Paylaş:
Hər 5 ml siropun tərkibi:
Balıq yağı------------------------------------450 mq
Omeqa 3-------------------------------------375 mq
DHT------------------------------------------250 mq
L-Karnitin-----------------------------------500 mq
Vitamin C-------------------------------------50 mq
Vitamin A----------------------------------500 mkq
Vitamin D3------------------------------------5 mkq
Vitamin B2--------------------------------------1 mq
FARMAKOLOJİ TƏSİRİ: SPODİUM - Omeqa 3, balıq yağı, L-Karnitin və vitaminlərdən ibarət kompleks preparatdır. Dokozaheksaen (DHT) və eykozapentaen (EPT) turşularından ibarət omeqa 3 insan orqanizmində sintez olunmur, yalnız qida ilə daxil olur. İnsan beyninin 60 %-i müxtəlif yağlardan ibarətdir, bunlardan 30%-i yağ turşularının payına düşür. Spodiumun tərkibində yüksək miqdarda olan Dokozaheksaen turşusunu (DHT) beyin yağı adlandırırlar. Beynin boz maddəsinin neyronlarının əsas qurucu elementi olub, beynin funksional sinir sistemi üçün vacibdir. O sinir hüceyrələrinin (neyronlarının) membranının əsas tikinti materialıdır. DHT neyronları möhkəmləndirməklə birlikdə oyanma və ləngimə prosesini tənzimləyərək sinaps ötürücülüyünü artırıb, beyin demensiyası riskini azaldaraq yaddaşı yaxşılaşdırır, diqqət və konsentrasiya pozğunluğunu tənzimləyir. Uşaqların riyazi zəkasını artırır, oxuma-yazmasını və nitqini inkişaf elətdirir.
Vitamin C-güclü antioksidantdır. Zülal və lipid mübadiləsində iştirak edir. Orqanizmin müqavimətini yüksəldir, yaraların sağalmasını sürətləndirir. Vitamin A - qlikoproteinlərin biosintezində iştirak edərək selikli qişaların baryer funksiyasını gücləndirir, tənəffüs və mədə-bağırsaq sistemindən infeksiyaların orqanizmə daxil olmasının qarşısını alır. Dəri xəstəlikləri zamanı müsbət təsir göstərir. Görmə piqmentinin sintezində iştirak edir, gozün qaranlığa adaptasiyasını tənzimləyir. Vitamin D – Ca və P mübadiləsində iştirak edir. Nazik bağırsaqdan kalsium və fosforun mənimsənilməsini, böyrək kanalcıqlarından onların geri reabsorbsiyasini, qandan Ca-un sümüyə keçməsini təmin edir. Vitamin B2 ürək-damar sisteminin, tənəffüs və endokrin sisteminin fəaliyyətinə, görmə qabiliyətinə, sinir sisteminin işinə müsbət təsir göstərir. Ağız və gözün selikli qişasının zədələnməsinin qarşısın alır. L-Karnitin - uzunzəncirli yağ turşularını mitoxondri membranından daxilə keçirərək onların parçalanmasını və ATF-in sintezinə səbəb olur. Bu üsulla daha çox miqdarda enerji istehsal olunur ki, bu da hipoksiya vəziyyətində olan hüceyrələrdə oksigenin ekonomik istifadəsini təmin edir. Həzm şirələrinin sekresiyasını və fermentativ fəallığını artırır. L-karnitin antihipoksant, metabolik, energetik təsirlərə malikdir. Nəticə olaraq SPODİUM sinir sisteminin inkişafını təmin edir, yaddaş və qavrama qabiliyyətinin artmasına səbəb olur, emosional qeyri-stabilliyi, aqresiya və oyanıqlığı aradan qaldırır. Sinir hüceyrələrində keçiriciliyi yaxşılaşdırır, immun sistemi möhkəmləndirir, ürək-damar sisteminə və görmə qabiliyyətinə müsbət təsir edir. SPODİUM tərkibindəki komponentlərlə gözün torlu qişası və beynin boz maddəsinin hüceyrələrinin tərkib hissəsi olaraq, neyronlar arası impulsların keçiriciliyini təmin edir və bu səbəbdən beyin fəaliyyəti üçün əvəzolunmazdır. Orqanizmin inkişaf dövründə isə bu toxumaların fizioloji quruluşunu təmin etmək üçün əlavə Spodium qəbulu zəruridir
Göstərişlər:
İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL YAXŞI ÇALXALANMALIDIR.
İstifadə qaydası və dozalanma:
Profilaktik məqsədlə: 4 yaşa qədər həkim məsləhəti ilə, 4-14 yaş 2 ml gündə 1 dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml gündə 1 dəfə yeməkdən 30 dəqiqə sonra.
Əks göstərişlər: Tərkibindəki komponentlərdən hər hansi birinə yüksək həssaslıq.
Buraxılış forması: SPODİUM 150 ml sirop şüşə flakon karton qutuda.
İstehsalçı: ENSA Ilac, Türkiyə.