NEYM (sirop)

Paylaş:

Ətraflı

Tərkibi: Hər 5 ml-də:

 

Sink sulfat heptahidrat……………………………… 17,69 mq    

(4 mq sinkə  ekvivalentdir)

Farmakoloji xüsusiyyətləri:                                                                                              

Sink orqanizm üçün vacib mikroelement olub, orqanizmin bütün hüceyrələrində rast gəlinir.

Bu elementin insan orqanizmində funksiyası zülalların, yağların, karbohidratların sintezi və parçalanmasında iştirak etməkdir. Neym preparatının tərkibindəki sink orqanizmdə leykositlərin, anticisim, hormonların fəaliyyətinə təkan verir.

Hüceyrə və humoral immun reaksiya mexanizmlərində sink immun hüceyrələrin mitogen stimullaşdırılmasında iştirak edir, T-limfositlərin, makrofaqların və qranulositlərin işinə təsir göstərir və müqaviməti artırır. Bundan əlavə sink hüceyrələri orqanik toksinlərdən, ağır metalların təsirindən, radiasiyadan və patogen bakteriyaların hasil etdiyi endotoksinlərdən qoruyur, antioksidant təsiri göstərir.

Sink 200-dən çox fermentin tərkibinə daxildir və onlar müxtəlif mübadilə reaksiyalarında iştirak edir. DNT və RNT-yə bağlı protein sintezi üçün lazımdır. Bədəndə sink defisiti özünü müxtəlif formalarda büruzə verə bilər.

Belə ki, bu çatışmazlıq depressiya, əsəbilik, immun sistemin zəifləməsi,iybilmənin itməsi və ya azalması, infeksiyalara həssaslığın artması, xroniki mədə-bağırsaq xəstəlikləri, uroloji və qaraciyər xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə sink orqanizmdə azlığı diareya, iştahanın itməsi, çəkinin azalması, qanazlığı, furunkulyoz, dermatit, ekzema, trofik yaralar kimi dəri xəstəlikləri ilə də müşahidə oluna bilər. Orqanizmdə sink çatışmazlığı insulin miqdarının azalması, şəkərli diabetin inkişafı və erkən qocalmaya da yol aça bilər.

Qida ilə yalnız qəbul olunan sinkin 50-85% sorulur əyər MBT sağlamdırsa. MBT iltihabi xəstəlikləri zamanı sinkin absorbsiyası pozulur, və bu minerala təlabat artır. Sink daxilə qəbul olanda onun sorulmasına bir çox minerallar mane olur, məsələm kalsium, manqan, maqnezium, mis, dəmir və fosfatlar. Ona görə qəbulunda mütəxəsistlər monotərkiblərə üstünlük verirlər. Neym monotərkib olduğundan sorulması yüksəkdir.

Qeyd edək ki, nitratlar, fosfatlar, artıq kalsium, kortikosteroidlərin qəbulu, oral kontraseptivlər, anabolik steroidlər, antimetabolitlər, sidikqovucu maddələr, alkoqol, immunosupressantların qəbulu bədəndə sink çatışmazlığına səbəb ola bilər.

 

Göstərişləri;

 

  • KRX nəticəsində əmələ gələn kəskin və xroniki diareyalar
  • Diareya zamanı elektrolit itkisi,
  • Sink çatmamazlıgı, seboreya, akrodermatit, akne vulqaris
  • Enteropatiyalar
  • Revmatoid artrit
  • Xroniki immundefisit vəziyyətlər, xroniki infeksiyalar
  • Yuxarı tənəffüs yollarının infeksion-iltihabi xəstəlikləri
  • Angina, Stomatit, Qinqivit
  • İntensiv boy və çəki artma dövrü
  • Boyun inkişafdan qalması, ,
  • Hormon çatışmazlıq, seksual infantilizm
  • Süni qidalanma, Anoreksiya
  • Malabsorbsiya sindromu
  • Görmə itiliyinin azalması
  • Müxtəlif dərman preparatların qəbulu zamanı (artıq kalsium, kortikosteroid, oral kontraseptiv, anabolik steroid, antimetabolit, sidikqovucu, immunosupressor)

 

İstifadə qaydası və dozalanma:     

Profilaktik məqsədlə: 4  yaşa qədər uşaqlara həkim məsləhətiylə, 4-14 yaş 5 ml gündə 1 dəfə

14 yaşdan yuxarı uşaqlar və böyüklər 10 ml gündə 1 dəfə . Hər istifadədən əvvəl yaxşı-yaxşı çalxalanmalıdır.

Əks göstərişlər: Preparatın tərkibindəki  komponentindən hər hansı birinə qarşı həssaslıq.

Buraxılış forması: NEYM sirop 150 ml şüşə flakon karton qutuda.

İstehsalçı: ENSA MNS Türkiyə.