SİSTOLESS

Paylaş:

Ətraflı

Hər bir tabletin tərkibi:

Mərcani meyvəsinin quru ekstraktı (vaccinum macrocarpon)………………………..…80 mq

Qurudulmuş qarğıdalı saçağının tozu quru ekstraktı (Zea mays).......................…...…....80 mq

Çobanyastığı çiçəyinin quru ekstraktı (matricaria recutita).........……………...……...…80 mq

Maqnezium sitrat (magnesium citrates)........……………………………….....................80 mq

Böyrəkotu yarpağının quru ekstraktı (ortosiphon stamineus)……………....………..…100 mq

Farmakoloji xüsusiyyəti:

Sistoless bitki tərkibli kombinə olunmuş preparat olub diuretik, litolitik, spazmolitik, iltihabəleyhinə, antibakterial, öd qovucu və antioksidant təsirlərə malikdir. Orqanizmdən ağır metal duzlarının, toksinlərin, sidik turşusunun eliminasiyasını təmin edir.

Mərcani meyvəsinin quru ekstraktı sidik çıxarıcı yolların iltihabi xəstəliklərində effektiv rolu insanlara çoxdan məlum idi. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, quşüzümü ekstraktı tərkibində bir sıra bioloji aktiv maddələr saxlayır: Proantosianid (PAC), Ursol, Benzoy turşusu, Fenol birləşmələri, Hidroxinon törəmələri, flavonoidlər, vitaminlər (C, B1, B2, karotin) və makro və mikroelementlər (Fe, Mn, Zn, Cr, Co, Cu). PAC – antiadgeziv, iltihab əleyhinə, immunstimuləedici təsir göstərir. Urobakteriyaların adhezin P və fimbriyalarını ingibə edərək hüceyrə membranlarının strukturunu pozur. Urobakteriyaların sidik yolları epitelinə yapışmasının qarşısını alır, yəni antiadgeziv təsir göstərir. Selikli qişada prostoqlandin sintezini ingibə edərək iltihab əleyhinə təsir göstərir, sidik yollarında olan iltihabı aradan qaldırır. İmmuniteti gücləndirərək kanserogen maddələrə və viruslara qarşı müqaviməti artırır. Ursol və Benzoy turşuları - mühitin PH-ı turşuluğa doğru dəyişdiyinə görə urobakteriyaların inkişafının qarşısını alır, uroantiseptik təsir göstərir. Fenol birləşmələri, üzvi turşular, C vitamini - E.coli, Staphylococcus aureus, Clebsiella pneumonia, Pseudomonas aeruginosa, Proteus mirabilis bakteriyalarına qarşı bakterisid təsir göstərir. Hidroxinon törəmələri - Sidikqovucu təsirə malikdir, vezikoureteral reflüks, prostat vəzinin hiperplaziyası zamanı sürətlənən çökmə və daşəmələgəlmə prosesini ləngidir. Mərcanı ekstraktı mədəaltı vəzin funksiyasını stimulə edir, diabetli xəstələrdə istifadəsi məsləhət görülür, şiş hüceyrələrinin yaranmasını və inkişafını törədən fermentləri inaktivləşdirərək şiş hüceyrələrinin əmələ gəlmə və böyüməsinin qarşısını alır.

Qarğıdalı saçağının quru ekstraktı (Zea mays L.) – tərkibində acı qlikozid maddələr, saponin, efir yağları vardır. Bunların sayəsində qarğıdalı saçağı sidikqovucu, ödqovucu, iltihab əleyhinə və qan saxlayıcı xüsusiyyətlərə malikdir. Həmçinin, qarğıdalı saçağı öd ifrazını sürətləndirərək, onun yapışqanlığını və sıxlığını azaldır, qanda protrombinin miqdarını artırır.

Çobanyastığı çiçəyinin quru ekstraktı tərkibindəki xamazulen və matrisin iltihab əleyhinə, sakitləşdirici və lokal anestezik xüsusiyyətlərə malikdir. xamazulen hətta antiallergik xüsusiyyətlərə malikdir və immunitet sisteminin funksiyasını aktivləşdirir. Apigenin, apiin və herniarin spazmolitik fəaliyyətə malikdir , sidikçıxarıcı yolların və bağırsaq spazmlarını aradan qaldırır. Sidiyin passajını təmin edir. Sistitdə və pielonefrittə, sidikdaşı xəstəliyində əvəzolunmazdır.

Maqnezium sitrat – sidikdə duzların həll olunmuş halda qalmasını təmin edərək böyrəklərdə kristalların və böyrək daşlarının əmələ gəlməsinin qarşısını almış olur. Mg sidikdə 40% oksalat turşusu ilə biləşərək oksalat daşlarının əmələ gəlməsinin qarşısını alır.

Böyrəkotu yarpağının quru ekstraktı – kaliumla zəngin bitkidir. Yarpaqlarının tərkibində olan ortosifonin, alkaloidlər, efir yağları, saponinlər orqanizmdə alfa -amirin, beta -sitosterin və taninin miqdarını sürətlə artıraraq iltihab əleyhinə, sidikqovucu, ödqovucu, böyrək və öd daşlarına dağıdıcı təsir göstərir. Böyrəkotu ödem, albuminuriya, azotemiya və böyrək daşları ilə müşayiət olunan sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi proseslərində yüksək kliniki effektivlik göstərərək, adı çəkilən halların sürətli aradan götürülməsini təmin edir. Güclu sidikqovucu təsiri hesabına orqanizmdən sidik turşusu və xloridləri xaric edir. Böyrəkotu II və III tip ürək-damar çatışmazlığı zamanı kompleks müalicənin tərkibində təyini tövsiyyə edilir. Böyrəkotu ödem, albuminuriya, azotemiya və böyrək daşları ilə müşayət olunan sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi proseslərində yüksək kliniki effektivlik göstərərək, adı çəkilən halların sürətli aradan götürülməsini təmin edir.

Göstərişləri:

• Sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi xəstəlikləri.

• Uretrit , sistit, pielonefrit

• Böyrək və sidik kisəsinin daşları

• Nefrotik sindrom.

• Nefropatiya

Arteriyal II-III dərəcə ürək-damar çatışmazlığı (ürək glikozidləri ilə birgə).

Əks göstərişləri:

Tərkibindəki hər hansı bir komponentlərə qarşı hiper həssaslıq

Buraxılış forması: 30 tablet

İstifadə qaydası və dozalanma:

Profilaktik məqsədlə: 1 tablet gündə 1 dəfə. Dozalanma həkim məsləhətiylə korreksiya olunur

İstehsalçı: ENSA -Türkiyə