SİNLON sinbiotik

Paylaş:

Ətraflı

Hər bir kapsulun tərkibi;

 

Lactobacillus Sprogenus..........................................150 milyon

Lactobacillus Rhamnosus........................................200 milyon

Lactobacillus Casei..................................................200 milyon

Lactobacillus Plantarum..........................................200 milyon

Lactobacillus Bulgaricus.........................................150 milyon

Bifidobacterium Longum........................................100 milyon

Bifidobacterium Breve............................................100 milyon

Bifidobacterium İnfantis.........................................100 milyon

Streptococcus Thermophlus....................................150 milyon

Lyzosyme……………………………...................…….20 mq

Fos…………………….………………...................….100 mq

 

Farmokoloji xüsusiyyətləri :

 

SİNLON bağırsaq pozğunluqlarının və diareyaların profilaktikası və müalicəsində istifadə olunur. SİNLON - un tərkibində canlı bakteriya ailəsindən olan Lactobacilluslar və Bifidobacteriumlar vardir ki, bu bakteriyalar bağırsaq florasını tam bərpa edir. Lactobacillus (sprogenus,rhamnosus,casie,plantarum,bulgarikus) normal bağırsaq mikroflorasının əsas hissəsini təşkil edir.Sirkə turşusu və süd turşusu ifraz edərək bağırsaqda turş mühüt yaradır ki, buda pathogen mikroorqanizimlərə məhvedici təsir göstərir və həzm fermentlərinin təsiri üçün optimal şərait yaradır. Süd turşusu bakteriyalarının ifraz etdiyi fermentlər həzm prosesində iştirak edir, həzmi və qidalı maddələrin mənimsənilməsini yaxşılaşdırır. Bağırsaqlarda B1,B2,B6,B12,K vitaminləri və aminturşuları sintez edir və calsiumun sorulmasını təmin edir. Qəbizlik, diareya və köpün qarşısını alır. Bifidobacterium (Longum,Breve,İnfantis) bakteriyalar patogen ştamlara (stafilokoklar, protey, enteropatogen bağırsaq çöpü, şigella,maya göbələyi.) qarşı yüksək antaqonistlik effektə malikdirlər.Bağırsaq və uşaqlıq yolunun mikroflorasını tənzimləyir,qoruyucu funksiyasını və mübadilə prosesini bərpa edir.Uşaqlarda normal bağırsaq florasının 80-90% ni təşkil edir. Bağırsaq divarında qoruyucu baryer yaradır, toksinlərin və mikrobların qana sorulmasının qarşısını alır. Bifidobacteriyalar aminturşuları, zülallar, B qrupu və K vitaminlərinin sintezində iştirak edir. Streptococcus Thermophlus Bağırsaqlarda normal floraya daxil olan mikroorqanizimlər tərəfindən parçalanır və onlar üçün qidalı mühüt təmin edərək normal mikrofloranın inkişafını təmin edir.Yoğun bağırsaqda laktobakteriyalar və bifidobakteriyalar tərəfindən enerji kimi istifadə olunur.Vitamin və mineralların sorulmasında iştirk edir. Lyzosyme-Lizosim enzimləri bakteriyaların hüceyrə divarındakı komponentlərindən N-asetil muramik asit və N-asetil qlikazamin arasındakı B-bağlarını parçalayaraq bakteriya hüceyrəsini lizisə uğradır.Qram (+) bakteriyaların hüceyrə divarında peptidoqlükanlar qram (-) bakteriyalara görə daha cox açıq olduğu üçün daha asan bağlanır.Bu səbəbdən qram (+) bakteriyalara daha cox təsir göstərir.Lizosim bağırsağın yerli imunitetini gücləndirir.SİNLON preparatının tərkibindəki bakteriya kulturaları mikrokapsul formasında olub mədə şirəsinə qarşı davamlı olduğu üçün bağırsağa düşən zaman bakretiyalar öz həyat fəaliyyətini saxlamış olur.SİNLON preparatı orqanizimdə zərərli maddələrin toplanıb qalmasının qarşısını alır.Həzm olunmayan maddələrin orqanizmdən çıxarılmasını aktivləşdirir. SİNLON bağırsağın normal mikroflorasını bərpa etməklə yanaşı onun qorunub saxlanılmasınıda təmin edir.

FOS – bağırsağın normal mikroflorasının inkişafını və aktivliyini təmin edir. Çürümə prosesini azaldır və qıcqırmanı stimulə edərək, qida maddələrinin parçalanmasını artırır. Bağırsağın sorulma prosesini sürətləndirir.

 

 

 

Göstərişlər;

 

  • Müxtəlif mənşəli dizbakteriozlar.(antibiotikterapiya zamanı yaranmış diareyalar)
  • İltihabi bağırsaq xəstəlikləri.Müxtəlif mənşəli zəhərlənmələrdə.
  • Xroniki və kəskin bağırsaq infeksiyaları. Lyambiliozun və helmintozların kompleks müalicəsində
  • Dispepsiyalar (qəbzlik, ishal, metiorizm, qıcqırma, qusma, qarın nahiyəsində ağrı.)
  • Qarın boşluğunda aparılan əməliyyatlar.
  • Natamam və balanslaşmamış qidalanmada pəhrizin saxlanmasında.
  • Viruslu ishal (dizenteriya,salmonelyoz,eşerixioz.)
  • Uşaqlarda və böyüklərdə kəskin və xroniki diareyalarda. Hamiləlik zamanı yaranmış qəbzlik.

İstifadə qaydası və dozalanma:

Preparat yeməkdən sonra qəbul olunur.            

Profilaktik məqsədlə: 4 yaşa qədər həkim məsləhətiylə, 4-14 yaş  1 kaps. gündə 1 dəfə,14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 kapsul gündə 2 dəfə. Müalicə kursu; uşaqlarda 10-15 gün. Böyüklərdə 15-25 gün.

Uşaqlar kapsulu uda bilmədikdə kapsulu açıb tərkibini bir qadər maye (çay, şirə, su ) ilə qarışdırıb qəbul etmək olar. Hamilələr həkim göstərişinə əsasən qəbul edə bilər.

 

Əks göstərişləri: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

 

Saxlanma şəraiti: Preparat quru, qaranlıq, uşaqlar üçün əlçatmaz olan yerdə, 20 C dərəcə arası şəraitdə  saxlanılmalıdır.

 

Buraxılış forması: SİNLON karton qutuda 20 ədəd kapsul. 

 

İstehsalçı: Grikar Chemikal. İtaliya