LANTIGEN B (bakterial antigenlərin suspenziyası)

Paylaş:

Ətraflı

Tərkibi  

1 ml suspenziyanın tərkibində aşağıdakıların antigen substratları vardır:

  • Streptococcus pneumoniae 3 63,2 A.V tipi;
  • Streptococcus pyogenes A 126,2  A.V qrupu;
  • Branhamella catarhalis 39,9 A.V.;
  • Staphylococcus aureus 79,6 A.V.;
  • Haemophylus influenza 50,2 b A.V. tipi;
  • Klebsiella pneumoniae 39,8 A.V.

 

Farmakoterapevtik qrupu:

Bakterial lizatlar

 

Farmakodinamika

Lantigen B, tənəffüs yolu infeksiyalarının ən çox yayılmış səbəbi olan mikroorqanizmlərindən (S. pneumoniae, S. pyogenes, B. catarrhalis, S. aureus, H. influenzae, K. pneumoniae) kontrololunmuş autoliz prosesi zamanı alınan bakterial antigenlərin suspenziyasıdır. Dərman sublinqual olaraq tətbiq olunduqda, ağız və burun boşluqlarının, udlağın selikli qişası vasitəsilə absorbsiya olunaraq yerli immun proseslərin stimullaşdırılmasına səbəb olur.

Lantigen B, spesifik immuniteti  stimullaşdıraraq işləyir hansı ki, patoloji mikroorqanizmlərin yuxarı aşağı tənəffüs yollarının selikli qişasının səthinə yapışmasına (adgeziyasını inhibə edir) maneə törədərək infeksiyalara qarşı (IgA-S) A tip sekretor immunoqlobulinlər sinfinə aid anticisimlər istehsalına gətirib çıxarır.

Lantigen B ayrıca T hüceyrələrinin proliferasiyasını, IgM istehsalını, monositlər tərəfindən IL-1 istehsalını, qranulositlərin bakterisid və xemotaksis  aktivliyini artıraraq qeyri spesifik hüceyrə immunitetini artıraraq immunostimulyator dərmandır.

Lantigen B istifadəsi nəticəsində:

- tüpürcək və dövriyyədə olan IgA, IgM, IgG-nin  istehsal səviyyəsini artır

- şiddəti   respirator infeksiyaların ağırlığı və tezliyi azalır

- antibiotik terapiyasına ehtiyac azalır

 

İstifadəsinə göstərişlər

  • Yuxarı və aşağı tənəffüs yollarının bakterial infeksiyalarının profilaktikası və müalicəsi:
  • Virus infeksiyalarının bakterial fəsadları zamanı (KRVİ, Qripp, Adenovirus...)
  • Sinusit, rinit, rinofaringit,
  • Tonzillit, angina, skarlatina, epiqlottit, orta otit,
  • Bronxit, bronxopnevmoniya, pnevmoniya, plevrit
  • Meningit və Sepsisin kompleks müalicəsi zamanı
  • Qeyri spesifik bakterial vaqinit (Haemophylus influenza, Streptococcus, Staphylococcus və...)
  • Bağırsaq infeksiyası (Staphylococcus aureus…)
  • S. aureus və Streptococcus pyogenes  mənşəli dəri infeksiyaları zamanı (sızanaqlar, impetiqo, furunkulyoz, fleqmona və absses)

 

 

İstifadə qaydası və dozası

 

DİQQƏT:

İstifadədən öncə çalxalayın. Hətta çalxaladıqdan sonra suspenziyada aqqlomeratların olması məhlulun təhlükəsizliyinə və effektivliyinə təsir etmir.

 

1. Flakonu silkələyin və qoruyucunu aşağıdakı qaydada açın: qapağın ortasında olan plastik zolağı tutun, və flakonun tam ətrafı üzrə xarici istiqamətdə dartın

2. Qapağı çıxarın və flakonu çevirin. Lazımı sayda damcılar tökülənə qədər baş və şəhadət barmaqlarla flakonu basın.

3. İstifadədən sonra qapaqla bağlanmalıdır.

 

Müalicə məqsəd ilə:

2 yaş-10 yaşlı uşaqlar: 15 damcı səhər (yeməkdən əvvəl) və ya 7 damcı (yarı doza) səhər və 7 damcı axşam (gecə yatmazdan əvvəl).

10 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 damcı  (bir doza) səhər (yeməkdən əvvəl) və 15 damcı (bir doza) axşam (gecə yatmazdan əvvəl).

Müvafiq göstərişi olan böyüklərə 2 flakon və 1 yaşa qədər uşaqlar daxil olmaqla, 10 yaşdan kiçik uşaqlara 1 flakon təyin olunur. Müalicə 2-3 həftə ərzində aparılmalıdır.

Damcıların ağız boşluğunda, xüsusilə dil altında udmadan bir qədər saxlanması vacibdir. Bu tüpürcək sekresiyasının ağız boşluğu –faringeal selikli qişasına paylanmasına şərait yaradaraq absorbsiyanı sürətləndirir. Kiçik yaşlı uşaqlarda Langiten B yatdıqları zaman, dodaqla damaq arasındakı sahəyə damızdıraraq istifadə oluna bilər. Təsir sahəsini genişləndirmək məqsədilə dilaltı istifadədən əlavə, Lantigen B-ni 1-2 damcı  hər burun deşiyinə gecə yatmazdan öncə damızdırmaq tövsiyə olunur.

 

Profilaktik məqsəd ilə:

  • Dəstəkləyici müalicə üçün, müvafiq göstərişi olan böyüklərə 1 flakon və 1 yaşa qədər uşaqlar daxil olmaqla, 10 yaşdan kiçik uşaqlara yarım flakon bəs edir.

 

  • Soyuq aylar ərzində qoruyucu təsirin təsis olunması və saxlanılması üçün terapevtik sikli soyuq ayların əvvəlində başlanması və 3-4 aydan sonra  təkrarlanması vacibdir.

 

Əks  göstərişlər

Tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.

 

Əlavə təsirləri

İlk təyindən sonra əlamətlərin müvəqqəti  pisləşməsi müşahidə oluna bilər.  Bu reaksiyalar nadir hallarda rast gəlinir və ağır olmur.

 

Buraxılış forması

18 ml, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

İstehsalçı

BRUSCHETTİNİ s.r.l.- Genoa (İtaliya).