DE CA

Paylaş:

Ətraflı

Hər 5 ml suspenziyanın tərkibi:

Calsium  sitrat......................   200 mq

Maqnezium oksid.................   100 mq

Vitamin D3 ..........................   200 BV

Fitin......................................... 100 mq

Fosfor........................................ 50 mq

Farmakoloji xüsusiyyəti:

Kalsium hüceyrə xarici mayenin əsas kationudur. Tikinti materiali funksiyası-hidroksiapatit  şəklində skeletin sərtliyini və hüceyrələrin formasını qorumaqdır. Kalsium membranların sərtliyinə,özlüyünə və keçiriciliyinə təsir edir. Kalsiumun əzələ və sinirlərin qıcıqlanması, hüceyrədaxili siqnalların ötürülməsi, hüceyrələrin hərəkəti, bölünməsi və böyüməsi funksiyalarıda vardır. Maqnezium-Həyat ücün vacib minerallardan biridir. Zülal mübadiləsində iştirak edir.Kalsiumun sorulmasında vacib rolu var.Vitamin D3-öd duzlarının köməyi ilə bağırsaqlardan sorulur və orqanizmdə limfa damar sistemi vasitəsilə paylanır.Orqanizmdə lazımı qədər kalsiumun sorulması üçün lazımdır.Kalsiumun orqanizim tərəfindən mənimsənilməsində iştirak edir. Fitinorqanizimdə qan yaranmanı sitimulə edir.Sümük toxumasının inkişafını təmin edir.Fosfor çatışmamazlığı ilə əlaqədər olan xəstəliklərdə sinir sisteminin fəaliyyətini tənzimləyir.Qara ciyərdə piylənmənin qarşısını alır.Böyrəyin və böyrəküstü vəzin işini yaxşılaşdırır.Boy artımını sürətləndirir.Lipid mübadiləsini və beyinin işini yaxşılaşdırır.Fosfor Sümük toxumasının qurulmasını və kalsiumun mənimsənilməsini stimulə edən komponentdir.Fosfor həmçinin orqanizmin bütün toxumalarının bərpası və düzgün işləməsini təmin edir.

DeCa-nın tərkibinə daxil olan maddələrin birləşməsi kalsium və vitamin D3 catışmamazlığını aradan qaldırır, kalsium mübadiləsini tənzimləyir, sümük toxumasının sıxlığını artırır, kalsium, maqnezium və vitamin D3-ə olan gündəlik təlabatı ödəyir. DeCa dişlərin minerallaşması, orqanizmdə sinir keçiriciliyində, əzələ yığılmalarında iştirak edir. DeCa sümük toxumasının minerallaşması və sınıqların bitişməsini sürətləndirir, sümüklərin, dişlərin, əzələ və sinirlərin normal vəziyyətini təmin edir.

Göstərişlər;

- Calsium çatışmamazlığı zamanı

- Raxit xəstəliyinin profilaktikası və müalicəsi

- Sınıq və çıxıqların profilaktikası və müalicəsi

- Sümük skletinin formalaşmasının pozğunluqları

- Uşaqlarda sürətli inkişaf dövründə

- Dəri xəstəlikləri və qıcolma sindromu

Əks göstərişləri: Hiperkalsemiya

İstifadə qaydası və dozalanma:

Profilaktik məqsədlə: 4 yaşa qədər uşaqlarda həkim məsləhətiylə, 4-14 yaş 5 ml gündə 1 dəfə,14 yaşdan yuxarı uşaqlar və böyüklər  5 ml gündə 2-3 dəfə

Saxlanma qaydası: Preparat quru, qaranlıq, uşaqlar üçün əlçatmaz yerdə, 20 C dərəcə arası şəraitdə  saxlanılmalıdır.

               Buraxılış forması: DeCa 150 ml-lik suspenziya                             

İstehsalçı: Türkiyə