Paylaş:
Hər 100 ml tərkibi:
Çay ağacının efir yağı ---------------------------------100 mq
Dərman adaçayının qlikol ekstraktı ------------------100 mq
Çobanyastığının qlikol ekstraktı ---------------------150 mq
Farmakoloji xüsusiyyətləri:
Çay ağacının efir yağı – virusəleyhinə, antibakterial, antiseptik, göbələkəleyhinə təsirlərə malikdir. Nobevag çay ağacı yağının hesabına uşaqlıq yolunun selikli qişasında olan qızartı, şişkinlik və quruluq hissiyatını aradan qaldırır. Bu yağın ən təsirli antibakterial komponentləri terpinen-4-ol, α-pinene, linalool və α-terpineoldur. Terpineollar mikroorqanizmlərin hüceyrə membranına nüfuz edir və membran quruluşuna və işinə zəhərli təsir göstərir.
Dərman adaçayı və çobanyastığı qlikol ekstraktları – gigiyenik vasitəyə sakitləşdirici, regenerativ və ödem əleyhinə xüsusiyyətlər verir.
Göstərişləri:
- Çox miqdarda ifrazat ilə müşahidə olunan vaginal infeksiyalar (göbələk, bakteria, ibtidai) zamanı
- Bakterial vaginoz
- Uşaqlıq yolunun və boynunun eroziyası zamanı
- Antibiotik və hormonal kontraseptivlərin istifadəsi fonunda
- Menopauza dövrü. Dərman müalicəsi zamanı və aybaşıdan sonra sonra vaginal floranın bərpa etmək məqsəd ilə
- Hamiləlik zamanı vaginal infeksiyaların müalicəsi və profilaktikası
- Uşaqlıq yolunun quruluğu, qıcıqlanması zamanı
- Xoşagəlməz qoxu törədən ifrazatı xaric etmək məqsədilə
- Cinsi əlaqədən sonra intim gigiyena üçün
- Səyahət zamanı vaginal gigiyena
- Gigiyenik bezlərin istifadə zamanı yaranan qıcıqlanma
İstifadə qaydası və dozalanması:
3 gün ərzində *1 dəfə olmaqla istifadəsi məsləhət görülür
Əks göstərişləri:
preparatın komponentlərinə qarşı hiperhəssaslıq, orqan transplantasiyası əməliyyatı keçirmiş insanlar.
Buraxılış forması:
3 ədəd 100 ml flakon və 3 ədəd birdəfəlik aplikator.
Istehsalçı:
Ensa -Türkiyə