ENUREZİN

Paylaş:

Ətraflı

TƏRKİBİ:

Hər tabletin tərkibində 2 mq Tolterodin-tartrat vardır.

FARMAKOTERAPEVTİK QRUPU: Antidizurik vasitə (xolinolitik, spazmolitik)

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Farmakodinamika

ENUREZİN urodinamikanı yaxşılaşdıran dərman vasitəsidir. Tolterodin xüsusi muskarinəhəssas reseptorların rəqabət zəminində selektiv antoqanisti olub, in vivo sidik kisəsinin reseptorlarına təsir göstərir. ENUREZİN sidikçıxarıcı yollarının saya əzələlərinin tonusunu aşağı salaraq, detruzora tezyiqi azaldır, sidiyəgetmə arası intervalı artırır, xaric olunan sidiyin həcmini çoxaldır, sidiyəgetmə çağırışlarının tezliyini və sidiyi saxlaya bilməmək hissinin qarşısını alır.

Müalicə zamanı terapevtik effekt 4 həftə ərzində əldə edilir.

FARMAKOKİNETİKA

ENUREZİN mədə –bağırsaq traktından çox yaxşı mənimsənilir. Peroral qəbulundan sonra Cmax 1-3 saata çatır. T1/2 - 6 saata bərabərdir. Tolterodin əsasən böyrəklərlə - 77% eliminasya olunur, 17% isə bağırsaqlarla xaric olunur.

GÖSTƏRİŞLƏRİ:

• Aşağıdakı simptomları olan pasientlərdə

SİDİK KİSƏSİNİN HİPERAKTİVLİYİnin (reflektor sidik kisəsi) müalicəsi :

- Tez – tez sidiyəgetmə

- Usandırıcı sidiyəgetmə (sidiyəgetməyə çağırış)

- Sidiyi saxlaya bilməmək

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

4-14 yaş ½ tab gündə 2 dəfə, 14 dən yuxarı və böyüklərə 1 tablet gündə 2 dəfə daxilə yemek zamanı qəbul olunur. Kurs müalicə 3-6 aydır.

Qaraciyər çatışmazlığı və böyrək çatışmazlığı zamanı ½ tablet gündə 2 dəfə təyin olunur. Əlavə təsirlər narahatlıq törədərsə doza azaldılaraq ½ tablet gündə 2 dəfə təyin olunur.

ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq, sidiyin ləngiməsi, miasteniya qravis, darbucaqlı qlaukoma, ağır xoralı kolit, meqakolon, hamiləlik və laktasiya dövrü.

ƏLAVƏ TƏSİRLƏRİ: ağız quruluğu, dispepsiya, qəbzlik, qarında ağrılar, qözlərin quruması, başgicəllənmə,baş ağrısı.

BURAXILIŞ FORMASI:

Üzərində xətti olan 10 tablet 2 blisterdə içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İSTEHSALÇI: PHARCO PHARM. Misir.