Paylaş:
Tərkibi: hər tabletin tərkibinə daxildir:
Kalsium sitrat (calcium citrate)…………………..250 mq
Vitamin D3 (Colecalciferol) ……………….……..250 BV
Maqnezium sitrat (Magnesium citrate)………...…100 mq
K2 vitamini (Menaquinone -7)……….…………... 60 mkq
Fosfor (Phosphor) …………………..…….….…...100 mq
Xrom pikolinat (Chromium picolinate) …………..10 mkq
Bor (Sodium borat)……………………..….…… 150 mkq
Farmakoloji xüsusiyyətləri:
Kalsium - sinir keçiriciliyinin və əzələ tonusunun tənzimlənməsində iştirak edir. Qanın laxtalanma sisteminin tərkib hissəsidir. Sümük toxumasının formalaşmasında, dişlərin minerallaşmasında və ürək fəaliyyətində iştirak edir. Kalsium - hormonların, mediatorların, fermentlərin ifrazında, hüceyrədaxili maddələr mübadiləsinin, o cümlədən enerji mübadiləsinin tənzimlənməsində iştirak edir. Kalsium sitrat bağırsaqdan həll olunan ionlaşmış formada sorulur. Dərmanın həlli mədənin turş mühitində daha yaxşı baş verir. Həll edilmiş ionlaşmış kalsium bütün toxumalara yaxşı nüfuz edir, ana südünə daxil olur. Orqanizmdən əsasən nəcislə, təxminən 20%-i isə sidiklə xaric olur. Kalsium sitratın əhəmiyyətli bir xüsusiyyəti, bu duzun uzun müddətli istifadəsi zamanı böyrək daşlarının əmələ gəlmə qabiliyyətinin aşağı olmasıdır. Bu, sitrat duzunun sidikdə oksalatların miqdarını azaltması ilə əlaqədardır.
Xolekalsiferol (vitamin D3) orqanizmdə kalsium və fosfor mübadiləsini tənzimləyir, bağırsaqlarda kalsiumun sorulmasını və böyrəklərdə fosforun reabsorbsiyasını gücləndirir.
K2 vitamini ( Menaxinon-7) kalsiumun düzgün mənimsənilməsi üçün vacibdir. K2 vitamini xüsusi zülalların - matris Gla-protein (MGP) və osteokalsin fəaliyyətini requlə edir. Matris Gla-protein sayəsində qidadan və ya qida əlavələrindən aldığımız kalsium damarlarda yığılmır, ancaq sümük toxumasının formalaşmasına yönəldilir. İkinci protein - osteokalsin - sümüklərdə kalsiumu bağlayır və bununla da onların sıxlığını qorumağa kömək edir. K2 vitamini K1 ilə müqayisədə kalsium mübadiləsinin daha güclü tənzimləyicisidir.
Maqnezium kalsium və fosforla yanaşı, sümük skeletinin qurulmasında iştirak edir. Maqnezium həmçinin enerji istehsalında, əzələlərin yığılmasında və sinir impulslarının ötürülməsində iştirak edir. Bədəndə maqnezium çatışmazlığı sinir-əzələ həssaslığının artmasına, konvulsiyalara, depressiyaya səbəb olur.
Fosfor - hüceyrələrin bölünməsi və böyüməsi kimi proseslərdə fəal iştirak edir.
Fosfor həm sümüklər, həm də dişlər üçün vacibdir. Metabolizm üçün əvəzolunmazdır: onun köməyi ilə orqanizmdə zülallar və karbohidratlar əmələ gəlir, bir çox qida maddələrini mənimsəməyə kömək edir.
Xrom bədəndəki ən qiymətli mikroelementidir. Çox hissəsi dəridə, sümüklərdə və əzələlərdə toplanmışdır. Xrom yağ və karbohidrat mübadiləsinin tənzimlənməsində iştirak edir. Orqanizmin karbohidratlara qarşı dözümlülüyünü artırır, qanda şəkər, xolesterin və triqliseridlərin səviyyəsini azaldır. Xrom çəki azaltmağa kömək edir, fiziki hazırlığı yaxşılaşdırır, əzələləri elastik və güclü edir. Xrom dehidroepiandrosteronun səviyyəsini artıraraq sümükləri və qığırdağı möhkəmləndirir, osteoporozun müalicəsində istifadə edilir.
Bor paratiroid hormonunun fəaliyyətinin tənzimlənməsinə təsir göstərir, həmçinin kalsium, maqnezium (böyrəklər vasitəsilə itirilməsinin qarşısını alır), flüor, fosfor və D vitamininin mübadiləsində iştirak edir. Nəticədə, sümük toxumasının formalaşmasında tənzimləyici rol oynayır, osteoporozun inkişafının qarşısını alır, sümük toxumasında kalsiumun udulmasını yaxşılaşdırır. Bor uşaqlarda skeletin normal formalaşması üçün, daha böyük yaş qruplarında isə onurğa və oynaq xəstəliklərinin (osteoxondroz, artroz, artrit) qarşısının alınması üçün lazımdır.
Göstərişləri:
İstifadə qaydası və dozalanma:
Profilaktik məqsədlə: Böyüklər 1 tablet gündə 1 dəfə.
Əks göstərişləri:
Tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
Buraxılış forması: 30 tablet.
İstehsalçı: ENSA -Türkiyə.