MAXALİM Antianemik kompleks

Paylaş:

Ətraflı

Tərkibi:

Hər 5 ml siropa daxildir

 

Dəmir ....... ............................. 35 mq

(Fe fumarat şəklində)

Fol turşusu ...........................350 mkq

Vitamin B12...........................  3 mkq                                                                               

Vitamin C...............................  80 mq

 

Farmakoloji təsiri;

 

MAXALİM preparatının tərkibindəki dəmir fumarat duzu yüksək sorulma, praktik olaraq parçalanıb itkiyə getməyən və minimal əlavə təsiri olan dəmir birləşməsi olduğuna görə xüsusilə uşaqlarda təyinatı tövsiyyə olunur. Dəmir orqanizmdə qanyaranma prosesində iştirak edən kimyəvi element kimi tanınır. Belə ki, qırmızı qan hüceyrələrində (eritrositlər) oksigen daşıyıcısı sayılan hemoqlobinin başlıca tərkib hissəsidir. Oksigenin bütün orqan və toxumaların qüsursuz fəaliyyətini təmin etdiyi səbəbindən ilkin olaraq dəmirin çatışmazlığı və nəticədə oksigen aclığı yaşayan orqanizmdə bir sıra hallar (əzginlik, tez yorulma, iştahsizlıq, başağrıları, başgicəllənmə, bayılma, imunitetin zəifləməsi, tez-tez soyuqlamalar və s.) meydana çıxır. Dəmir defisiti uşaqlarda, qurd xəstəlikləri, xroniki mədə-bağırsaq xəstəlikləri, yetərsiz qidalanma və s. səbəbdən yarana bilər.

Fol turşusu B qrupu vitaminlərin tərkibinə daxildir, aminturşuların, nukleotidlərin və nuklein turşuların yaranmasında iştirak edir, eritrositlərin normal inkişafını təmin edir.Fol turşusu orqanizmdə koferment rolunda çıxış edən tetrafol turşusuna qədər bərpa olunur.Fol turşusu qan hüceyrələrin yaranmasında, blast hüceyrələrin sintezində və meqaloblastların formalaşmasında iştirak edir.Fol turşusunun çatışmamazlığı nəticəsində qan yaranmanın meqaloblast fazanın normoblast fazaya keçməsini tormozlayır.

B12 vitamini  eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Həmçinin, vitamin B12 hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir.

Vitamin C metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir. MAXALİM preparatı diş emalının qaralmasına səbəb olmur!

 

Göstərişləri:

  • Latent və kliniki müşahidə olunan dəmir, fol turşusu və B12 defisiti anemiyalar müalicə və profilaktikasında
  • Uşaqların intensiv inkişaf dövründə
  • Hipotrofiya
  • Anemiya ilə müşahidə olunan MBT-nin xəstəlikəri (malabsorbsiya sindromu, disbakterioz, qurd invaziyası və s...)
  • Cərrahi əməliyyatdan sonrakı qan azlığı
  • Kəskin və xroniki qan itirmələr

İstifadə qaydası və dozalanma: 

Profilaktik məqsədlə: 1.5 yaşa qədər həkim məsləhətiylə, 1.5 - 4 yaş * 1.25 ml gündə 1 dəfə,  4-14 yaş 2,5 ml*1 dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml*1 dəfə. Preparat dəmirin defisitinə uyğun olaraq dozalanır.

 

Əks göstərişləri: Qanda dəmirin miqdarının yüksək göstəriciləri (hemosideroz, hemoxromatoz)        

 

Saxlanma qaydası: Preparat quru, qaranlıq, uşaqlar üçün əlçatmaz yerdə, 20 C dərəcə arası şəraitdə saxlanılmalıdır.

 

Buraxılış forması: MAXALİM sirop 100 ml flakon.      

 

İstehsalçı: Zeyus İlac Türkiyə .