PELAS

Paylaş:

Ətraflı

Tərkibi:
Adaçayı yarpağı ekstraktı ..............2 mq
Kəklikotu ekstraktı .........................2 mq
Çaytikanı yağı ................................. 2 mq
Palıd qabığı ekstraktı .................. 0,8 mq
Gülümbahar çiçəkləri ekstraktı .... 1 mq
Farmakoloji xüsusiyyətləri:
PELAS burun və ağız boşluğu infeksiyalarının aradan qaldırılması üçün vasitədir. Dezinfeksiyaedici, ağrıkəsici, iltihab əleyhinə, antibakterial, antivirus, yerli keyləşdirici, spazmolitik, ödem əleyhinə, yerli immunostimulyator yarasağaldıcı təsir edir. Gülümbahar çiçəkləri ekstraktı burun boşluğunun selikli qişasında qədəhəbənzər hüceyrələrdən seliyin ifraz olunmasını asanlaşdırır və seliyin durulaşmasını təmin edir. Səyirici epitelin hərəkətliliyini artıraraq seliyin xaric olunmasını sürətləndirir. Burunun selikli qişasının şişkinliyini aradan qaldıraraq, burun tənəffüsünü asanlaşdırır. Yuxarı tənəffüs yollarının selikli qişasından allergenlərin, eləcə də virusların və bakteriyaların yuyulub xaric olmasını asanlaşdırır. Burunun selikli qişasının baryer funksiyasını gücləndirir, yaraların sağalmasını sürətləndirir. Bundan başqa yuxarı tənəffüs yollarının müxtəlif xəstəliklərində, əsasən də qrip, zökəm, tonzillit, angina, faringit və laringit zamanı istifadə olunan PELAS spreyinin tərkibində palıd qabığı da var. Ona görə də antiseptik, iltihab əleyhinə və selikli qişalara büzücü təsir göstərərək infeksiyaların artıb-çoxalmasının qarşısını alır. Tərkibindəki adaçayı yarpağı ekstraktı və kəklikotu ekstraktı sineol ilə zəngin olduğu üçün antiseptik və iltihab əleyhinə təsir göstərir. Ağız boşluğunun selikli qişasında səthi eroziyalar əmələ gətirən virus və bakteriyaları məhv edir. Ağız boşluğunda bütün növ patogen mikrofloraya təsir edir. Eyni zamanda spazmolitik, sakitləşdirici təsir göstərir, həm də ağızdan xoşagəlməz qoxunun gəlməsinin qarşısını alır. Çaytikanı yağı virus əleyhinə aktivliyə malikdir. Regenerasiyaedici və güclü iltihab əleyhinə təsirlər göstərir. Çaytikanı yağı ağız və burunun selikli qişalarında yaranan müxtəlif etiologiyalı (yaralar, radiasiya, yanıqlar, xoralar) zədələnmələrə qarşı bərpaedici prosesləri stimullaşdırır. Çaytikanı yağı, sinusit, adenoidlər, faringit və poliplərdə istifadə olunaraq xorultudan qurtulmağa, selikli qişanı nəmləndirməyə kömək edir.
İstifadəsinə göstərişlər:
- Burun boşluğu, burun ətrafı ciblər, burun-udlağın kəskin və xroniki iltihabi xəstəliklərinin profilaktika və kompleks müalicəsində
- Kəskin və xroniki rinitlər, allergik rinitlər
- Haymorit, frontit, adenoidit
- Burun və boğazda aparılmış cərrahi əməliyyatlardan sonrakı bərpa dövrü
- Kəskin respirator virus infeksiyaları
- Burun çəpəri əyriliyi
- Müxtəlif mənşəli nəfəsalmanın çətinləşməsi
- Ağız boşluğunun gigiyenası
- Stomatit, gingivit, parodontit
- Angina tonzillit, laringit, faringit
- Qıcıqlandırıcı quru öskürək
- Diş ərpləri, diş daşları, diş çəkildikdən sonra
- Halitoz (ağızdan xoşagəlməz qoxu)
İstifadə qaydası və dozası:
Buruna: 1- 7 yaş 1-2 damcı * 2-4 dəfə, 7 yaşdan yuxarı uşaqlar və böyüklər 2-3 damcı * 3-5 dəfə burun boşluğunun hər iki yoluna.
Boğaza: 1-7 yaş 3-5 püskürtmə*2-3 dəfə, 7 yaşdan yuxarı uşaqlar və böyüklər 3-5 püskürtmə *3-5 dəfə Buraxılış forması: 30 ml sprey şüşə flakonda sprey başlıq və damcıladıcı ilə birlikdə istifadəsinə dair təlimatla karton qutuda qablaşdırılıb.
İstehsalçı: FITO LAB, MMC.