Paylaş:
Hər kapsulun tərkibi:
Lactobacillus Sporogenes........................................150 milyon
Lactobacillus Rhamnosus........................................200 milyon
Lactobacillus Casei...................................................200 milyon
Lactobacillus Plantarum..........................................200 milyon
Lactobacillus Bulgaricus..........................................150 milyon
Bifidobacterium Longum.........................................100 milyon
Bifidobacterium Breve.............................................100 milyon
Bifidobacterium İnfantis..........................................100 milyon
Streptococcus Thermophilus...................................150 milyon
Lysozyme……………………………......................…….20 mq
FOS…………………….…..…………......................….100 mq
Farmakoloji xüsusiyyətləri:
SİNLON kombinə olunmuş sinbiotik olub, bağırsaq mikroflorasının bərpasını və inkişafını təmin edir. SİNLON-un tərkibində canlı bakteriya ailəsindən olan Lactobacilluslar və Bifidobacteriumlar vardır ki, bu bakteriyalar bağırsaq florasını tam bərpa edir. Laktobakteriyalar və bifidobakteriyalar - qram-müsbət anaerob mikroorqanizmlər olub, bağırsağın normal mikroflorasının 90%-ni təşkil edir. Bağırsaq mikroflorası immun sistemin inkişafı və tam formalaşması, həzm prosesinin normal getməsi üçün vacibdir. Bifidobakteriyalar və laktobakteriyalar orqanizmi patogen və şərti-patogen mikroorqanizmlərdən qoruyur. Belə ki, bifidobakteriyalar və laktobakteriyalar öz divarında olan qlikolipidlər hesabına bağırsağın selikli qişası üzərində qoruyucu örtük əmələ gətirirlər. Bağırsaqların dezinfeksiyasını təmin edən H2O2-nin sintezində iştirak edirlər. Laktobakteriyalar və bifidobakteriyalar rotaviruslara və hemolitik bağırsaq çöplərinə qarşı güclü təsir göstərirlər. Bağırsaqlarda turş mühitin formalaşması patogen və şərti-patogen mikroorqanizmlərin inkişafı üçün əlverişsiz mühitin yaranmasına səbəb olur. Süd turşusu bakteriyaları monosaxaridlərin sorulmasında və öd turşularının metabolizmində iştirak edir, bağırsaqların epitel hüceyrələrinin membranlarını stabilləşdirməklə elektrolitlərin və vitaminlərin (Vitamin B1, B2, B6, B12, K, E, PP, C, D, biotin, dəmir, kalsium) sorulmasını sürətləndirir. Streptococcus Thermophilus - bağırsaqlarda normal mikrofloraya daxil olan mikroorqanizmlər tərəfindən parçalanır və onlar üçün qidalı mühit yaradır. Lysozyme - Lizosim enzimləri bakteriyaların hüceyrə divarındakı komponentlərindən N-asetil muramik asit və N-asetil qlikazamin arasındakı B-bağlarını parçalayaraq bakteriya hüceyrəsini lizisə uğradır. Lizosim bağırsağın yerli immunitetini gücləndirir. FOS - bağırsağın normal mikroflorasının inkişafını və aktivliyini təmin edir. Çürümə prosesini azaldır və qıcqırmanı stimulə edərək, qida maddələrinin parçalanmasını artırır. Bağırsağın sorulma prosesini sürətləndirir.
SİNLON-un tərkibindəki bakteriya kulturaları mikrokapsul formasında olub, mədə şirəsinə qarşı davamlı olduğu üçün bağırsağa düşən zaman bakteriyalar öz həyat fəaliyyətini saxlamış olur. SİNLON orqanizmdə zərərli maddələrin toplanıb qalmasının qarşısını alır. Həzm olunmayan maddələrin orqanizmdən çıxarılmasını aktivləşdirir. SİNLON bağırsağın normal mikroflorasını bərpa etməklə yanaşı onun qorunub saxlanılmasını da təmin edir. SİNLON-un tərkibindəki ştammlar antibiotiklərə tolerant olduğu üçün antibiotiklərdən sonra qəbul etdikdə onların yan təsirlərini aradan qaldırır. Tərkibində laktoza və qlüten olmadığına görə allergik reaksiya törətmir, əksinə allergik xəstəliklərin profilaktika və müalicəsində tətbiq olunur.
Göstərişlər:
İstifadə qaydası və dozalanma:
Profilaktik məqsədlə: 4 yaşa qədər həkim məsləhəti ilə,
4-14 yaş 1 kapsul gündə 1 dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 kapsul gündə 2 dəfə. Müalicə kursu: Uşaqlar 10-15 gün, böyüklər 15-25 gün.
Preparat yeməkdən sonra qəbul olunur.
QEYD: Uşaqlarda kapsulu açıb, tərkibini bir qadər maye (çay, şirə, su) ilə qarışdırıb qəbul etmək olar. Hamilələr həkim göstərişinə əsasən qəbul edə bilər.
Əks göstərişləri: Tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
Saxlanılma şəraiti: Sinlon quru, qaranlıq, uşaqlar üçün əlçatmaz olan yerdə, 200C temperaturda saxlanılmalıdır.
Buraxılış forması: SİNLON karton qutuda 20 ədəd kapsul.
İstehsalçı: Grikar Chemikal. İtaliya