Paylaş:
L-Karnitin--------------------------------1000 mq
Farmakoloji təsiri: LEGAM antihipoksant, regenerator,metabolik, neyroprotektor, kardioprotektor,
sitoprotektor, hüceyrə metabolizmini gücləndirən təsirə malikdir. L-karnitin (levokarnitin,vitamin B11) – aminturşu olub, metabolik prosesləri stimulə edən B qrup vitaminlərə mənsubdur. BT vitamini adlanaraq boy artımına səbəb olur. L-karnitin qaraciyər və böyrəkdə sintez olunur, digər organ və toxumalara daşınır. Antihipoksik, antitireoid, anabolik və regenerativ təsirlərə malikdir. Yağların mübadiləsini aktivləşdirir və ATF sintezini sürətləndirir. L-karnitin yağların əriməsini gücləndirir və bədənin artıq çəkisini azaldır. L-karnitin yağ və zülal mübadiləsini yaxşılaşdırır, ketoturşuların əmələ gəlməsini zəiflədir. L-karnitin yağ turşularının oksigendən aslı olmayan metabolizminə yol açır. Nəticədə beynin hipoksiyasına müsbət təsir göstərir. Həzm şirələrinin sekresiyasını və fermentativ fəallığı artırır, qidanın mənimsənilməsini yaxşılaşdırır, artıq bədən çəkisini azaldır. Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, ağır fiziki işdən sonrakı asidozu aradan qaldırır. Qaraciyərdə və əzələlərdə qlikogen ehtiyyatını artırır və onun daha qənaətlə sərf olunmasını təmin edir. Neyrotrofik təsir göstərir, zədələnmiş sinir toxumasını bərpa edir. Antihipoksant təsir qlikoza ilə rəqabətə girərək onu sıxışdırır və oksigendən asılı olmayan (anaerob qlikoliz) yola yönəldir. LEGAM uzunzəncirli yağ turşularını mitoxondri membranından daxilə keçirərək onların parçalanmasını və ATF-in sintezinə səbəb olur. Bu üsulla daha çox miqdarda enerji istehsal olunur ki, bu da hipoksiya vəziyyətində olan hüceyrələrdə oksigenin ekonomik istifadəsini təmin edir. Bu əsasən sinir hüceyrələrini hipoksiya vəziyyətindən çıxarmaq üçün istifadə olunur. Neyroprotektor təsir göstərir, zədələnmiş zonanı məhdudlaşdırır və sinir toxumasını bərpa edir. Zülalların parçalanmasını ləngitməklə əzələ kütləsinin artımına səbəb olur. Həzm şirələrinin sekresiyasını və fermentativ fəallığını artırır. Həzmi yaxşılaşdırır, iştahartırıcı təsir göstərir. L-Karnitin çatışmazlığı zamanı hüceyrələrdə enerji istehsalı azalır, bu da hipoksiya vəziyyətini dahada ağırlaşdırır. Nəticədə tez yorulma, baş ağrıları, yuxusuzluq, əsəbilik, əzələ zəifliyi, iştahasızlıq, diqqətin zəifləməsi kimi ağırlaşmalar baş verir.
Göstərişlər:
İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL YAXŞI SİLKƏLƏNMƏLİDİR.
İstifadə qaydası və dozalanma:
Profilaktik məqsədlə: 4 yaşa qədər həkim məsləhəti ilə, 4-14 yaş 2 ml gündə 1 dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml gündə 1 dəfə.
Əks göstərişlər: Tərkibindəki komponentlərdən hər hansı birinə yüksək həssaslıq.
Buraxılış forması: LEGAM 150 ml sirop şüşə flakon.
İstehsalçı; Zeyus İlac, Türkiyə.