MEGALLER

Paylaş:

Ətraflı

Hər 10 ml siropun tərkibi:

Qara qoz yarpağının ekstraktı (Juglans nigra leaves extract) .................................................500 mq

Şirinkök kökünün maye ekstraktı (Polypodium virginianum root liquid extract)..................400 mq

Balqabaq toxumunun maye ekstraktı (Cucurbita sp. seed liquid extarct)...............................250 mq

Dağ tərxunu otunun maye ekstraktı (Tanacetum vulgare herb liquid extract)........................250 mq

Qərənfil çiçəyinin maye ekstraktı (Syzigium aromaticum flower bud liquid extract)............250 mq

Sarımsaq zoğunun maye ekstraktı (Allium sativum bulb liquid extract)................................250 mq

Farmakoloji xüsusiyyətləri:

Qara qoz yarpağının ekstraktı - C, B1, B2, B3, beta-karotin, yod, Fe, qida lifləri, yuqlondin turşusu

ilə zəngindir. Tərkibindəki maddələr iltihab əleyhinə, büzücü, qurd əleyhinə, antifunqal, immunstimuləedici, öd qovucu təsir göstərir. Antihelmint təsiri qurdların enerji mübadiləsində əsas rol oynayan fermentləri blokada etməsinə əsaslanır.

Şirinkök kökünün maye ekstraktı - Saponinlər, flavanoidlər, benzoy, salisil turşuları, katexin və şəkərlə zəngindir. Antihelmint, sakitləşdirici, bəlğəmgətirici təsiri var. Tərkibindəki qətran qurdqovucu təsir göstərir.

Balqabaq toxumunun maye ekstraktı - Antihelmint, hepatoprotektor, ödqovucu, antiseptik və iltihab əleyhinə təsirlərə malikdir. Balqabaq toxumunun hepatoprotektor təsiri nəticəsində hepatositlərin membranını helmintlərin toksiki təsirindən qoruyur. Tərkibində antihelmint maddə mövcud olduğu üçün bütün növ qurd invaziyaları zamanı effektivdir.

Dağ tərxunu otunun maye ekstraktı - Tərkibinə daxil olan tuyon maddəsi qurdqovucu, antiseptik, spazmolitik, ödqovucu təsirə malikdir.

Qərənfil çiçəyinin maye ekstraktı - Əsas təsiredici maddə evqenoldur. Həzm sisteminin saya əzələlərinin spazmını aradan qaldıraraq mədə-bağırsaq xəstəlikləri zamanı effektivdir. Antioksidant, antimikrob və antifunqal təsir göstərir.

Sarımsaq zoğunun maye ekstraktı - Antibakterial, virus əleyhinə, antiparazitar, antispastik, antioksidant, immun sisteminə stimuləedici təsir göstərir. Tərkibində allisin, fitonsid maddələri olduğundan bakteriosid və antiparazitar təsiri daha güclüdür. Qıcıqlandırıcı, reflektor və sekretor təsirinə görə sarımsaq həzm fermnetlərinin və ödün sintezini sürətləndirir, həzm proseslərini normallaşdırır. İştahı artırır, mədə və bağırsaqların işini tənzimləyir, normal floranın inkişafına səbəb olur. 

MEGALLER - Antihelmint təsir göstərməklə yanaşı, qurd yumurtalarını məhv edərək təkrar yoluxmanın qarşısını alır.

Bitki mənşəli preparat olduğu üçün toksiki və allergik təsiri yoxdur .

 

Göstərişlər:

 

  • Qurd xəstəliklərinin müalicə və profilaktikası zamanı.
  • Müxtəlif növ qurd invaziyaları (enterobioz (bizquyruq), askaridoz, ankilostomoz, trixosefalyoz, teniozlar, sestodlar, nematodlar və s.).
  • İbtidailər-lyambliyoz, amöbiaz.
  • Dispepsiya, meteorizm, xolesistit, spastik və xroniki kolit.
  • Qurd invaziyaları nəticəsində yaranmış iştaha zəifliyi.

 

İstifadə qaydası və dozalanma: 

Profilaktik məqsədlə: Uşaqlara həkim məsləhəti ilə. Böyüklər 5 ml gündə 1 dəfə yeməkdən 15 dəq əvvəl qəbul olunur. Müalicə kursu 15-20 gündür. Müalicəni 20-30 gündən sonra təkrarlamaq olar. Preparat ailəvi qəbul olunmalıdır.

Əks göstərişlər: Tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya dövrü.

Buraxılış forması: MEGALLER sirop 100 ml flakon.                    

İstehsalçı: Zeyus İlaç, Türkiyə.