PEGANOP

Paylaş:

Ətraflı

Tərkibi:                                                                                                                                                    

Hər 1 ml-ə daxildir:

Peganum harmala ekstraktı ................................100 mq

Valerian ekstraktı............................................... 10 mq

Farmakoloji xüsusiyyəti:

Preparatın tərkibindəki Peganum harmala bitkisinin ekstraktının tərkibində olan harmalin, harmin, harmalol, peqanin alkaloidləri həyəcanı azaldan neyrotransmitterləri idarə etməklə və zədələnmiş sinir hüceyrələrini bərpa etməklə sinir keçiriciliyinə təsir edir, sinir iflicini, qıcolmaları, yuxusuzluğu və həyəcanı aradan qaldırır, sinir sisteminə sakitləşdirici təsir göstərir.Müasir tibbdə müxtəlif sinir sistemi xəstəliklərində - xüsusilə epilepsiyada, parkinsonizmdə, eləcə də еpidеmik və lеtargiyalı еnsеfalitin ağırlaşmalarında istifadə еdilir. Pеqanin hidroxloridin əzələ zəifliyinin (miopatiya və miastеniya) müalicəsi üçün istifadə еdilməsinə icazə vеrilmişdir.Valerian bitkisinin ekstraktının sinir oyanıqlığında, yuxusuzluqda, ürək nevrozlarında, qan damarlarının spazmında, hipertoniya, miqren və isterik vəziyyətlərdə olduqca effektlidir.

Peganopun tərkibində olan bitkilər bir cox sinir və nevroloji xəstəliklərin müalicəsində əvəzsiz rol oynayır. Bu xəstəliklərdən biri də epilepsiyadır, yəni epileptik tutmalar. Epilepsiya ən qədim xəstəliklərdən biridir. ABŞ-da 4 milyon, dünyada isə 100 milyondan çox insanın əziyyət çəkdiyi epilepsiya milyon illərdir tibb elmində ən çox yayılan xəstəliklər sırasında birinci yerdədir. Epilepsiya baş-beynin xəstəliklərinə aiddir. Beyində olan sinir hüceyrələrinin ani boşalması nəticəsində yaranır. Bu zaman beyin daxilində qıcolmalar baş verir. Əsas aparıcı əlaməti tez-tez xəstədə epileptik tutmaların olmasıdır. Epilepsiyanın iki forması olur: irsi-genetik faktor və sonradan qazanılmış. Sonradan qazanılmış epilepsiyaya doğuş və ya qəza vaxtı zədə almaq daxildir. Uşaqlarda bu xəstəlik zamanı beyinin normal bioaktivliyi pozulur. Epilepsiya uşaqlarda özünü tutmalarla (qıcolmalar) büruzə verir. Bu zaman onun bədənində qıcolmalar olur, o, dişlərini bir-birinə sıxır, bütün bədən gərginləşir, bəzi hallarda ağızdan köpük gəlir, əl və ayaqlar, bəzən isə bütün bədən gərilmiş vəziyyət alır və ya əksinə olaraq, uşağın bütün bədəni dartılır və qısa bir müddət ərzində sanki donmuş şəkildə qalır. Tutmalardan sonra uşaq yuxuya gedir və ayılandan sonra isə bəzi hallarda tutma zamanı nələr baş verdiyini xatırlamır Müalicə vaxtlı-vaxtında aparılmasa xəstəlik güclü gepaksiyaya məruz qalıb, beyindaxili hüceyrələri məhv edib, xəstənin ölümünə səbəb ola bilər.

Göstərişlər:

PEGANOP epilepsiyanın və bir cox sinir mənşəli xəstəliklərin müalicəsində istifadə olunur.

- Ürəkgetmələr və epileptik tutmalar;
- Parkinsonizmin fəsadlarının müalicəsi;
- Nevroz, nevrasteniya,qıcolmalar;
- Hiperaktiv uşaqlar, gecə enurezi;
- Sinir iltihabı və nevrasteniya;
- Astenik vəziyyətlər, beyin qan damar keçməməzliyi;
- Stress və sinir gərginliyi;
- Nevritlər, halsızlıq,yuxusuzluq;
- Həyacan, əsəbilik, gərginlik, sidik qovucu;


Qəbul qaydası:

Preparat gündə 3 dəfə, daxilə qəbul olunur.

        0-6 ay: 10-15 damcı;

        6-12 ay: 15-20 damcı;    

        1-3 yaş: 25-30 damcı;

        3-6 yaş: 30-35 damcı;

        6 yaşdan yuxarı uşaqlarda, boyüklərdə və hamilə qadınlarda 35-50 damcı.

Müalicə kursu bir ay davam olunur. 10 günlük fasilədən sonra 2-ci və 3-cü müalicə kursları davam etdirilməlidir.

İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL YAXŞI ÇALXALANMALIDIR.

Əks göstərişlər:

Tərkibindəki bitkilərdən hər-hansısa birinə qarşı yüksək həssaslıq.

Buraxılış forması:  

50 ml-lik damcıladıcı flakon, içlik vərəq ilə birlikdə, karton qutuda              

İstehsalcı: Zeyus İlac Türkiyə