KİDSOMNUM

Paylaş:

Ətraflı

TƏRKİBİ:

Hər 5 ml məhlulun tərkibində:

Adi razyana meyvəsinin ekstraktı

(Foeniculum vulgare fruit extract) - 0.45 ml

Aptek çobanyastığı çiçəyinin ekstraktı

(Matricaria recutita flower extract) - 0.25 ml

 

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Kidsomnum mədə-bağırsaq traktının funksional pozğunluqlarının qarşısının alınması, meteorizm və kolikanın şiddətini azaltmaq üçün nəzərdə tutulub . Həyatın ilk günlərindən uşaqlarda bağırsaq kolikasını azaltmaq üçün təbii tərkibli vasitədir.

Adi razyana meyvəsinin ekstraktı köpqovucu və spazmolitik təsirə malikdir, bağırsaqların motor fəaliyyətini normallaşdırmağa, bağırsaqlarda spastik ağrıları , qaz əmələ gəlməsini aradan qaldırmağa kömək edir.

Aptek çobanyastığı çiçəyinin ekstraktı həzmdə iştirak edən vəzilərin ifrazat fəaliyyətini artırır, qarın əzələlərinin gərginliyini azaldır, qarın boşluğu orqanlarının spazmlarını aradan qaldırır, bağırsaqlarda qaz əmələ gəlməsini azaldır.

 

GÖSTƏRİŞLƏRİ:

 Köp, sancı

 Mədə-bağırsaq spazmları

 Pilorospazm

 Həzm pozuntusu

 Köp ilə müşahidə olunan mədə-bağırsaq xəstəliklərinin kompleks müalicəsində

 

ƏKS GÖSTƏRİŞLƏRİ:

Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.

 

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Profilaktik məqsədlə:

6 aya qədər həkim məsləhəti ilə, 6 ay- 1.5 yaş 1 ml (20 damcı) gündə 3-4 dəfə, 1.5 yaşdan yuxarı 1.5 ml (30 damcı) gündə 3-4 dəfə. Məhlul yeməkdən 5-10 dəqiqə əvvəl , təmiz halda qəbul halda qəbul olunur.

BURAXILIŞ FORMASI: 100 ml məhlul şüşə flakonda içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İSTEHSALÇI: BEREKET İLAÇ, Türkiyə.