MİDOPS

Paylaş:

Ətraflı

Tərkibi:

Hər 1 millidə:

Uridin………………………………….25 mq

Sitidin………………………………….25 mq

Vitamin B1…………………………….0.8 mq

Sink……………………………...…….…1 mq

Farmakoloji təsiri:

MİDOPS-un tərkibinə daxil olan kompanentlər hematoensefalitik baryeri keçərək, mərkəzi sinir sistemində bir sıra prosesləri aktivləşdirir, toxuma tənəffüsünü və enerji sintezini təmin edir.Uridinin plazmada yüksək konsentrasiyası onların MSS-dən keçməsini sürətləndirir.QAYT-ın mərkəzi sinir sistemində miqdarını artıraraq antikonvulsant təsir göstərir və epileptogen ocaqların fəaliyyətini zəiflədir.İşemiya şəraitində miokartda lipid və karbohidrat mübadiləsini yaxşılaşdırır. Əzələ liflərinin funksional aktivliyini bərpa edir. Sitidin Orqanizimdə asetilxolin sintezini azaltmadan membran fosfolipidlərinin sintezini stimulə edir, zədələnmiş akson və mielin qişasının regenerasiyasının və əzələ trofikasını təmin edir. Nəticədə sinir keçiriciliyi, hissi və hərəki funksiyalar yaxşılaşır. Iltihab əlamətləri, ağrı və keyimə hissi azalır. Vitamin B1 Maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir. Su-duz mübadiləsi, həzm, sinir sistemi və  ürəyin işinin pozulmasının qarşısını alır. Sink DNT-nin replikasiya və transkripsiyasında vacib rol oynayan DNT polimeraza fermentinin əsas komponentlərindən biridir. DNT birləşdirici zülallar (histidin və sistein) arasında rabitəsini təşkil edir. İnsan imunitetində T və B Limfosit hüceyrələri arasında normal balansı tənzimləyir, neyroendokrin hormonların, xüsusilə insulinin və boy hormonunun sintezində iştirak edir. MİDOPS neyromediator sintezini və neyronlar arası əlaqələri artıraraq koqnitiv funksiyaların (yaddaş, diqqət, məntiq və s.) yaxşılaşmasına səbəb olur. Travmatik zədələnmədən sonra sinirlərin regenerasiyasını sürətləndirir.

Göstərişlər:

- Yaddaş, diqqət və hissiyat pozğunluğu
- Kəskin və xroniki beyin qan dövranı pozğunluğu
- Epilepsiyanın kompleks müalicəsində
- Qorxu, həyacan, depresiya, yuxu pozğunluğu, xroniki yorğunluq
- Toksiki, infeksion mənşəli sinir zədələnmələri
- Yeni doğulmuşların hipoksik-işemik ensofalapatiyası, uşaq serebral iflici
- Üçlü sinirin nevralgiyası, koxlear sinirin nevriti
- İşalgiya, diabetik neyropatiya
- Kəllə-beyin travmaları
- Görmə sinirinin atrofiyası, qlaukomanın kompleks müalicəsi
- Kəmərləyici dəmrov, neyrodermatitlər.

İstifadə qaydası və dozalanma:
İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL YAXŞI ÇALXALANMALIDIR.
Profilaktik məqsədlə: 5 yaşa qədər həkim məsləhətiylə 5-12 yaşlı uşaqlarda 25-30 damcı * 2 dəfə, 12 yaşdan yuxarı uşaqlara və böyüklərdə 45-50 damcı  * 2 dəfə.
Əks göstərişlər: Tərkibindəki komponentlərdən hər hansi birinə həssaslıq.
Saxlanma qaydası: Preparat quru, qaranlıq, uşaqlar ücün əlçatmaz yerdə, 20 C dərəcə arası şəraitdə  saxlanılmalıdır.
Buraxılış forması: MİDOPS 50 ml damcı şüşə flakon karton qutuda.
İstehsalçı: ENSA ilac, Türkiyə