Paylaş:
Tərkibi:
Hər tabletin tərkibi:
Ənginar yarpaqlarının quru ekstraktı (cynara scolumus) …..……………200 mq
Adi alaqanqal toxumunun (silybum marianum) quru ekstraktı ……..…...150 mq
Soya toxumunun (glycine max seed) quru ekstraktı …………………..…150 mq
Solmazçiçəyi (helichrysum arenarium) çiçəyinin quru ekstraktı ………….50 mq
Alfa lipoy turşusu (alpha lipoic) ……………………………..................….30 mq
E vitamini (tocopherol)………………………………………….................7.5 mq
Farmakoloji xüsusiyyəti:
Legaston plus tərkibinə daxil olan komponentlər sayəsində hepatoprotektor, xoleretik, xolekinetik, antioksidant, detoksikant təsirlərə malikdir.
Ənginar yarpaqları ekstraktının farmakoloji təsiri tərkibindəki bioloji aktiv maddələrın kompleksinə bağlıdır. Cynarin və fenol turşularları sayəsində xoleretik və hepatoprotektor təsir göstərir. Ənginar ekstraktı askorbin turşusu, karotin, B1 və B2 vitaminləri, inulin metabolik proseslərin normallaşmasına kömək edir. Ənginar sidikqovucu təsirlərə malikdir. Eyni zamanda qan plazmasında sidik turşusunun miqdarını azaldır. Ənginar hepatositlərdə koenzim sintezini aktivləşdirir ki, bunun da nəticəsində lipid və xolesterin mübadiləsi yaxşılaşır, həmçinin, keton cisimlərin metabolizmi sürətlənir. Antibiotikoterapiya zamanı qaraciyər və böyrək parenximasına dezintoksikasiyaedici təsir göstərir. Orqanizmin toksinlərdən, azot birləşmələrindən və ağır metal duzlarından təmizlənməsini təmin edir.
Adi alaqanqal toxumunun quru ekstraktı tərkibi flavon birləşmələrindən, silimarin, silibindən ibarət təbii vasitədir. Silimarin regenerasiyaedici, hepatoprotektor, dezintoksikant və iltihab əleyhinə təsirə malikdir. Təsir mexanizmi RNT-polimerazanı aktivləşdirməklə hepatositlərdə müxtəlif həyati vacib zülalların və fosfolipidlərin sintezini sürətləndirməsi ilə əlaqədardır. Silimarin güclü antioksidant təsir göstərməklə hüceyrələri sərbəst radikalların və peroksid birləşmələrin zədələyici təsirlərindən müdafiə edir. Legaston plusun antioksidant təsiri flavonoidlərin fenol strukturlarının sərbəst radikalları özlərinə birləşdirməsi hesabına əldə olunur. Nəticədə hepatositlərdə lipidlərin peroksidləşməsi reaksiyaları blokada olunur, hüceyrə strukturunun zədələnməsinin qarşısı alınır və regenerasiya prosesləri sürətlənir. Silimarin qlutationun ehtiyatını artırmaqla qaraciyərin dezintoksikant funksiyasını gücləndirir. Alkoqol intoksikasiyaları zamanı asetaldehidin yaranmasının qarşısını alır, güclü mebranstabilləşdirici təsir göstərməklə membranlarda mübadilə proseslərini normalaşdırır. Dezintoksikant təsiri toksiki maddələrin hepatositlərin membranlarına zədələyici təsirinin qarşısını alması ilə əlaqədardır.
Soya toxumunun quru ekstraktı fosfolipidlər və izoflavonlar ilə zəngindir.
Soya fosfolipidləri qaraciyər hüceyrə orqanelləri və hüceyrə qişası üçün əsas struktur elementi hesab
olunurlar. Lipidlərin və zülalların metabolizminə və qaraciyərin dezintoksikasiyaedici funksiyasına
müsbət təsir göstərir. Soya toxumunun quru ekstraktı qaraciyərdə birləşdirici toxumanın və ulduzlu hüceyrələrin əmələ gəlməsini tormozlayır. Ödün fiziki-kimyəvi xassələrini normallaşdırır.
Solmazçiçəyi çiçəyinin ekstraktı - ödqovucu təsir göstərir, mədənin və mədəaltı vəzin sekresiyasını artırır, həzmi yaxşılaşdırır, bağırsaqlarda köpü və ağızda acılığı azaldır. Xroniki xolesistitlərdə, pankreatitlərdə, hepatitlərdə, qaraciyərin piy distrofiyasında və öd yollarının diskineziyası ilə əlaqədar yaranan qəbizliklərdə istifadə olunur.
Alfa lipoy turşusu- orqanizmdə az miqdarda sintez olunur, quruluşca tərkibində kükürd olan yağ turşusudur. Qlükozanı qlikogenə çevrilməsində istirak edir. Hepatotrop, hipolipidemik, hiporxolesterinemik, hipoqlikemik, antioksidant təsirlərə malikdir. Alfa lipoy şəkərli diabet olan xəstələrdə xəstəliklə əlaqəli ağrı, yuxarı və aşağı ətrafların uyuşması və yanma hissi kimi sinir simptomlarını azaltmaq üçün uğurla istifadə edilir.
E vitamini – antioksidant olaraq sərbəst radikalları neytrallaşdırır və onların təsirindən hepatositləri zədələnmədən qoruyur.
Göstərişləri:
Əks göstərişləri:
Tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
İstifadə qaydası: Böyüklər 1 tablet gündə 1 dəfə yeməkdən əvvəl
Buraxılış forması: 30 tablet
İstehsalçı: ENSA -Türkiyə