DRİNEX

Paylaş:

Ətraflı

Hər 5 ml şərbətin tərkibində: 2,5mq desloratadin vardır.

Farmakoterapevtik qrupu

Antihistamin dərman vasitəsi H1 - histamin reseptorlarının blokatoru.

Farmakoloji xüsusiyyətlər:

Farmakodinamikası

DRINEX - antihistamin, allergiya əleyhinə və iltihabəleyhinə təsir göstərir, yuxu gətirmir. Daxilə qəbul zamanı desloratadin (loratadinin 1-li aktiv metaboliti) selektiv olaraq periferik H1 - histamin reseptorlarını blokadaya alır. Sitostatik reaksiyaları tormozlayır: iltihabəleyhinə sitokinlərin, o cümlədən interleykin- 4 (İL-4), interleykin-6 (İL-6), interleykin-8 (İL- 8), interleykin-13 (İL-13), RANTES tipli iltihabəleyhinə xemokinlərlə bağlı polimorfnüvəli neytrofillərlə aktivləşmiş ifrazını, eozinofillərin adgeziyası və xemataksisini, o cümlədən P - selektini, IgE, histaminin azad olmasını.

İstifadəsinə göstərişlər:

- Mövsümi pollinoz və ilboyu allergik rinit (burundan selik ifrazını, göynəmə, qaşınma, burun tutulmasını, gözlərin qaşınması və qızarmasını, göz yaşarmasını asanlaşdırmaq və aradan qaldırmaq üçün)

- Xroniki idiopatik övrədə dəri qaşınması və səpginin azaldılması və ya aradan qaldırılması

Əks göstərişlər: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Dezloratadin, alkoqolun mərkəzi sinir sisteminə təsirini gücləndirmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

DRINEX-in, hamiləlik zamanı istifadəsinin təhlükəsızliyi haqqında klinik məlumatlar yoxdur, ona görə hamiləlik zamanı preparatın istifadəsi yalnız o halda mümkündür ki, ana üçün güman edilən fayda, döl üçün potensial riskdən yüksək olsun. Desloratadin ana südünə daxil olur, ona görə də, DRINEX-dən istifadə zamanı ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: DRİNEKS avtomobil və digər yüksək sürətli psixomotor reaksiyalar tələb edən işlərin idarə edilməsi qabiliyyətinə təsir etmir.

Xüsusi göstərişlər Ağır böyrək çatışmazlığı olan pasiyentlərə ehtiyatla təyin olunmalıdır. Şərbət formasında, DRINEX şəkərli diabeti olan xəstələrə ehtiyatla təyin edilir, çünki hipoqlikemik vasitələrin dozasının korreksiyası tələb oluna bilər.

İstifadə qaydası və dozası

DRINEX-i qida qəbulundan asılı olmayaraq az miqdarda su ilə içərək daxilə qəbul etmək lazımdır.

• 5 yaşa qədər uşaqlar üçün: gündə 1 dəfə 1,25mq (2,5ml şərbət) təyin edilir.

• 6 yaşdan 11 yaşa qədər uşaqlar üçün: gündə 1 dəfə 2,5 mq (5 ml şərbət) təyin edilir.

• Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr üçün: gündə 1 dəfə 5 mq (10ml şərbət) təyin edilir.

Müalicə müddəti və qəbulun davamlılığı xəstəliyin xarakteri ilə müəyyənləşdirilir.

Mövsümi pollinozların müalicəsi zamanı simptomlar itdikdən sonra preparatın qəbulu dayandırılır. İlboyu, allergik rinitin müalicəsində preparat pasiyentin allergenlə kontaktda olduğu dövrdə fasiləsiz olaraq qəbul

olunur.

Əlavə təsirləri:

Yüksək yorğunluq, ağızda quruluq, başağrısı, taxikardiya, allergiya, dispepsiya, və s...

Buraxılış forması: ölçü şprisi ilə təhciz olunmuş 150 ml şərbət.

İstehsalçı: Atabay Ilac, Türkiyə.