NEYM (sirop)

Paylaş:

Ətraflı

Tərkibi: Hər 5 ml-də:

Sink sulfat heptahidrat……………………………… 17,69 mq    

(4 mq sinkə ekvivalentdir)

Farmakoloji xüsusiyyətləri:                                                                                                    

Sink orqanizm üçün vacib mikroelement olub, orqanizmin bütün hüceyrələrində rast gəlinir.

Bu elementin insan orqanizmində funksiyası zülalların, yağların, karbohidratların sintez və parçalanmasında iştirak etməkdir. Neym orqanizmdə leykositlərin, anticisimlərin, hormonların fəaliyyətinə təkan verir. Dünyada təxminən 2 milyard insan sink çatışmazlığından əziyyət çəkir. Mikroelement qidanın həzmində və yüksək sorulmasında iştirak edən 300-dən çox fermenti aktivləşdirir. Sink yağ və karbohidrat mübadiləsini tənzimləyir. Beynin düzgün inkişafı və sinir hüceyrələrinin normal fəaliyyəti üçün lazımdır. İmmun sistemini stimullaşdırır, soyuqdəymə zamanı orqanizmin müqavimətini artırır. Sink yaraların sağalmasını sürətləndirir, dərinin bərpası və yenilənməsi prosesində fəal iştirak edir, yağ vəzlərinin işini tənzimləyir, kollagen və keratinin sintezini stimullaşdırır, saç və dırnaqların böyüməsinə təsir göstərir. Sızanaq kimi bir patologiya sink çatışmazlığı ilə əlaqələndirilir. Bu xəstəlik dünya əhalisinin 4,9%-də müşahidə olunur və Propionibacterium acnes bakteriyalarının fəaliyyəti və piy vəzilərinin tıxanması nəticəsində yaranan səpkidir. Sink bu bakteriyaların fəaliyyətinə maneçilik törədir və sızanaqlarla mübarizəyə kömək edir. Antioksidant xüsusiyyətlərə malik olan sink hüceyrə yaşlanmasını ləngitməyə kömək edir. Sink reproduktiv sağlamlıq baxımından əsas mikroelementdir. Kişi və qadın cinsi hormonlarının istehsalına əhəmiyyətli təsir göstərir və bununla da reproduktiv funksiyanı və cinsi fəaliyyəti artırır, testosteron səviyyəsini normallaşdırır. DNT, zülal və hüceyrə bölünməsinin sintezində iştirak edir. Sink defisiti qaraciyər sirrozuna, cinsi funksiyanın pozulmasına, ikincili immun çatışmazlığına, anemiyaya səbəb olur. Həmçinin sink sümük kütləsini və gücünü qorumaq üçün vacibdir. Yaşla bağlı makula degenerasiyasının inkişafını ləngidir. Görmə itiliyinə və insanın qaranlıqda görmə qabiliyyətinə təsir göstərir. Çatışmazlığı gözün retinasında dəyişikliklərə səbəb olur və görməni pozur. Mədə və 12 b/b xora xəstəliyi, Kron xəstəliyi, seliakiya xəstəliyi sink çatışmazlığı ilə müşahidə olunur.

Göstərişlər:

  • Kəskin və xroniki xəstəliklərdə orqanizmin immunitetini artırmaq məqsədilə.
  • Yuxarı və aşağı tənəffüs orqanlarının iltihabi-infeksion xəstəlikləri zamanı.
  • Xroniki immundefisit vəziyyətlər, xroniki infeksiyalar.
  • Mədə-bağırsaq traktının xəstəliklərində.
  • İntensiv boy və çəki artma dövründə.
  • Boyun inkişafdan qalması.
  • Hormon çatışmazlığı, seksual infantilzm.
  • Süni qidalanma, Anoreksiya.
  • Malabsorbsiya sindromu.
  • Görmə itiliyinin azalması.
  • Angina, Stomatit, Gingivit.
  • Artroz, osteoxondroz, oynaq travması, sümük sınıqlarında, cərrahi müdaxilələrdən sonra.
  • Bronxial astma və allergiya.
  • Kimyaterapiya və radioterapiya kursları zamanı və sonrasında.
  • Saç və dırnaq kövrəkliyində, dəri xəstəliklərinin kompleks müalicəsində (akne, allopesiya, atopik dermatit).
  • Şəkərli diabet, Piylənmə.

İstifadə qaydası və dozalanma:        

Profilaktik məqsədlə: 4  yaşa qədər uşaqlara həkim məsləhəti ilə, 4-14 yaş 5 ml gündə 1 dəfə

14 yaşdan yuxarı uşaqlar və böyüklər 10 ml gündə 1 dəfə.

Hər istifadədən əvvəl yaxşı çalxalanmalıdır.

Əks göstərişlər: Tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.

Buraxılış forması: NEYM sirop 150 ml şüşə flakon karton qutuda.

İstehsalçı: ENSA MNS Türkiyə.