UNİKREM

Paylaş:

Ətraflı

Tərkibi:

Hər 50 ml kremin tərkibində vardır:

A vitamini (Retinolum)………………………400 TV

D3 vitamini (Colecalciferolum)………………200 TV

E vitamini (Tocopherolum)…………………..100 TV

Farmakoloji xüsusiyyətləri:

Unikrem tərkibində A, D3, E vitaminlə zəngin dəri qulluğu üçün nəzərdə tutulmuş tibbi vasitədir.

Onarıcı, iltihab əleyhinə və qaşınma əleyhinə təsir göstərir, keratinizasiya proseslərini normallaşdırır, dərinin qoruyucu funksiyasını artırır.

A vitamini dəri üçün çox faydalı bir vitamindir

- Hüceyrələrin yenilənməsində iştirak edir (problem: bişməcə, gec sağalan yaralar, hiperpiqmentasiya qırışlar,)

- Piy vəzilərinin işini tənzimləyir, məsamələri yığır (problem: sızanaq, qara nöqtələr)

- Dərinin möhkəmliyini və elastikliyini artırır (problem: qırışlar, quruluq)

D vitamini dəri sağlamlığını dəstəkləyir. Güclü antioksidantdır, dəri üzərində iltihabi sitokinləri azaldır, mikrosirkulyasiya prosesində və dəri yenilənməsində iştirak edir, dərinin qan dövranını yaxşılaşdırır. Atopik dermatit, psoriaz, ekzemada geniş istifadə olunur.

E vitamini yağda həll olunan vitamindir, A, D vitamin ilə birgə antioksidant olaraq hüceyrələri zərərli faktorlardan müdafiə edilməsinə kömək edir. Dəri gözəlliyində böyük rol oynayır, dərinin elastikliyinə, nəm və cavan qalmasına cavabdehdir.

Unikrem kremli baza sayəsində yağlı bir hiss buraxmır, asanlıqla sorulur və zəngin tərkibi sayəsində dərini xarici amillərin mənfi təsirlərindən qoruyur, qocalma prosesini ləngidir, dərinin elastikliyini, hamarlığını və gənc görünüşünü qoruyur.

İstifadəsinə göstərişlər:

- Bişməcə (atopik dermatit),

- Dermatitlər (neyrodermatit, dermatozlar

- Sızanaqlar, dəri çatları

- Psoriaz (sədəf)

- Gec sağalan dəri quruluğu (eroziyalar) ilə müşahidə olunan dəri xəstəlikləri (ixtioz

- Qlükokortikosteroidlərlə müalicə dayandırıldıqdan sonra

Əks göstərişlər:

Vasitənin tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Uşaqlara və böyüklərə gün ərzində 1-2 dəfə dəri üzərinə çəkilir.

Buraxılış forması: 50 ml krem .

İstehsalçı: Türkiyə.