FORKİD COFSEN Öskürəkəleyhinə, Bəlğəmgətirici

Paylaş:

Ətraflı

Tərkibi: Hər 5 ml siropa daxildir:

Kəklikotu torpaq üstü ekstraktı (тимьян) .............................................85 mq

Gülxətmi köklərinin ekstraktı (алтей)...................................................85 mq

Bağayarpağı lanset şəkilli yarpağın ekstraktı           (подорожник)................45 mq

Sink sulfat (5.14 mq sinkə ekvivalentdir)...........................................12.7 mq

 

Farmakoloji xüsusiyyəti:

FORKİD COFSEN- Bitki mənşəli preparat olub, mukolitik və bronxolitik təsirə malikdir. İstər quru, istərsə də yaş öskürəklərdə effektiv vasitə kimi tətbiq olunur. Yaş öskürəklərdə durğunluq əleyhinə və bəlğəmgətirici təsirlərə malikdir. Tərkibindəki bitki ekstraktı bir çox bioloji aktiv maddələrlə (kristallin, oroksilin, vazisin, pektin, karotin, vitamin C və s.) zəngindir və bu maddələr öskürəkkəsici, bəlğəmgətirici, antiseptik və sakitləşdirici vasitə kimi tətbiq olunur. FORKİD COFSEN bəlğəmi durulaşdıraraq xaric edib bronxo spazmı aradan qaldırır.

Kəklikotu torpaq üstü ekstraktının dərman xüsusiyyətləri əsasən kokk florasına bakterisid təsir göstərən timolun olması ilə əlaqələndirilir. Kəklikotu torpaq üstü hissəsində qalen maddələr açıq şəkildə bəlğəmgətirici xüsusiyyətlərə malikdir, tənəffüs yollarının kirpikli epitelin motor fəaliyyətini stimullaşdırır və selikli qişaların sekretor fəaliyətini artırır. İltihabəleyhinə və bəlğəmgətirici təsirlər sayəsində, kirpikli etitelin hərəkətinin artması sayəsində bəlğəm durulaşır və rahat xaric olunur.

Gülxətmi köklərinin ekstraktı- bəlğəmgətirici, iltihabəleyhinə təsirə malikdir, bronxial sekresiyaların qatılığını azaltmağa kömək edir. Əsas aktiv maddə kimi polisaxaridlər, həmçinin pektinlər, amin turşular ilə zəngindir. Bəlğəmin reoloji xüsusiyyətlərini (özlülük, elastiklik, yapışqanlıq) normallaşdırır, bronxların spazmını azaldır və bronxların kirpikli epitelinin motor funksiyasını artırır, sitoprotektiv və iltihab əleyhinə təsirlərə səbəb olur, toxuma bərpasını təmin edir.

Bağayarpağı lanset şəkilli yarpağın ekstraktı - taninlər, polisaxaridlər,selik, K və C vitaminləri, aukubin qlikozid, flavonoidlər, acı maddələr, steroid saponinləri, karoten, xolin, fitonsidlər və mineral duzlardan ibarətdir. Bəlğəmı durulaşdırır, selikli maddələr quru öskürəyi yumşaldır. Bağayarpağı antibakterial təsiri hemolitik streptokokka və patogen stafilokoklara qarşı olur.

Sink orqanizmdə leykositlərin, anticisimlərin sintezində iştirak edir. Hüceyrə və humoral immun reaksiya mexanizmlərində sink immun hüceyrələrin mitogen stimullaşdırılmasında iştirak edir, T-limfositlərin, makrofaqların və qranulositlərin işinə təsir göstərir və müqaviməti artırır. Bundan əlavə sink hüceyrələri orqanik toksinlərdən, ağır metalların təsirindən, radiasiyadan və patogen bakteriyaların hasil etdiyi endotoksinlərdən qoruyur, antioksidant təsiri göstərir. Sink mikrobların böyüməsinə maneə törədir və reproduksiyasını dayandırır. Soyuqdəymədən qaynaqlanan mümkün iltihab reaksiyalarını yüngülləşdirməyə kömək edir, çünki histaminin buraxılmasının qarşısını alır və prostaglandin mübadiləsini dayandırır.

 

Göstərişləri:

  • Yuxarı və aşağı tənəffüs yollarının iltihabı xəstəlikləri
  • Bronxit
  • Müxtəlif mənşəli quru və yaş öskürəklər
  • Kəskin respirator virus infeksiyası
  • Göyöskürək
  • Pnevmoniya. Plevrit

İstifadə qaydası və dozalanma:

Profilaktik məqsədlə: 4 yaşa qədər uşaqlara həkim məsləhətiylə, 4-14 yaş 5 ml*2  dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər 10 ml*2 dəfə                                        

Əks göstərişləri: Preparatın tərkib hissələrindən birinə qarşı yüksək həssaslıq.

Buraxılış forması:  FORKİD COFSEN  100 ml şüşə flakon ölçü qaşığı ilə birgə.

İstehsalçı:  Zeyus ilac,Türkiyə