MİDUNİ

Paylaş:

Ətraflı

Hər 10 ml tubun tərkibi:

• Zeytun yağı (olea europaea oil) -------------------80%

• Qara zirə toxumu yağı (nigella sativa)-----------4.4%

• Evkalipt yağı (eucalyptus)-------------------------4.4%

• Sarımsaq yağı (allium sativum)-------------------4.4%

• Çaytikəni yağı (Hippophae)------------------------4.4%

• Balqabaq toxumu yağı (semen cucurbitae)------2.2%

Farmakoloji xüsusiyyətləri:

• Sarımsaq yağı - fitonsidlərlə, xüsusilə də, allisin, heraniol, rutin, kversitin adlı fitonsidlərlər, kükürd, fitosterinlər və inulinlə zəngindir. Qurdqovucu, həzm traktına sakitləşdirici, bakterisid və spazmolitik təsir göstərir. Təbii antiseptik olaraq allisil və kükürd birləşməsi sayəsində maya göbələkləri, ibtidailər və bir çox mikroblara qarşı toksiki təsir göstərərək inkişafının qarşısını alır. Həzm şirəsinin ifrazını və iştahanı yaxşılaşdırır, öd qovucu təsirə malikdir, trombositlərin aqreqasiyasının qarşısını alır, immuniteti aktivləşdirir. Inulin bağırsaq mikrobiosenozunu yaxşılaşdırır, bağırsaqda qıcqırma prosesini sürətləndirir. Sarımsağın antihelmint və antiparazitar təsir spektri:

• Enterobius

• Ascaris lumbricoides

• Giardia intestinalis və ya Giardia lamblia, Giardia duodenalis)

• Balqabaq toxumlarının yağı-asan mənimsənilən zülallar, vitaminlər, polidoymamış yağ turşuları, mikro- və makroelementlər və digər bioloji aktiv maddələrlə (fitosterol, fosfolipid, flavonoid, xlorofil və s.) zəngin olaraq optimal balanslaşdırılmış tərkibə malikdir. Güclü antihelmint təsirə malikdir (xüsusilə də, lentvari və yumru qurdlara qarşı). Toxumalarda iltihabi prosesləri və ödemi azaldır, mikrosirkulyasiya və epitelizasiyanı yaxşılaşdırır, trofik və mübadilə proseslərini stimullaşdırır. Balqabağın ən önəmli xüsusiyyəti çox yüksək miqdarda beta-karoten ilə zəngin olmasıdır ( Beta-karotin dəri toxumalarını yeniləyən vitamindir).

• Qara zirə toxumlarının yağı - tərkibindəki siklooksigenaza fermenti hesabına parazitəleyhinə, antibakterial, göbələkəleyhinə və iltihabəleyhinə təsir göstərir, həmçinin bağırsaq florasının təbii simbiozunu bərpa edir. Patogen bakteriyaların inkişafını ingibə edir, bifidobakteriyaların inkişafını sürətləndirir və bununlada disbakteriozu aradan qaldırır. Yetkin qurdlara (nematozlar, yastı qurdlar və b.) və qurd yumurtalarına, o cümlədən, ibtidailərə (lyambliya, trixomonada, toksoplazma və b.) və göbələklərə məhvedici təsir göstərir. Qara zirə toxumunun yağı immunomodulyator və yüksək bakterisid təsirə malikdir.

• Çaytikanı yağı - Çaytikanı yağının tərkibində karotin, E, P, C, B qrupu vitaminləri, üzvi turşular, fosfolipidlər, mikroelementlər (Co, Ni, Mg, Cu, Ag, Fe, Si), terpen turşular, bitki qətranı, aşı maddələr, efir yağları, mum, üzvi turşular, flavonoidlər var. Təbii antibakterial, antioksidant, regenerativ, ağrıkəsici təsirlərə malikdir. Yaraların, eroziyaların, xoranın və yanıqların sağalmasını sürətləndirir, güclü yarasağaldıcı, qan dövranını yaxşılaşdıran, qəbzliyə qarşı olduqca faydalı olan təsirlərə malikdir.

• Evkalipt yağı - iltihabəleyhinə, antibakterial, spazmolitik təsirlərlə yanaşı antihelmint təsirədə malikdir. Qrammüsbət və qrammənfi mikroorqanizmlərə, maya göbələkləri və ibtidailərə qarşı effektiv olub, büzücü və yarasağaldıcı təsir göstərərək bağırsağın selikli qişasında iltihabi prosesləri aradan qaldırır, kiçik çatların, yaraların sağalmasını sürətləndirir. Evkalipt yağı qurdların selikli gişasına yapışan hissələrdə çətin təmizlənən seliyi lizisə uğradır və antihelmint preparatların lokal təsirini artırır. Bağırsağın saya əzələsinin spazmasını aradan qaldırır.

• Zeytun yağı - iltihabəleyhinə, ödeməleyhinə və antimikrob xüsusiyyətləri olan fenollarla zəngindir. Nəticədə istifadəsi patogen bakteriyaların böyüməsinə mane törədir və iltihabı aradan qaldırır. Oxford Universitetində aparılan tibbi araşdırmalar nəticəsinə əsasən, zeytun yağının insan orqanizminə, xüsusən də bağırsaq xərçəngindən qorumasına dair elmi məlumatlar var.

Beləliklə MİDUNİ həm lokal həm də düz bağırsaqdan qana sorularaq təsir edir. Qurdları və onların toksinlərini, allergenlərini, yumurtalarını orqanizmdən xaric edir. MBT iltihabını ( enterokolit əlamətlərini) aradan qaldırır. Anal dəlik ətrafında və aralıq nahiyəsində toplanan qurd yumurtalarını inaktivləşdirir ki, təkrarı yoluxma baş verməsin. MİDUNİ bağırsağın limfodrenajını aktivləşdirir

Göstərişləri:

• Enterobioz, askaridoz, lyamblioz kompleks müalicəsi

• Antihelmint və antiparazitar müalicə zamanı bağırsaqlardan qurd yumurtalarının təmizlənməsi məqsədi ilə

• Qəbizlik

• Proktoloji xəstəliklər (babasil, proktit, düz bağırsağın çatı, siqmoidit)

İstifadə qaydası və dozalanması: Uşaqlara yatmazdan əvvəl 1 rektal tub (mikroklizma) gündə 1 dəfə düz bağırsağa yeridilir. Xəstəliyin ağırlığından asılı olaraq müalicə müddəti 3-6 gün təşkil edir.

Əks göstərişləri: preparatın komponentlərinə qarşı hiperhəssaslıq, orqan transplantasiyası əməliyyatı keçirmiş insanlar.

Buraxılış forması: rektal yağ tublarda (mikroklizma) 10 ml №5

İstehsalçı: Türkiyə