Paylaş:
Tərkibi: hər tabletin tərkibi:
Dəmir fumarat .......................125 mq
(Fe II – 40 mq)
Fol turşusu ...........................300 mkq
Vitamin B12........................... 3 mkq
Vitamin C............................... 80 mq
Farmakoloji xüsusiyyətləri:
Dəmir oksigen daşıyıcısı olan hemoqlobinin tərkibinə daxil olmaqla toxuma və hüceyrələri oksigenlə təmin edir. MAXALİM-in tərkibində dəmir ikivalentli fumarat birləşməsi şəklindədir. Fumarat birləşməsi mədə turşuluğuna görə davamlılığı və yüksək biomənimsənilməsi ilə digər birləşmələrdən fərqlənir. Dəmir fumarat mədə-bağırsaq traktında oksidləşmədiyinə görə ağızda pas (dəmir) dadı vermir, mədədə qıcıqlanma, köp, ishal və ya qəbizlik yaratmır. MAXALİM bütün orqan və toxumaları dəmir və oksigenlə təmin etdiyi üçün dəmir çatışmazlığı və oksigen aclığı fonunda yaranan (yorğunluq, halsızlıq, iştahsızlıq, baş ağrıları, başgicəllənmə, huşunu itirmə, immunitetin zəifləməsi və s.) bir sıra vəziyyətlərin qarşısını alır.
Fol turşusu eritrositlərin yaranmasında, purin və pirimidinlərin sintezində iştirak edir. Orqanizmdə fol turşusunun kifayət qədər olması, qan hüceyrələrinin normal fəaliyyətini və sayını təmin edir. Eyni zamanda sinir hüceyrələrinin qidalanmasında, mielinizasiya prosesində vacib rola malikdir.
Sianokobalamin (Vitamin B12) fol turşusu ilə birlikdə hemoqlobinin zülal hissəsinin sintezində iştirak edir. Zülal, yağ və karbohidrat mübadiləsində vacib rol oynayır. Bir çox fermentlərin sintezi üçün vacibdir. Qlikolizi sürətləndirir, sinir liflərinin mielin qişalarının formalaşmasını, karotinin retinola (Vitamin A) keçməsini təmin edir.
C vitamini dəmirin bağırsaqdan sorulmasına cavabdeh vitamin olaraq, onun orqanizmdəki mübadiləsində əvəzsiz rol oynayır. Eyni zamanda dəmir defisiti zamanı azalan iştahanı normallaşdırır. C vitamini immun sistemini gücləndirir, eləcə də, antioksidant olaraq orqanizmi sərbəst radikalların mənfi təsirlərindən qoruyur.
MAXALİM dəmir, fol, B12 defisitli anemiyanın qarşısını alır, fiziki və zehni iş qabiliyyətini, eləcə də, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
İstifadəsinə göstərişlər:
İstifadə qaydası və dozası:
14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 tablet gündə 1 dəfə tövsiyə olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Əks göstərişlər: tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
Buraxılış forması: 30 tablet.
İstehsalçı: ENSA MNS GDA/Türkiyə