Paylaş:
Tərkibi
1 ml suspenziyanın tərkibində aşağıdakıların antigen substratları vardır:
Farmakoterapevtik qrupu:
Bakterial lizatlar
Farmakodinamika
Lantigen B, tənəffüs yolu infeksiyalarının ən çox yayılmış səbəbi olan mikroorqanizmlərindən (S. pneumoniae, S. pyogenes, B. catarrhalis, S. aureus, H. influenzae, K. pneumoniae) kontrololunmuş autoliz prosesi zamanı alınan bakterial antigenlərin suspenziyasıdır. Dərman sublinqual olaraq tətbiq olunduqda, ağız və burun boşluqlarının, udlağın selikli qişası vasitəsilə absorbsiya olunaraq yerli immun proseslərin stimullaşdırılmasına səbəb olur.
Lantigen B, spesifik immuniteti stimullaşdıraraq işləyir hansı ki, patoloji mikroorqanizmlərin yuxarı aşağı tənəffüs yollarının selikli qişasının səthinə yapışmasına (adgeziyasını inhibə edir) maneə törədərək infeksiyalara qarşı (IgA-S) A tip sekretor immunoqlobulinlər sinfinə aid anticisimlər istehsalına gətirib çıxarır.
Lantigen B ayrıca T hüceyrələrinin proliferasiyasını, IgM istehsalını, monositlər tərəfindən IL-1 istehsalını, qranulositlərin bakterisid və xemotaksis aktivliyini artıraraq qeyri spesifik hüceyrə immunitetini artıraraq immunostimulyator dərmandır.
Lantigen B istifadəsi nəticəsində:
- tüpürcək və dövriyyədə olan IgA, IgM, IgG-nin istehsal səviyyəsini artır
- şiddəti respirator infeksiyaların ağırlığı və tezliyi azalır
- antibiotik terapiyasına ehtiyac azalır
İstifadəsinə göstərişlər
İstifadə qaydası və dozası
DİQQƏT:
İstifadədən öncə çalxalayın. Hətta çalxaladıqdan sonra suspenziyada aqqlomeratların olması məhlulun təhlükəsizliyinə və effektivliyinə təsir etmir.
1. Flakonu silkələyin və qoruyucunu aşağıdakı qaydada açın: qapağın ortasında olan plastik zolağı tutun, və flakonun tam ətrafı üzrə xarici istiqamətdə dartın
2. Qapağı çıxarın və flakonu çevirin. Lazımı sayda damcılar tökülənə qədər baş və şəhadət barmaqlarla flakonu basın.
3. İstifadədən sonra qapaqla bağlanmalıdır.
Müalicə məqsəd ilə:
2 yaş-10 yaşlı uşaqlar: 15 damcı səhər (yeməkdən əvvəl) və ya 7 damcı (yarı doza) səhər və 7 damcı axşam (gecə yatmazdan əvvəl).
10 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 damcı (bir doza) səhər (yeməkdən əvvəl) və 15 damcı (bir doza) axşam (gecə yatmazdan əvvəl).
Müvafiq göstərişi olan böyüklərə 2 flakon və 1 yaşa qədər uşaqlar daxil olmaqla, 10 yaşdan kiçik uşaqlara 1 flakon təyin olunur. Müalicə 2-3 həftə ərzində aparılmalıdır.
Damcıların ağız boşluğunda, xüsusilə dil altında udmadan bir qədər saxlanması vacibdir. Bu tüpürcək sekresiyasının ağız boşluğu –faringeal selikli qişasına paylanmasına şərait yaradaraq absorbsiyanı sürətləndirir. Kiçik yaşlı uşaqlarda Langiten B yatdıqları zaman, dodaqla damaq arasındakı sahəyə damızdıraraq istifadə oluna bilər. Təsir sahəsini genişləndirmək məqsədilə dilaltı istifadədən əlavə, Lantigen B-ni 1-2 damcı hər burun deşiyinə gecə yatmazdan öncə damızdırmaq tövsiyə olunur.
Profilaktik məqsəd ilə:
Əks göstərişlər
Tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.
Əlavə təsirləri
İlk təyindən sonra əlamətlərin müvəqqəti pisləşməsi müşahidə oluna bilər. Bu reaksiyalar nadir hallarda rast gəlinir və ağır olmur.
Buraxılış forması
18 ml, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
İstehsalçı
BRUSCHETTİNİ s.r.l.- Genoa (İtaliya).