MAXALİM Antianemik kompleks

Paylaş:

Ətraflı

Tərkibi:

Hər 5 ml siropun tərkibi:

Dəmir fumarat (Fe II) ............. 35 mq

Fol turşusu ...........................350 mkq

Vitamin B12...........................  3 mkq                                                                               

Vitamin C...............................  80 mq

Farmakoloji xüsusiyyətləri:

Dəmir oksigen daşıyıcısı olan hemoqlobinin tərkibinə daxil olmaqla toxuma və hüceyrələri oksigenlə təmin edir. MAXALİM-in tərkibində dəmir ikivalentli fumarat birləşməsi şəklindədir. Fumarat birləşməsi mədə turşuluğuna davamlılığına və yüksək biomənimsənilməsinə görə digər birləşmələrdən fərqlənir. Dəmir fumarat mədə-bağırsaq traktında oksidləşmədiyinə görə ağızda pas (dəmir) dadı vermir, mədədə qıcıqlanma, köp, ishal və ya qəbizlik yaratmır. MAXALİM bütün orqan və toxumaları dəmir və oksigenlə təmin etdiyi üçün dəmir çatışmazlığı və oksigen aclığı fonunda yaranan (yorğunluq, halsızlıq, iştahsızlıq, baş ağrıları, başgicəllənmə, huşunu itirmə, immunitetin zəifləməsi və s.) bir sıra vəziyyətlərin qarşısını alır.

Fol turşusu eritrositlərin yaranmasında, purin və pirimidinlərin sintezində iştirak edir. Orqanizmdə fol turşusunun kifayət qədər olması, qan hüceyrələrinin normal fəaliyyətini və sayını təmin edir. Fol turşusu qan hüceyrələrinin yaranmasında, blast hüceyrələrin sintezində və meqaloblastların formalaşmasında iştirak edir. Fol turşusunun çatışmazlığı nəticəsində qan yaranmanın meqaloblast fazasının normoblast fazaya keçməsini tormozlayır. Fol turşusu eyni zamanda sinir hüceyrələrinin qidalanmasında, mielinizasiya prosesində vacib rola malikdir.

Sianokobalamin (Vitamin B12) fol turşusu ilə birlikdə hemoqlobinin zülal hissəsinin sintezində iştirak edir. Zülal, yağ və karbohidrat mübadiləsində vacib rol oynayır. Bir çox fermentlərin sintezi üçün vacibdir. Qlikolizi sürətləndirir, sinir liflərinin mielin qişalarının formalaşmasını, karotinin retinola (Vitamin A) keçməsini təmin edir.

C vitamini dəmirin bağırsaqdan sorulmasına cavabdeh vitamin olaraq, onun orqanizmdəki mübadiləsində vacib rol oynayır. Dəmir defisiti zamanı azalan iştahanı normallaşdırır. C vitamini immun sistemini gücləndirir, eləcə də, antioksidant olaraq orqanizmi sərbəst radikalların mənfi təsirlərindən qoruyur.

MAXALİM dəmir, fol, B12 defisitli anemiyanın qarşısını alır, fiziki və zehni iş qabiliyyətini, eləcə də, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

MAXALİM preparatı diş emalının qaralmasına səbəb olmur!

Göstərişləri:

  • Latent və kliniki müşahidə olunan dəmir, fol turşusu və B12 defisitli anemiyalar
  • İntensiv böyümə, müxtəlif dietlər zamanı
  • Hipo və avitaminozların kompleks müalicəsi
  • Anemiya ilə müşahidə olunan MBT-nin xəstəlikəri (malabsorbsiya sindromu, disbakterioz, qurd invaziyası və s.)
  • Qanitirmə zamanı yaranan anemiyalar (qanaxmalardan, cərrahi əməliyyatlardan, hemodializdən, şüa və kimyaterapiyadan sonra)
  • Onkoloji xəstəliklər zamanı anemiyanın müalicə və profilaktikası
  • Fiziki və əqli yüklənmələr zamanı.

İstifadə qaydası və dozalanma: 

Profilaktik məqsədlə: 1.5 yaşa qədər həkim məsləhəti ilə

1.5 - 4 yaş 1,25 ml gündə 1 dəfə 

 4-14 yaş 2,5 ml gündə 1 dəfə

14 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml gündə 1 dəfə.

Əks göstərişlər: tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.         

Buraxılış forması: MAXALİM sirop 100 ml flakon.         

İstehsalçı: Zeyus İlac Türkiyə .