MAX RELIEF

Paylaş:

Ətraflı

Hər tubun tərkibində:

Xondroitin sulfat (chondroitine sulphate)

Glükozamin sulfat (glucosaminum sulphate)

MSM (metylsulphonylmethanum)

Mentol (mentholum)

Evkalipt (oleum eucalipti)

Kamfora (camphor)

Kollagen (collagenum)

Lavanda yağı (oleum lavandula officinalis)

Şam ağacı yağı (oleum pine turpentini)

Rozmarin yağı (oleum rosmarinus officinalis)

Zeytun yağı (oleum olive)

Zəncəfil yağı (oleum zingiber officinalis)

Gənəgərçək yağı (oleum ricini)

Parafin (paraffinum liquidum)

Məhsul haqqında məlumat: Max Relief kombinəolunmuyş ağrxıkəşsicıil, ailtişhabəleyhinə, hondroprotektor, mikrosirkulyasiyanı yaxşılaşdıran preparatdır.

Xondroitin sulfat yüksək molekullu mukopolisaxariddir. Qığırdaq toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasının strukturunu və funksiyalarını pozan fermentləri blokada etməklə qığırdağın dağılmasının qarşısını alır. Qlükozaminoqlikanın sintezini stimulə etməklə zədələnmiş oynaq səthini və oynaq kisəsini bərpa edir. Oynaq mayesinin sintezini artırmaqla zədələnmiş oynaqların hərəkətliliyini artırır. Eyni zamanda, damar divarının möhkəmliyini və elastikliyini bərpa edir. Oynaqlarda iltihabi prosesləri aradan qaldırmaqla ağrıkəsici təsir göstərir, QSİƏP-ə qarşı tələbatı azaldır. Sinovial mayeyə asanlıqla penetrasiya edir. Qlükozamin sulfat insan orqanizmində sintez olunur, qlükoza və qlutamin turşusunun birləşməsinin məhsuludur. Qlükozamin oynaqlarda qığırdağın tamlığının saxlanılmasında əsas rol oynayır. Metabolik çatışmazlıq və ya qocalma prosesi ilə əlaqədar orqanizmdə kifayət qədər qlükozamin sintez edilə bilmir. Bu zaman qığırdağın degenerasiyası müşahidə olunur, bu da osteoartroza və oynaq ağrılarına səbəb olur. Qlükozamin dəri səthinə sürtüldükdə yaxşı sovrulur, oynaqlarda ağrını azaldır və hərəkəti artırır. Qlükozamin sulfat oynaq xəstəliklərinin simptomlarının yüngülləşməsi və onların əmələ gəlməsinin profilaktikası məqsədi ilə istifadə olunur. Müxtəlif təsir effektlərinə malikdir, qığırdağın dağılmasının qarşısını alır, iltihabı aradan qaldırır və yeni hüceyrələrin əmələ gəlməsini stimulə edir. MSM - kükürdün təbii mənbəyi olub, orqanizmin bütün hüceyrələrində olur. Qlükozamin və xondroitinin biomənimsənilməsini yaxşılaşdırır, birləşdirici toxumanın elastikliyini təmin edir, kollagenin sintezini artırır. Oynaq kapsuluna və qığırdağa bərpaedici təsir göstərir, sinovial mayenin sintezini normallaşdırır, oynaq səthinin sürtünməsinin qarşısını alır və iltihabəleyhinə təsir edir. Yağlar sayəsində (lavanda, şam ağacı, rozmarin, zeytun, zəncəfil, gənəgərçək) oynaq və əzələlərdə olan iltihabı və ödemi azaldır. Bu təsiri proiltihabi mediatorları, xüsusilə leykotrieni ingibə etməklə əldə edir. Damar keçiriciliyini azaldır, mikrosirkulyasiyanı artırır və zədələnmiş nahiyənin qan dövranını yaxşılaşdırır. Əzələ gərginliyini və ağrısını yox edir. Mentol, Kamfora, Evkalipt yağları birgə ideal kombinasiya sayılır. Təsiri dərinin həssas sinir uclarının və dərialtı sahənin qıcıqlanması ilə əlaqəli refleks reaksiyalara bağlıdır. Yerli qıcıqlandırıcı ("diqqəti yayındıran"), yüngül lokal anestetik təsir göstərir. Zəncəfil yağı iltihabəleyhinə, antikoaqulyant, ağrıkəsici və mikrosirkulyasiyanı artıran təsir göstərir, ağrı və iltihabı (şişkinlik daxil olmaqla) aradan qaldırır, osteoxondroz və artrit zamanı oynaqların hərəkətliliyi ilə bağlı problemlərin həllinə kömək edir. İltihab əleyhinə xüsusiyyətlər sınıqların sağalmasını, hematomaların sorulmasını sürətləndirir. Rozmarin və gənəgərçəyin efir yağı oynaqların sərtliyinə, ödeminə və ağrılarına kömək edir. Bu yağlar iltihab əleyhinə və analgetik xüsusiyyətlərə malikdir və diz ağrılarına səbəb olan əzələ spazmlarını aradan qaldırır. Araşdırmalara görə artroz və osteoxondroz zamanı müsbət effekt verir.

Kollagen hidrolizat, KOLLAGEN-in xüsusi, asanlıqla mənimsənilən formasıdır - qığırdaq, vətər, bağlar, sümüklər, dəri və qan damarlarının bir hissəsi olan birləşdirici toxumanın ən vacib komponentidir. Zədələnmiş oynaqların hərəkətliliyini və funksiyasını yaxşılaşdırır, qığırdaqın kollagen strukturunu bərpa edərək onun funksiyasını yaxşılaşdırır.

Lavanda və Zeytun yağı efir yağının müxtəlif növ ağrılar üçün istifadə olunması geniş yayılmaqdadır. Əzələ ağrısı, revmatizm, bel ağrısı və oynaq ağrıları da daxil olmaqla əla vasitə olduğu bilinir. Şam ağacı yağı təbii analqetik və iltihab əleyhinə vasitədir. Xroniki iltihabi xəstəlikləri zamanı artrit, bursit, osteoxondroz, mialgiyalarda geniş istifadə olunur. Parafin (parafinum liquidum) oynaq ağrılarını, şişkinliyini və iltihabı prosesi azaldır, hərəkət diapazonunu artırır. Dayaq-hərəkət aparatının disfunksiyalarının (artrit, artroz, travmalarda geniş istifadə edilir) müalicə və profilaktikaında istifadə olunur.

Göstərişləri:

- Osteoxondroz

- Birincili və ikincili, müxtəlif lokalizasiyalı osteoartrozlar, koksartroz və qonartroz

- Fəqərəarası protruziya

- Fəqərəarası yırtıq

- Disk sürüşməsi

- İdman travmaları

- Əzələ, oynaq və oynaqətrafı yumşaq toxumaların travmaları (burxulma, çıxıqlar...)

- Nevralgiya, Radikulopatiya, Neyropatiya

- Fidromialgiya, Mialgiya, Miozit

- Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reabilitasiya zamanı

- Artrit, revmatoid artrit, poliartrit, osteoartrit, revmatizm, artralgiya ankilozlaşdırıcı spondilit

Buraxılış forması: 150 ml krem

İstifadə qaydası: gündə 1-2 dəfə lazımı miqdarda sağlam dərinin uyğun hissəsinə çəkilir. Krem tam sorulanadək dairəvi massaj hərəkətləri ilə sürtmək lazımdır.

İstehsalçı: GH Yıldız İlaç ve Kozmetik San. Tic. Ltd Şti İstanbul/Türkiyə