TENAT

Paylaş:

Ətraflı

Tərkibi:
Hər 30 ml-də:

Kolekalciferol (D3 vitamini)---------------------------------50000 BV

Farmakoloji xüsusiyyətləri: TENAT kalsium və fosfatların metabolizmini tənzimləyir, bu da skletin normal minerallaşma və böyümə proseslərinə imkan yaradır, dekalsifikasiyanın qarşısını alır. D vitamini və onun metobolitləri qanda spesifik alfa-qlobulinlə birləşir, piy və əzələ toxumlarında uzun müddət ərzində toplanır və həmin toxumalardan gec xaric olunur. Tenat mədə-bağırsaq traktından yaxşı sorulur, D vitamini qaraciyərdə və böyrəklərdə metobolizmə uğrayır. D vitamini və onun metobolitləri əsasən nəcislə, az miqdarda isə sidiklə xaric olur. D vitamini yağda həll olunduğu üçün orqanizimdə akkumulyasiya oluna bilir, buda artıq dozalanma və yüksək dozalarla uzunmüddətli müalicə zamanı toksik təsirlərə səbəb ola bilər. Böyrək çatışmamazlığı olan xəstələrdə, ürək, qlikozidlərlə müalicə olunan xəstələr ehtiyatla istifadə edilməlidir. Kalsium və fosfat göstəriciləri nəzarət altında saxlanılmalı və yumşaq toxumaların kalsifkasiya riski nəzərə alınmalıdır.

Göstərişlər:

- Malabsorbsiya olan xəstələrdə D vitamini çatışmamazlığının müalicə və profilaktikasında
- Uşaqlarda raxitin müalicəsi. D vitamini çatışmamazlığının müalicəsi
- D vitamini çatışmamazlığı ilə bağlı osteomalyasiyanın müalicəsi
- Kalsium və təyin olunan osteoporoz əleyhinə vasitələrlə birlikdə osteoporozun müalicəsində
- Sınıq riski yüksək olan xəstələrdə D vitamini catışmamazlığı zamanı
- İkincili hiperparatireoidizmin müalicəsi

Xüsusi göstərişlər:

- Preparat aşağıdakı hallarda diqqətlə istifadə olunmalıdır.

- İmmobilizasiya olunmuş xəstələrdə

- Benzotiadiazin törəmələri olan diuretiklərlə müalicə alan xəstələrdə

- Anamnezdə, böyrəklərdə daşları olan xəstələrdə

- Sarkoidoz olan xəstələrdə. Psevdohipoparatireoidizm olan xəstələrdə

Əks göstərişləri; D vitamininə qarşı yüksək həssaslıq. Ağır hipertoniya zamanı yüksək dozalarda uzunmüddətli müalicəsi, ciddi ateroskleroz, aktiv formada ağciyər vərəmi, D hipervitaminozu,  böyrəklərdə kalsium tərkibli daşlar zamanı.

İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL YAXŞI ÇALXALANMALIDIR.

İstifadə qaydası və dozalanma:

Profilaktik məqsədlə: 1.5 yaşa qədər uşaqlara həkim məsləhətiylə,1.5-4 yaş arası uşaqlara 1-2 damcı gündə 1 dəfə, 4-14 yaşlı uşaqlarda 2-4 damcı gündə 1 dəfə 14 yaşdan yuxarı uşaqlarda 5-6 damcı gündə 1 dəfə. Dozalanma həkim  məsləhətiylə korreksiya olunur

Saxlanma qaydası: Preparat quru, qaranlıq, uşaqlar üçün əlçatmaz yerdə, 25 C dərəcə arası şəraitdə  saxlanılmalıdır.

Buraxılış forması: TENAT 30 ml damcı şüşə flakon.

İstehsalçı: Zeyus ilac, Türkiyə