Lusvit

Paylaş:

Ətraflı

Tərkibi:
Hər 2 kapsulun tərkibi:
Sarmaşıq yarpaqlarının ekstraktı ......... 34 mq
Bosveliya qətranının ekstraktı ............ 260 mq
Passiflora meyvələrinin ekstraktı ....... 220 mq
Gözotu çiçəklərinin ekstraktı .............. 166mq
Şam ağacı qabığının ekstraktı .............. 40mq
Kversetin ............................................... 40 mq
Pterostiben ........................................... 40 mq
Farmakoloji xüsusiyyətləri:
LUSVIT öskürək əleyhinə və bəlğəmgətirici vasitədir. Tənəffüs yollarındakı iltihabın qarşısını alır, bronxlarda olan spazmı aradan qaldırır, qatı bəlğəmin durulaşaraq bronxlardan xaric olmasını asanlaşdırır. Selikli qişaya bürüyücü təsir göstərir. Boğazda olan qızartı və qıcıqlanma, göynəməni yüngülləşdirir. Tənəffüs yollarına antibakterial təsir edir.
Sarmaşıq yarpaqlarının ekstraktı - bronxial sekreti durulaşdırır, xaric olmasını sürətləndirir, bronxlarda qıcıqlanma və iltihabı azaldır, öskürəyi yüngülləşdirir. Tərkibində öskürək əleyhinə, bəlğəmgətirici, bronxolitik və iltihab əleyhinə təsirlərə malik saponinlər (hederin, hederokosin) vardır. Bəlğəmgətirici, öskürək əleyhinə, bronxolitik və iltihab əleyhinə təsir göstərir.
Рassiflora yarpaqlarının ekstraktı və bosveliya qətranının ekstraktı – sakitləşdirici və zəif relaksant, antibakterial, iltihab əleyhinə, allergiya əleyhinə, ağrıkəsici, spazmolitik təsirlərə malikdir.
Gözotu çiçəklərinin ekstraktı – ümumi möhkəmləndirici, iltihab əleyhinə, mikrob əleyhinə, ağrıkəsici, sedativ və bronxların selikli qişasına bürüyücü təsirləri vardır. Bronxial astma, KRX, bronxit və bronxağciyər xəstəlikləri zamanı uğurla istifadə olunur.
Şam ağacı qabığının ekstraktı – öskürəyə qarşı vasitədir.
Kversetin və pterostiben - herpes, tənəffüs yolları infeksiyaları, qrip və viruslarda orqanizmi bərpa edir. İmmunitet möhkəmləndirici, iltihab və allergiya əleyhinə təsirləri vardır.
İstifadəsinə göstərişlər:
Tənəffüs yollarının quru və bəlğəmli öskürəklə müşayət olunan bütün xəstəlikləri:
- Yuxarı tənəffüs yollarının kəskin və xroniki iltihabi xəstəlikləri: sinusit, otit, larinqit
- Aşağı tənəffüs yollarının kəskin və xroniki iltihabi xəstəlikləri: bronxit, pnevmoniya,
plevrit, bronxiolit, traxeit
- Kəskin respirator xəstəliklər: qrip, soyuqdəymə, zökəm
- Göyöskürək
- Bronxial astma
- Bronxektaziya
- Mukovissidoz (ağciyər forması)
- Antihipertenziv preparatların qəbulu zamanı yaranan öskürəyin müalicəsi
İstifadə qaydası və dozası:
1 kapsul gündə 1-2 dəfə yeməkdən sonra daxilə qəbul edilməlidir.
Buraxılış forması:
N 10 kapsul blisterdə, 1 blister içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılıb.
İstehsalçı:
FITO LAB, Polşa.