Paylaş:
Hər 1 şamın tərkibi:
Xlorheksidin hidroxlorid (Chlorhexidine hydrochloride) ………5 mq
Natrium hialuronat (Sodium hyaluronate) ……………………....5 mq
Bromelain (Bromelainum) ……..…………………………….…6 mkq
Sink oksid (Zinc oxide) …………………………………… …...20 mq
Aloe ekstraktı ( Aloe vera) ………………………………….......30 mq
Çobanyastığı ekstraktı (Chamomile) ……………………….…...20 mq
Farmakoloji xüsusiyyətləri:
UNİBET şamları uşaqlıq yolunun sağlamlığını, nəmliyini, təmizliyini saxlamaq üçün nəzərdə tutulan tibbi vasitədir. Antibakterial, antiprotozoy, iltihab əleyhinə, reparativ təsirlərə malikdir.
Xlorheksidin hidroxlorid - bir çox Qramm- Qramm + bakteriyalara, birhüceyrəlilərə, dermatofitlərə, maya göbələklərinə, həmçinin herpes virusuna qarşı aktiv olan antiseptik maddədir. Xüsusən xlorheksidinin təsirinə Trichomonas vaginalis, Gardnerella vaginalis, Escherichia coli, Treponema pallidum, Ureaplasma spp., Chlamidia spp., Staphylococcus spp., Streptococcus spp., Bacteroides fragilis, Neisseria gonorrhoeae ştamları daha həssasdır. Xlorheksidin intravaginal istifadə zamanı demək olar ki, sorulmur ancaq yerli təsir göstərir.
Natrium hialuronat- hialuron turşusunun natrium duzudur, hüceyrəarası matriksin əsas komponenti olaraq hüceyrələrin miqrasiyası, bölünməsi, differensiasiyası üçün fizioloji mühit və normal hüceyrə və toxuma homeostaz üçün optimal şərait yaratmağa kömək edir. Fibroblastların angiogenes və sintetik aktivliyə kollagen və elastinin hüceyrədənkənar sintez mərhələsində iştirak etməyə və endogen hialuron turşusunun yaranmasına şərait yaratmağa kömək edir. Toxumaların regenerasiyasını və zədələrin reparasiyasını (plastik funksiya) yaxşılaşdırır. Uşaqlıq yolunun turqorunu yaxşılaşdırır, dəri və epidermis üçün su deposu yaradaraq onların elastikliyinin artmasına kömək edir. Dərinin səthində bakterisid faktorların aktivləşməşində, bakteriyaların, virusların yayılmasının qarşısının alınmasında iştirak edir.
Hialuron turşusu çapıq toxumaların əmələ gəlməsinin qarşısını alır, deffektin yeni yaranmış toxuma ilə barabər dolmasına kömək edir.
Bromelain hüceyrəarası strukturların depolimerləşməsi və damar keçiriciliyinin azalması nəticəsində toxuma bərpa proseslərinin sürətləndirilməsində iştirak edir. Bromelain araxidon turşusunun metabolizmasını dəyişir (eksudatda prostaqlandin E2 və tromboksan B2 səviyyəsinin azalması) iltihabın və laxtalanmanın azalmasında iştirak edir.
Sink yerli olaraq iltihab və qıcıqlanmanın, eksudativ proseslərin azalmasına kömək edir, qıcıqlandırıcı amillərin təsirindən dəridə və selikli qişada qoruyucu örtük əmələ gətirir.
Aloe ekstraktı mükəmməl nəmləndirici və bakterisid xüsusiyyətlərə malikdir ki, bu da onu qadın reproduktiv sistemi problemləri üçün təsirli edir. Ginekologiyada aloe vulvit, vulvovaginit, servisit, uşaqlıq boynu eroziyasının kompleks müalicəsində fəal şəkildə istifadə olunur. Aloe uşaqlıq yolunun narahatlığını aradan qaldırır: quruluq, qaşınma, qıcıqlanma, iltihabı. Uşaqlıq yolunu yumşaldır, sağlam bakterial floranı və hormonal pozğunluqlar zamanı təbii yağlanmanın olmamasını bərpa edir.
Çobanyastığı ekstraktı - tərkibində efir yağları: levomenol, bisabolol oksid A, B, xamazulen, spatulenol; flavonoidlər - flavon qlikozidləri, kversetin, herniarin, hidroksikumarinlər daxil olmaqla iltihabın və ağrının azalmasına kömək edir. Xamazulen və efir yağları antioksidant olub, onkoloji xəstəliklər əleyhinədir. Toxuma regenerasiyası proseslərini yaxşılaşdırır, eroziyalara müsbət təsir göstərir. Ayrıca dezodoraedici və qaşınma əleyhinə effektə malikdir.
İstifadəsinə göstərişlər:
Əks göstərişlər:
Tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozalanması:
Gündə 1 dəfə uşaqlıq yoluna və ya düz bağırsağa istifadə olunur.
Buraxılış forması:
N 10 şam içlik vərəqi ilə birlikdə karton qutuda qablaşdırılmışdır.
İstehsalçı: “VERTEKS” Ukrayna