FORKID SENZYME

Paylaş:

Ətraflı

Tərkibi:

Hər 5 ml siropa daxildir:

Sarımsaq  -------------- 200 mq      

Su zambağı-------------200 mq    

Qara istiot --------------200 mq    

Zəncəfil-----------------200 mq    

Uzun bibər---------------50 mq

Hind zirəsi---------------50 mq

Qanayan ürək ----------50  mq

Adi razyana -------------50 mq 

İyli süyüd----------------50 mq

Farmakoloji xüsusiyyəti:

FORKID SENZYME - orqanizimdə həzm fermentlərinin sintezini artıraraq mədə-bağırsaq sisteminin işini sürətləndirir. Sarımsaq tərkibində efir yağları və fitosidlər vardır. Sarımsaq həzmi yaxşılaşdırır, iştahanı artırır, mədə və bağırsaqların işini tənzimləyir, normal floranın inkişafına səbəb olur. Su zambağı iştah zəifləməsi, mədə pozulmaları, ishal zamanı , mədə və onikibarmaq bağırsağın xoralarında effektivdir. Qara istiot güclü antiseptik təsirə malikdir. Helikobakteriyaları və candida göbələklərinin aktivliyini azaldır.Mədə və mədəaltı vəzinin işini tənzimləyir və öd durğunluğunu aradan qaldırır. Zəncəfil iştahanı artırır, həzm prosesini aktivləşdirir, köpü və meteorizmi aradan qaldırır.Uzun bibər tərkibində efir yağları və fermentlər vardır ki, buda həzmi yaxşılaşdırıb, köpü aradan qaldırıb iştahanı artırır. Hind zirəsi tərkibində timou maddəsi olduğundan baktereosit və spazmolitik təsir göstərir. Qanayan ürək bitkisi mədə və bağırsaqlarda meteorizim zamanı çox effektivdir. Antioksidant ,antibakterial və büzücü təsir göstərir. Adi razyana meteorizmi aradan qaldırır, həzmi sürətləndirir, qazqovucu təsirə malikdir . Iyli şüyüd həzm fermentlərinin ifrazını və iştahanı artırır, maddələr mübadiləsinin normallaşmasına kömək edir. Tərkibinə daxil olan bitkilər sayəsində orqanizmdə baş verən   müxtəlif həzm sistemi pozğunluqlarını aradan qaldırılmasına kömək edir. Bundan əlavə preparat:

- orqanizmdə həzm fermentlərinin sintezində aktiv rol oynayır;
- mədə-bağırsaq pozğunluğunun müalicəsində və iştah gücləndirici kimi istifadə olunur;
- köp və meteorizmin aradan qaldırılması, mədə turşusunun tənzimlənməsinə kömək edir. Forkid - senzim dispepsiyanın terapiyasında, qəbzlikdə istifadə olunur. Zülal, yağ, karbohidrat  mübadiləsinin normal gedişini təmin edir.

Göstərişlər:

- Funksianal  dispepsiya, qəbizlik (mədə-bağırsaq fəaliyyətinin pozulması).
- Zülalların, yağların və karbohidratların mənimsənilməsinin pozulması.
- İştah pozğunluğu.
- Meteorizm (köp).
- Mədə-bağırsaq sisteminin infeksion patologiyaları.
- Mədəaltı vəz və qaraciyər funksiyasının pozğunluğu.


Əks göstərişlər: Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

İstifadə qaydası və dozalanma: 

Profilaktik məqsədlə: 18 yaşa qədər həkim məsləhətiylə, 18 yaşdan yuxarı hamilə və böyüklərdə 10 ml

2-3 dəfə.

Saxlanma qaydası: Preparat quru, qaranlıq, uşaqlar ücün əlçatmaz yerdə, 10-15 C dərəcə arası şəraitdə  saxlanılmalıdır.

Buraxılış forması: FORKID SENZYME 100 ml şüşə flakon ölçü qapağı ilə birgə.

İstehsalçı: Zeyus ilac, Türkiyə