida kütlələrində və mədə-bağırsaq traktının 
seliyində olan qaz qovuqcuqlarını parçalayır. Bu zaman azad olan qazlar bağırsaq divarları tərəfindən udula və ya 
bağırsağın hərəki aktivliyi hesabına orqanizmdən xaric oluna bilər. Onun təsiri altında bağırsaq şirəsində və 
mədə-bağırsaq traktının seliyində olan qaz qovuqcuqlarının səthi gərilməsi dəyişir və nəticədə qovuqcuqlar 
parçalanır. Bu zaman azad olan qazlar bağırsaq divarı tərəfindən sorula və ya bağırsağın peristaltikası nəticəsində 
xaric edilə bilər. Simetikonun təsiri fiziki xarakter daşıyır. Simetikon kimyəvi reaksiyalarda iştirak etmir, eləcə 
də, farmakoloji və fizioloji baxımdan inertdir (təsirsizdir). Simetikon daxilə qəbul edildikdən sonra sorulmur və 
mədə-bağırsaq traktından keçdikdən sonra dəyişilməmiş şəkildə xaric edilir. 
Göstərişləri:
·Qazların səbəb olduğu mədə-bağırsaq pozuntuları:
·Yenidoğulmuşlarda müşahidə olunan sancılar (üçaylıq sancılar) zamanı simptomatik müalicə üçün.  
·Qazların çox miqdarda ayrılması (meteorizm)
·Qarın nahiyəsində həddindən artıq dolğunluq hissi 
·Qarın boşluğu orqanlarının müayinələrinin – məsələn, rentgenoloji müayinə, USM (ultrasəs müayinəsi) 
və qastroskopiyanın aparılmasına hazırlıq üçün. 
·Yuyucu vasitələrlə (səthi-aktiv maddələrlə) zəhərlənmələr zamanı köpüksöndürücü vasitə qismində.
Əks göstərişləri:
Məhsulun tərkibindəki komponentlərin hər hansı birinə qarşı fərdi həssaslıq. 
İstifadə qaydası və dozası:  
0-2 yaş arası uşaqlar: 5 damcı gündə 2 dəfə
2-6 yaş arası uşaqlar: 5 damcı gündə 2-3 dəfə
6-12 yaş arası uşaqlar və böyüklər: 5 damcı gündə 3-4 dəfə
İstifadədən əvvəl flakonu çalxalayın.
Doza həkim məsləhəti ilə dəyişdirilə bilər. 
Saxlanılma şəraiti: 250C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan, və uşaqların əli çatmayan yerdə 
saxlanılmalıdır.
Aptekdən buraxılma şərti: Reseptsiz
Buraxılış forması: 50 ml məhlul-suspenziya, şüşə flakonda, karton qutuda qablaşdırılmışdır.
İstehsalçı: FITOLAB MMC.