Legam

Paylaş:

Ətraflı

Tərkibi: hər kapsulun tərkibinə daxildir:                                                                                                                       L-Karnitin--------------------------------200 mq

Farmakoloji xüsusiyyətləri:

LEGAM metabolik proseslərin korrektorudur. Antihipoksant, anabolik təsirlərə malikdir.

L-karnitin  insan orqanizmində lizin və metionindən sintez olunur. L-karnitin ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmdə yağların metabolizmində iştirak edir, fiziki aktivliyi artırır. Orqanizmdə l-karnitin qaraciyərdə və böyrəklərdə sintez olunur, digər orqan və toxumalara daşınır. L-karnitin uzun zəncirli yağ turşularını mitoxondrial matriksə daşıyır, burda onların parçalanmasını və asetil-KoA-nın qlükoneogenez prosesində piruvatkarboksilazanın iştirakını artırır. L-karnitin keton cisimciklərinin əmələ gəlməsini, xolin və onun efirlərinin sintezini, oksidləşdirici fosforlaşmanı və enerji ayrılmasını, ATF sintezini sürətləndirir. L-karnitin yağ turşularının oksigendən asılı olmayan metabolizminə yol açır, buna görə də beyinin hipoksiyasında və digər kritik vəziyyətlərdə effektivdir. Həzm şirələrinin sekresiyasını və fermentativ fəallığını artırır, qidanın mənimsənilməsini yaxşılaşdırır, artıq bədən çəkisini azaldır. Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, ağır fiziki işdən sonrakı asidozu aradan qaldırır. Qaraciyərdə və əzələlərdə qlikogen ehtiyatını artırır və onun daha qənaətlə sərf olunmasını təmin edir. Neyrotrofik təsir göstərir, zədələnmiş sinir toxumasının strukturunu bərpa edir. Reparativ prosesləri stimullaşdırır və sürətləndirir.

Göstərişləri:

  • İntensiv və uzunmüddətli fiziki yüklənmələr, psixo-emosional stress olan pasiyentlərdə kompleks müalicə məqsədi ilə
  • İşgüzarlığı, dözümlülüyü artırmaq, yorğunluğu azaltmaq, o cümlədən, yaşlılarda istifadə oluna bilər
  • Xəstəliklərdən və cərrahi müdaxilələrdən, xəsarətlərdən sonra reabilitasiya dövründə, o cümlədən toxuma bərpasını sürətləndirmək üçün
  • Nevrotik anoreksiya
  • Karnitin çatışmazlığı və ya itkisi ilə müşayiət olunan xəstəliklərdə (miopatiya, kardiomiopatiya, mitoxondrial xəstəliklər)
  • İdman və intensiv məşq zamanı (aerobik performansın inkişafı və məşq prosesi zamanı): sürət-güc göstəricilərini və hərəkətlərin koordinasiyasını yaxşılaşdırmaq, əzələ kütləsini artırmaq və bədən yağ kütləsini azaltmaq, məşqdən sonrakı yorğunluq sindromunun qarşısını almaq, fiziki gücdən sonra bərpa prosesləri, əzələlərin bərpasını sürətləndirmək üçün, travmatik zədələrdə
  • Kəskin hipoksik vəziyyətlər üçün kompleks terapiyanın bir hissəsi kimi (kəskin beyin hipoksiyası, işemik insult, keçici işemik hücum)
  • Serebrovaskulyar pozğunluğun kəskin, yarımkəskin və bərpa dövrlərində
  • Dissirkulyator ensefalopatiya, beynin müxtəlif travmatik və toksiki pozğunluqları, cərrahi müdaxilələrdən sonra sağalma dövründə
  • İlkin və ikincili karnitin çatışmazlığı ilə, o cümlədən. hemodializdə xroniki böyrək çatışmazlığı olan xəstələrdə
  • Kardiomiyopatiya, urəyin işemik xəstəliyi (stenokardiya, kəskin miokard infarktı, infarktdan sonrakı vəziyyətlər), kardiogen şok nəticəsində hipoperfuziya və miokard metabolizminin digər pozğunluqları ilə.

İstifadə qaydası və dozalanma: 

Profilaktik məqsədlə: 14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 kapsul gündə 1 dəfə, 14 yaşa qədər həkim məsləhəti ilə. Qida qəbulundan asılı deyil.

Əks göstərişlər: tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.

Buraxılış forması: LEGAM 30 kapsul.

İstehsalçı: EnSa MMC, Türkiyə