RESTOMİX (Sedativ)

Paylaş:

Ətraflı

Hər 5 ml siropun tərkibi:

Ürəkvari cökə çiçəyi (Tilia cordata flower)-----------------------250 mq

Aptek çobanyastığı çiçəkləri (Matricaria chamomilla flowers) ---250 mq

İstiotlu nanə yarpaqları (Mentha piperita leaf ) ----------------------200 mq

Vitamin B6  ------------------------------------------------------------------2 mq

Vitamin B5 -----------------------------------------------------------------10 mq

Farmokoloji xüsusiyyəti:

Restomix kombinəolunmuş sedativ, sakitləşdirici, yuxugətirici, spazmolitik, neyrotrop preparatdır.

Ürəkvari cökə çiçəklərinin sakitləşdirici təsiri, xüsusi benzodiazepin reseptorları ilə qarşılıqlı əlaqəsi və nəticədə mərkəzi inhibe proseslərində iştirak edən əsas neyrotransmitter GABA aktivliyinin artması ilə əlaqədardır.

Aptek çobanyastığı çiçəyi – tərkibində xrizin var ki, sinir sisteminin sakitliyi üçün faydalıdır. Çobanyastığı narahatlıqda, həyacan və qorxuda, isterik vəziyyətlərdə, yuxu pozuntusunda köməkçi vasitə olaraq geniş istifadə olunur.

İstiotlu nanə yarpaqları– sinirlərin sakitləşdirilməsində, stressə davamlılığın artmasında, mədə bağırsaq traktının spazmlarında istifadə olunan bioloji aktiv maddədir.

Bvitamini (piridoksin)  koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasının maddələr mübadaləsinin tənzimlənməsini həyata keçirir. Mədə-bağırsaqlardan maqneziumun sürətli sorulmasını və hüceyrələrə toplanmasını şərait yaradır.

Bvitamini (pantoten turşusu) MSS mediatoru olan asetilxolinin sintezində iştirak edərək, sinir impulslarının ötürülməsini yaxşılaşdırır.  B5 vitamin azlığı yorğunluq, depresiya, yuxu pozuntusu, baş ağrısı, hissiyət pozuntusu ilə xarakterizə olunur.

İstifadəsinə göstərişlər:

  • Yüksək sinir oyanıqliğı
  • Həyəcan və qorxu halları
  • Yuxusuzluq, hiperaktivlik
  • Qastrointestinal spazm, spastik kolit, pilorospazm
  • Qıcıqlanmış bağırsaq sindromu
  • Kardionevroz, taxikardiya, xroniki yorğunluq
  • Fiziki və psixi tükənmə, asteniya,
  • Əzələ gərginliyi
  • Neyrosirkulyator distoniya

Əks göstərişlər: tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Profilaktik məqsəd ilə:

4-14 yaş uşaqlara 2 ml gündə 1 dəfə

14 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml gündə 1 dəfə tövsiyə olunur. Digər hallarda həkim məsləhətiylə təyin olunur.

Buraxılış forması: 120 ml şərbət.

İstehsalçı: Pharmanor İlaç – TÜRKİYƏ.