Paylaş:
Tərkibi:hər 5 ml siropun tərkibi:
Kəklikotu torpaq üstü ekstraktı...................................................85 mq
Gülxətmi köklərinin ekstraktı......................................................85 mq
Bağayarpağı lanset şəkilli yarpağın ekstraktı..............................45 mq
Sink sulfat (5.14 mq sinkə ekvivalentdir).................................12.7 mq
Farmakoloji xüsusiyyətləri:
FORKİD COFSEN - Bitki mənşəli preparat olub, mukolitik və bronxolitik təsirlərə malikdir. İstər quru, istərsə də bəlğəmli öskürəklərdə effektiv vasitə kimi tətbiq olunur. Bəlğəmli öskürəklərdə durğunluq əleyhinə və bəlğəmgətirici təsirlərə malikdir. Tərkibindəki bitki ekstraktlar bir çox bioloji aktiv maddələrlə (kristallin, oroksilin, vazisin, pektin, karotin, vitamin C və s.) zəngindir. Bu maddələr öskürək əleyhinə, bəlğəmgətirici, antiseptik və sakitləşdirici təsir göstərir. FORKİD COFSEN bəlğəmi durulaşdıraraq xaric edib, bronxo spazmı aradan qaldırır.
Kəklikotu torpaq üstü ekstraktı – tərkibində kokk florasına bakterisid təsir göstərən timol vardır. Kəklikotunun torpaq üstü hissəsində qalen maddələr bəlğəmgətirici xüsusiyyətlərə malikdir. Tənəffüs yollarının kirpikli epitelinin motor fəaliyyətini stimullaşdırır və selikli qişaların sekretor fəaliyyətini artırır. İltihab əleyhinə və bəlğəmgətirici təsirləri sayəsində, kirpikli etitelin hərəkətini artıraraq bəlğəmi durulaşırdırıb rahat xaric edir.
Gülxətmi köklərinin ekstraktı - bəlğəmgətirici, iltihab əleyhinə təsirə malikdir. Bronxial sekretin qatılığını azaltmağa kömək edir. Əsas aktiv maddə kimi polisaxaridlər, həmçinin pektinlər, amin turşular ilə zəngindir. Bəlğəmin reoloji xüsusiyyətlərini (özlülük, elastiklik, yapışqanlıq) normallaşdırır, bronxların spazmını azaldır və bronxların kirpikli epitelinin motor funksiyasını artırır, sitoprotektiv və iltihab əleyhinə təsirlərə səbəb olur, toxuma bərpasını təmin edir.
Bağayarpağı lanset şəkilli yarpağın ekstraktı - taninlər, polisaxaridlər, selik, K və C vitaminləri, aukubin qlikozid, flavonoidlər, acı maddələr, steroid saponinləri, karoten, xolin, fitonsidlər və mineral duzlardan ibarətdir. Bəlğəmi durulaşdırır, selikli maddələr quru öskürəyi yumşaldır. Bağayarpağının antibakterial təsiri hemolitik streptokoka və patogen stafilokoklara qarşı olur.
Sink - orqanizmdə leykositlərin, anticisimlərin sintezində iştirak edir. Sink hüceyrə və humoral immun reaksiya mexanizmlərində immun hüceyrələrin mitogen stimullaşdırılmasında iştirak edir. T-limfositlərin, makrofaqların və qranulositlərin işinə təsir göstərərək müqaviməti artırır. Bundan əlavə sink hüceyrələri orqanik toksinlərdən, ağır metalların təsirindən, radiasiyadan və patogen bakteriyaların hasil etdiyi endotoksinlərdən qoruyuraq antioksidant təsir göstərir. Sink mikrobların böyüməsinə mane olur. Soyuqdəymədən qaynaqlanan mümkün iltihabi reaksiyaları yüngülləşdirməyə kömək edərək, histaminin sintezinin qarşısını alır və prostaqlandin mübadiləsini dayandırır.
Göstərişləri:
İstifadə qaydası və dozalanma:
Profilaktik məqsədlə: 4 yaşa qədər uşaqlara həkim məsləhəti ilə.
4 -14 yaş 5 ml gündə 2 dəfə
14 yaşdan yuxarı uşaqlar və böyüklər 10 ml gündə 2 dəfə.
Əks göstərişləri: Tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
Buraxılış forması: FORKİD COFSEN 100 ml şüşə flakonda ölçü qaşığı ilə birgə karton qutuda qablaşdırılıb.
İstehsalçı: Zeyus İlaç, Türkiyə.