RESTOMİX (Sedativ)

Paylaş:

Ətraflı

Hər 5 ml siropun tərkibi:

Ürəkvari cökə çiçəyi (Tilia cordata flower)--------------------------250 mq

Aptek çobanyastığı çiçəkləri (Matricaria chamomilla flowers) ---250 mq

İstiotlu nanə yarpaqları (Mentha piperita leaf ) ----------------------200 mq

Vitamin B6  ------------------------------------------------------------------2 mq

Vitamin B5 -----------------------------------------------------------------10 mq

 

Farmokoloji xüsusiyyəti:

Restomix kombinəolunmuş sedativ, sakitləşdirici, yuxugətirici, spazmolitik, neyrotrop preparatdır.

Ürəkvari cökə çiçəklərinin - sakitləşdirici təsiri, xüsusi benzodiazepin reseptorları ilə qarşılıqlı əlaqəsi və nəticədə mərkəzi inhibe proseslərində iştirak edən əsas neyrotransmitter GABA aktivliyinin artması ilə əlaqədardır.

Aptek çobanyastığı çiçəyi – tərkibində xrizin var ki, sinir sisteminin sakitliyi üçün faydalıdır. Çobanyastığı narahatlıqda, həyacan və qorxuda, isterik vəziyyətlərdə, yuxu pozuntusunda köməkçi vasitə olaraq geniş istifadə olunur.

İstiotlu nanə yarpaqları – sinirlərin sakitləşdirilməsində, stressə davamlılığın artmasında, mədə bağırsaq traktının spazmlarında istifadə olunan bioloji aktiv maddədir.

Bvitamini (piridoksin) - koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasının maddələr mübadaləsinin tənzimlənməsini həyata keçirir. Mədə-bağırsaqlardan maqneziumun sürətli sorulmasını və hüceyrələrə toplanmasını şərait yaradır.

Bvitamini (pantoten turşusu) - MSS mediatoru olan asetilxolinin sintezində iştirak edərək, sinir impulslarının ötürülməsini yaxşılaşdırır.  B5 vitamin azlığı yorğunluq, depresiya, yuxu pozuntusu, baş ağrısı, hissiyat pozuntusu ilə xarakterizə olunur.

Göstərişlər:

  • Yüksək sinir oyanıqlığı
  • Həyəcan və qorxu halları
  • Yuxusuzluq, hiperaktivlik
  • Qastrointestinal spazm, spastik kolit, pilorospazm
  • Qıcıqlanmış bağırsaq sindromu
  • Kardionevroz, taxikardiya, xroniki yorğunluq
  • Fiziki və psixi tükənmə, asteniya
  • Əzələ gərginliyi
  • Neyrosirkulyator distoniya

 

İstifadə qaydası və dozası:

Profilaktik məqsəd ilə:

4-14 yaş uşaqlar 2 ml gündə 1 dəfə

14 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml gündə 1 dəfə tövsiyə olunur. Digər hallarda həkim məsləhəti ilə təyin olunur.

Əks göstərişlər: tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

Buraxılış forması: 120 ml şərbət.

İstehsalçı: Pharmanor İlaç – TÜRKİYƏ.