PEGANOP

Paylaş:

Ətraflı

Hər 50 q kremin tərkibi:

Adi üzərlik otunun duru ekstraktı (Peganum harmala herb soft extract) .....................200 mq

İstiotlu nanə yarpağının efir yağı (Mentha piperita leaf essential oil)......................... 150 mq

Dərman pişikotu kökünün duru ekstraktı (Valeriana officinalis root soft extract).......100 mq

Ətirşah kökünün efir yağı (Geranium thunbergii root essential oil)............................ 100 mq

Ürəkvari cökə çiçəyinin efir yağı (Tilia Cordata flower essential oil) .........................100 mq

Farmakoloji xüsusiyyəti:

Peganop krem sedativ, trankvilizator, spazmolitik, iltihabəleyhinə, mikrosirkulyasiyanı artıran, qıcolmaəleyhinə kimi istifadə olunur. Təsir effekti aktiv maddələrin dəridən nüfuz olunması ilə yanaşı qoxu mərkəzinə təsir etməsi ilə əlaqədardır.

Adi üzərlik otunun duru ekstraktının tərkibində olan harmalin, harmin, harmalol, peqanin alkaloidləri həyəcanı azaldan neyrotransmitterləri idarə etməklə və zədələnmiş sinir hüceyrələrini bərpa etməklə sinir keçiriciliyinə təsir edir, qıcolmaları, yuxusuzluğu və həyəcanı aradan qaldırır, sinir sisteminə sakitləşdirici təsir göstərir. Pеqanin hidroxloridin əzələ zəifliyinin (miopatiya və miastеniya) müalicəsi üçün istifadə еdilməsinə icazə vеrilmişdir.

Peganopun tərkibində olan bitkilər bir cox sinir və nevroloji xəstəliklərin müalicəsində əvəzsiz rol oynayır. Bu xəstəliklərdən biri də epilepsiyadır, yəni epileptik tutmalar. Sonradan qazanılmış epilepsiyaya doğuş və ya qəza vaxtı zədə almaq daxildir. Uşaqlarda bu xəstəlik zamanı beyinin normal bioaktivliyi pozulur. Epilepsiya uşaqlarda özünü tutmalarla (qıcolmalar) büruzə verir. Bu zaman onun bədənində qıcolmalar olur, o, dişlərini bir-birinə sıxır, bütün bədən gərginləşir, bəzi hallarda ağızdan köpük gəlir, əl və ayaqlar, bəzən isə bütün bədən gərilmiş vəziyyət alır və ya əksinə olaraq, uşağın bütün bədəni dartılır və qısa bir müddət ərzində sanki donmuş şəkildə qalır. Tutmalardan sonra uşaq yuxuya gedir və ayılandan sonra isə bəzi hallarda tutma zamanı nələr baş verdiyini xatırlamır Müalicə vaxtlı-vaxtında aparılmasa xəstəlik güclü hipoksiyaya məruz qalıb, beyindaxili hüceyrələri məhv edib, xəstənin ölümünə səbəb ola bilər. Adi üzərlik otunun duru ekstraktı dəridən sorularaq sistem qan dövranına daxil olur, və orqanizmə paylanır. Qoxu reseptorlarına təsir edərək tez effekt verir.

Dərman pişikotu kökünün duru ekstraktı sinir oyanıqlığında, yuxusuzluqda, ürək nevrozlarında, qan damarlarının spazmında, hipertoniya, miqren və isterik vəziyyətlərdə olduqca effektlidir.

İstiotlu nanə yarpaqlarının efir yağı əhval-ruhiyyəni artırmaq, ruh yüksəkliyi yaratmaq qabiliyyətinə malikdir. İltihabi proseslərdə, baş ağrılarında, əzələ spazmlarında, köp zamanı effekti danılmazdır. İstiotlu nanədə əsas təsiredici maddə mentoldur. Dəriyə sürtmə zamanı mentol sinir uclarını qıcıqlandıraraq soyuqluq və sancma hissi əmələ gətirir. Soyuqluq reseptorlarının oyanması ilə səthi damarlar yığılır və reflektor olaraq daxili orqanların damarları genişlənir. Stenokardiya zamanı mentolun təsiri ilə ağrının azalması bununla izah olunur. Mentol, həmçinin, yüngül yerli anesteziyaedici təsirə malikdir. Mentol mədə-bağırsaq selikli qişasının reseptorlarını qıcıqlandırmaqla peristaltikanı gücləndirir.

Ətirşah kökünün efir yağı sinir sistemi hüceyrələrini möhkəmləndirir, qan dövranını yaxşılaşdırır, tonuslaşdırıcı təsirə malikdir. Tərkibində çox sayda aktiv maddələr var ki, mədə-bağırsaq traktının işinə antiinflamator təsir göstərir. Alkaloidlər- hemostatik, analqezik, antosiyanidlər- bakterisid, flavonoidlər - qan damarlarının möhkəmlənməsinə, tonusuna və elastikliyinə cavabdehdir. Bundan əlavə ətirşah kökünün efir yağı radikulit və osteoxondrozun müalicəsi, yuxunun yaxşılaşdırılmasına və migrendən qurtulmaq üçün istifadə olunur.

Ürəkvari cökə çiçəyinin efir yağının tərkibində farnesol, glikozidlər, flavonoidlər, taninlər və tanin turşuları kimi bir çox dərman maddəsi var. Güclü bir rahatlayıcı təsirə malikdir, dərin və sağlam yuxunu təmin edir. Sinir sisteminə tunuslandırıcı təsir edir, baş ağrısını, miqreni, nevralgiyanı və başgicəllənməni aradan qaldırır. Cökə çiçəyinin efir yağı mədə - bağırsağın spastik ağrıları zamanı yerli istifadə olunur.

Göstərişlər:

• Həyacan, Əsəbilik, Gərginlik, Yuxusuzluq

• Nevroz, Stress

• Mədə-bağırsaq traktının spastik ağrıları (qarın nahiyəsinə yerli olaraq)

• Baş ağrıları, miqren

• Yerli olaraq osteoxondroz və radikulit

• Tutmalar, qıcolma

İstifadə qaydası:

Uşaqlara doğulan gündən etibarən və böyüklərə krem gündə 3 dəfə, sağlam dəri səthinə (boğazaltı sinə nahiyəsinə) masaj şəklində istifadə olunur. Ağrılar zamanı ağrı ocağının üzərinə sağlam dəri səthinə.

Kremin istifadəsi üçün yaş həddi yoxdur. İstifadə müddəti bir ay davam edir, lakin həkimin göstərişi ilə 2 – 3 ay davam edə bilər.

Əks göstərişlər: Tərkibindəki bitkilərdən hər-hansısa birinə qarşı yüksək həssaslıq.

Buraxılış forması: 50 q krem

İstehsalçı: Ensa MNS - Türkiyə.