UNIOX

Paylaş:

Ətraflı

Qulaq damcısı

Tərkibi:

Hər 20ml damcının tərkibində vardır:

Neem yağı (Azadirachta indica )………….....400 mq

Çay ağacı yağı (Melaleuca) ………………....250 mq

Zeytun yağı (Olea europaea) ………..............500 mq

Bor turşusu (Borici acidi)………………………3 mq

İslandiya yosunu ekst.(Cetrária islándica) ….250 mq

Sarımsaq ekstraktı (Állium satívum) …............75 mq

Soğan ekstraktı (Állium cépa) ………..........….75 mq

Vitamin E (Tocopherolum) ………………….150 mq

Farmakoloji xüsusiyyətləri:

Uniox bitki tərkibli islandiya yosunu, çay ağacı yağı, neem yağı, sarımsaq ekstraktı, zeytun yağı, soğan ekstraktı vitamin E-dən ibarət qulaq damcısıdır. Qulaq xəstəlikləri zamanı iltihabəleyhinə, antibakterial, antifunqal təsirlə malikdir.

Neem yağı 140-dan çox fərqli komponentdən ibarətdir və tərkibindəki ən yüksək azadiraxtin sayəsində bitki qabıqları və yarpaq ekstraktlarından daha güclü müalicəvi xüsusiyyətlərə malikdir. Neem yağının əsas komponentləri bunlardır: olein, palmitin, stearin, linol, araxidon turşuları, acı maddələr, kükürd tərkibli birləşmələr, təbii antibiotiklər, mis, alkaloid marqosin, sterollar, limonoidlər nimbin , azadiraxtin və s ... Zəngin tərkib sayəsində həm qram + həm də qram - bakteriyalar, göbələk infeksiyaları ilə mübarizə aparmağa kömək edir.

Çay ağacı yağının komponentləri lokal nüfuz edərək funqisit, bakteriastatik, iltihabəleyhinə təsir edir. Antibakterial təsiri tərkibində 37-45% terpinen-4-ol və 5%-dən çox olmayan 1,8-sineolla bağlıdır. Onlar mikroorqanizmlərin hüceyrə membranına nüfuz edərək toksiki təsir göstərir, nəticədə sitoplazmatik membran öz qoruyucu keçiricilik baryerini itirir, və bakterial hüceyrə yaşaya bilmir. Belə ki, bakteriostatik effekt qızılı stafilokokka, qlikopeptidə davamlı enterokoklara, qentamisinə davamlı və geniş spektrli β-laktamazlar, klebsiella, psevdomonadlar qarşıdır, funqisit effekt isə flukonazola davamlı Candida albicansa qarşıdır.

Zeytun yağı -tərkibində olan fitonidlər təbii yolla tıxanmış xarici qulaq keçəcəyini təmizləyir. Zeytun yagi tərkibində flavonoidləri sayəsindı isə iltihabəleyhinə təsir edir, qulaq ağrısı zamanı ağrının şidətini azaldır, xarici qulaq keçəcəyinin dərisini yumşaldır, quruluğu yox edir, qaşınmanı aradan qaldırır.

Bor turşusu – antiseptikdir, patogen bakteriaların hüceyrə divarının keçiriciliyini pozur, hüceyrələrin zülallarını (fermentlər daxil olmaqla) koaqulyasiya edir.

İslandiya yosunun ekstraktı güclü antiseptik, göbələkəleyhinə, antibakterial, iltihabəleyhinə təsirlərə malikdir. Onun tərkibindəki protolixesterin və lixesterin turşuları streptokok, stafilokoklara qarşı aktivdir. İltihabi proseslərdə geniş istifadə olunur. Tərkibindəki lixenin və usnik turşusu isə yaraların (müxtəlif travmalar, qulaq pərdəsinin zədələnməsi) sağalmasını sürətləndirir.

Sarımsaq ekstraktı müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Tərkibində mikroelementlər, vitaminlər, efir yağları, antioksidantlar vardır. Aktiv maddəsi allisin mikrobəleyhinə və mikrosirkulyasiyanı normallaşdıran xüsusiyyətləri ilə məşhurdur.

Soğan ekstraktı -psevdomonas aeruginosa, stafilokoklar və streptokoklara qarşı aktivdi.

Sarımsaq ekstraktı, soğan ekstraktı və zeytun yağı kombinasiyası qulaq ağrısının qarşısını alır, otolgiyalar zamanı əvəzolunmazdır.

Vitamin E- güclü antioksidantdır sərbəst radikalların neytrallaşmasında, toxumaların bərpasında mühüm rol oynayır, qaşınmanı quruluğu aradan qaldırır.

İstifadəsinə göstərişlər:

• Kəskin və ya xroniki otit,

• Otomikoz,

• Otolgiya

Əks göstərişlər: vasitənin tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

4 yaşa qədər 1-2 damcı gündə 2 dəfə, 4-14 yaş 2 damcı gündə 2-3 dəfə, 14 yaşdan yuxarı və böyüklərə 3-4 damcı gündə 3-4 dəfə tövsiyə olunur.

Buraxılış forması: 20 ml qulaq damcısı flakonda istifadə təlimatı ilə birgə karton qutuda qablaşdırılıb .

İstehsalçı: ENSA MNS-Türkiyə.