UNİNOS

Paylaş:

Ətraflı

Tərkibi:

30 ml məhlulun tərkibi:

Dəniz duzu suyu (aqua mare sales)......... 2,1%

Qliserin (glycerinum) ..................................2%

Natrium benzoat (natrii benzoas) ............0,6%

 

Farmakoloji xüsusiyyətləri:

UNİNOS 2,1%-li hipertonik dəniz duzu suyu orqanizmin mayesinə yaxın tərkibə malikdir. Hipertonik dəniz suyunun tərkibi faydalı mikroelementlər ilə zəngindir: yod, kalium, maqnezium, natrium, kalsium, manqan, fosfor, dəmir, nikel, mis, oksigen, azot, neon və s.

2.1%-li hipertonik dəniz duzu məhlulunun absorbsiyaedici təsiri var. Hüceyrələrdən və damarlardan mayeni çıxarır. Beləliklə burunun selikli qişasının ödemini aradan qaldırır. Yerli qan dövranını gücləndirərək, burunun selikli qişasının funksiyalarını bərpa edir.

Natrium benzoat antiseptik, antibakterial, antifunqal təsir edir. Maya göbələyinə qarşı xüsusi həssaslığı var. Mikrob hüceyrəsinin ferment aktivliyini azaldır.

Qliserin burunun selikli qişasını nəmləndirir, yumşaldır, burun mənfəzində toplanmış möhtəviyyatın xaric olmasını stimulə edir.

UNİNOS 2,1%-li hipertonik dəniz duzu məhlulu, qliserin və natrium benzoat tərkibli ideal seçilmiş kombinasiya əsasında hazırlanmış burun spreyidir:

- burun mukozasını (selikli qişasını) nəmləndirir.

- burun keçəcəklərini təmizləyir, ödemini azaldır, nəfəsalmanı asanlaşdırır.

- qıcıqlanma və burun dekongestanları, burun kortikosteroidlərindən asılılıq halında burun mukozasının bərpasını təmin edir.

- quru burun simptomunun qarşısını alır.

- əməliyyatdan sonra burun mənfəzini sanasiya edir.

- burun boşluğunun iltihabını azaldır.

- əks təsir riski olmadan uzun müddət təhlükəsiz istifadə edilə bilər.

 

Göstərişlər:

  • Kəskin və xroniki sinusitlər (frontit, haymorit) zamanı.
  • Müxtəlif mənşəli rinit (infeksion, atrofik, infeksion-allergik).
  • Vazomator rinitin ağırlaşması zamanı.
  • Burun adenoidlərinin hipertrofiyası və orta qulağın infeksion-iltihabi xəstəliklərində
  • KRVİ yevstaxit zamanı (burun boşluğunun keçiriciliyini yaxşılaşdırmaq məqsədi ilə).
  • Burundan seliyin xaric olunması və tənəffüsün bərpa olunması.

 

İstifadə qaydası və dozalanma:

Uşaqlara hər burun dəliyinə 1 püskürtmə gündə 2-3 dəfə.

Böyüklər hər burun dəliyinə 2 püskürtmə gündə 2-3 dəfə.

Əks göstərişlər: Tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq.

Buraxılış forması: 30 ml sprey.

İstehsalçı: ENSA, Türkiyə.