De Ca sirop

Paylaş:

Ətraflı

Hər 5 ml suspenziyanın tərkibi:

Kalsium  sitrat............................   200 mq

Maqnezium sulfat heptahidrat.....  100 mq

Vitamin D3 ................................   200 BV

Kalsium gliserol fosfat (Fosfor)...... 50 mq

 

Farmakoloji xüsusiyyətləri:

Kalsium - sinir keçiriciliyinin və əzələ tonusunun tənzimlənməsində iştirak edir. Qanın laxtalanma sisteminin tərkib hissəsidir. Sümük toxumasının formalaşmasında, dişlərin minerallaşmasında və ürək fəaliyyətində iştirak edir. Kalsium - hormonların, mediatorların, fermentlərin ifrazında, hüceyrədaxili maddələr mübadiləsinin, o cümlədən enerji mübadiləsinin tənzimlənməsində iştirak edir. Kalsium sitrat bağırsaqdan həll olunan ionlaşmış formada sorulur. Həll edilmiş ionlaşmış kalsium bütün toxumalara yaxşı nüfuz edir. Orqanizmdən əsasən nəcislə, təxminən 20%-i isə sidiklə xaric olur. Kalsium sitratın əhəmiyyətli bir xüsusiyyəti, bu duzun uzun müddətli istifadəsi zamanı böyrək daşlarının əmələ gəlmə qabiliyyətinin aşağı olmasıdır. Bu sitrat duzunun sidikdə oksalatların miqdarını azaltması ilə əlaqədardır.

Maqnezium həyat ücün vacib minerallardan biridir. Kalsiumun sorulmasında vacib rol oynayır. Maqnezium kalsium və fosforla yanaşı, sümük skeletinin qurulmasında iştirak edir. Maqnezium həmçinin enerji istehsalında, əzələlərin yığılmasında və sinir impulslarının ötürülməsində iştirak edir. Bədəndə maqnezium çatışmazlığı sinir-əzələ həssaslığının artmasına, konvulsiyalara, depressiyaya səbəb olur.

Xolekalsiferol (vitamin D3) orqanizmdə kalsium və fosfor mübadiləsini tənzimləyir, bağırsaqlarda kalsiumun sorulmasını və böyrəklərdə fosforun reabsorbsiyasını gücləndirir.

Fosfor - hüceyrələrin bölünməsi və böyüməsi kimi proseslərdə fəal iştirak edir, sümük toxumasının qurulmasını və kalsiumun mənimsənilməsini stimulə edir. Fosfor həmçinin orqanizmin bütün toxumalarının bərpası və düzgün işləməsini təmin edir. Boy artımını sürətləndirir. Lipid mübadiləsini və beyinin işini yaxşılaşdırır. Fosfor həm sümüklər, həm də dişlər üçün vacibdir. Metabolizm üçün əvəzolunmazdır: onun köməyi ilə orqanizmdə zülallar və karbohidratlar əmələ gəlir, bir çox qida maddələrini mənimsəməyə kömək edir.

DeCa kalsium və vitamin D3 çatışmazlığını aradan qaldırır, kalsium mübadiləsini tənzimləyir, sümük toxumasının sıxlığını artırır. Kalsium, maqnezium və vitamin D3-ə olan gündəlik tələbatı ödəyir. DeCa orqanizmdə sinir keçiriciliyində, əzələ yığılmalarında, dişlərin minerallaşmasında iştirak edir. DeCa sümük toxumasının minerallaşması və sınıqların bitişməsini sürətləndirir. Sümüklərin, dişlərin, əzələ və sinirlərin normal vəziyyətini təmin edir.

 

Göstərişlər:

  • Kalsium çatışmazlığı zamanı.
  • Raxit xəstəliyinin müalicə və profilaktikası.
  • Sınıq və çıxıqların müalicəsi zamanı.
  • Sümük sisteminin formalaşmasının pozğunluqları.
  • Uşaqların sürətli inkişaf dövründə.
  • Qida qəbulu ilə əlaqədar Ca və D3 vitaminin defisitinin bərpası.
  • Dişlərdə karies.
  • Tetaniya, əzələlərin qıcolması.
  • Diuretiklərin və qıcolma əleyhinə preparatların uzunmüddətli qəbulu zamanı.
  • Dəri xəstəlikləri və saç tökülməsi zamanı.

İstifadə qaydası və dozalanma:

Profilaktik məqsədlə: 1.5 yaşa qədər həkim məsləhəti ilə,

 1.5 - 4 yaş 2.5 ml  gündə 1 dəfə,

 4-14 yaş 5 ml gündə 1 dəfə,

 14 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml gündə 2-3 dəfə. 

Əks göstərişləri: tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq, hiperkalsemiya

Buraxılış forması: DeCa 150 ml suspenziya..

İstehsalçı: Zeyus- Türkiyə